22 may 16:42aktual

Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu

Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu
Elvin Əliyev: “Kateqoriya alım, sonra da gedib 300-500 manata məşqçi işləyim?”
Ötən saylarımızın birində vaxtilə əsas yığmanın formasını geymiş, ölkənin iddialı komandalarının şərəfini qorumuş, lakin son vaxtlar kölgəyə çəkilmiş futbolçular haqda yazı dərc olunmuşdu. Qeyd etmişdik ki, Saşa Yunisoğlu məşqçiliyə başlayıb, Ramazan Abbasov karyerasını başa vurmaq üzrədi. Bir ildən çoxdu yoxa çıxan Cəmşid Məhərrəmov isə futboldan uzaqlaşdığını, ailəsini dolandırmaq üçün kiçik bizneslə məşğul olduğunu bildirmişdi.
Həmin gün Elvin Əliyevlə də danışmaq istəyirdik. Lakin çoxsaylı zənglərimiz və mesajlarımız cavabsız qalmışdı. Vaxtilə verdiyi müsahibələrdə açıq fikirli olması ilə diqqəti çəkən cinah müdafiəçisi millidə 4 oyun keçirib. Berti Foqtsla aralarında yaranan mübahisədən sonra yığmanın qapıları üzünə bağlanmışdı. Vaxtilə “Neftçi”, “Karat”, MOİK, “Olimpik”, “MKT Araz”, “Bakı”, AZAL və “Rəvan”ın sıralarında olan Əliyev də Cəmşid kimi ötən ilə qədər birinci divizionda çıxış edirdi. Lakin çempionatın gedişində İntizam Komitəsinin cəzalandırdığı 9 futbolçudan biri olan Elvinə mövsümün sonuna qədər meydana çıxmağa qadağa qoyuldu. Ən yaxşı halda yayda yenidən futbol oynaya bilərdi ki, həmin vaxt haqqında danışdığımız futbolçu artıq qeybə çəkilmişdi.
Bir neçə gün öncə zənglərimizi cavabsız qoyan sabiq “Bakı”lı dünən özü zəng vurub, işlərinin çoxluğuna görə dəstəyi qaldıra bilmədiyini söylədi. Jurnalist olduğumu biləndə isə... : “Çox sağ ol, qardaş. Nə yaxşı yada salmısız? Bir neçə ay əvvəl idi, deyirdim, ay Allah, nə üçün bir jurnalist zəng vurub harda olduğumu, nə işlə məşğul olduğumu soruşmur? Futbolu qurtarmışıq, nə olsun? Adam bir soruşmaz ki, bunlar hara getdi, niyə yoxdular? Elə bir içimdəki hissləri “oxuduz”.
Hal-əhval tutandan sonra keçdik əsas məsələyə. Nə işlə məşğuldu, gələcəklə bağlı planları nədi? Niyə stadionlara baş çəkmir? Sən demə, sabiq yığma üzvü ev tikib satmaqla məşğuldu: “Şükürlər olsun, hər şey qaydasındadı. Vallah, hələ də gücüm var. Bir həftə məşq edim, istənilən komandaya kömək edə bilərəm. Ümumiyyətlə, bu çempionatda rahat 40 yaşıma kimi oynaya bilərəm. İmkan vermədilər, qarşımızı kəsdilər. Xeyirlisi Allahdandı. Özümə gəlincə, mən də kiçik bizneslə məşğulam. Ev tikib satırıq. Futboldan qazandığımız pulları başqa sahəyə yatırtdıq. İndi əziyyətlə ordan qazanırıq”.
Futbolçu karyerasını başa vuranların böyük əksəriyyəti məşqçilik kurslarına qatılır, kateqoriyaya sahib olur. Məşqçilik sənətini sevməyənlər isə menecerlik edir, yaxud klublarda hansısa vəzifə tutur. Elvin isə futboldan soyuyub, özünə və həmkarlarına olan diqqətdən narazıdı: “Əyri oturub, düz danışaq. Dünyanı vurub-dağıtdığımı iddia etmirəm. Amma azdan-çoxdan futbol oynamışam, hansısa titula sahib olmuşam. Bundan sonra gedib kurslarda iştirak edim, min bir əziyyətlə kateqoriya alım, sonra da 300-500 manata məşqçi işləyim? Allaha ağır getməsin, o boyda zəhmətin qarşılığı belə olmamalıdı axı. Bunu qəbul edə bilmirəm. Premyer-liqanın hansısa komandasında köməkçi-məşqçi işləyəsən, biləsən ki, gələcəyin var, perspektiv görünür. Yoxsa uşaq futbolunda işlə, 500 manat maaş al - bunu başa düşə bilmirəm. Vaxtilə birgə oynadığım sabiq futbolçular var, hansı ki, indi məşqçilik edirlər. Deyələr Elvin, gəl köməkləşək, ortaya nəsə çıxaraq. Amma bunu da deyən yoxdu axı. Açığı, öz içimdən də gəlmir. Futbolda olan haqsızlıqlara, ədalətsizliklərə baxıram, kənarda olduğuma görə sevinirəm. Açığı, iyrənmişəm. Şükürlər olsun, Allah ruzimi yetirir, balalarımı dolandırıram, canımız sağdı. Bilsəm ki, yaxşı komanda olar, nə vaxtsa ad-san qazanarıq, hə, onda hər çətinliyə qatlaşıb işləmək olar”.
Maraqlıdı, futboldan iyrənən, bu oyundan uzaq düşüb ev tikib satmaqla məşğul olan Əliyevin sabiq komanda yoldaşlarıyla münasibəti necədi? Kimlərlə görüşür, get-gəl edir? Hiss olunur ki, Elvinin ürəyi doludu: “Məni tanıyanlar bilir ki, hələ futbol oynadığım dövrdən evdən bayıra çıxan olmamışam. Məşqə gedib, evə gəlmişəm. Daha çox ailə-uşağa bağlı olmuşam. Futbol təsərrüfatından heç kimlə gediş-gəlişim yoxdu. Ayda-ildə bir dəfə iki-üç nəfərlə “vatsap”da hal-əhval tuturam, vəssalam. “Kasıb mərd olar” deyiblər. İnanırsız, daha çox yazan, axtaran vaxtilə birinci divizionda çiyin-çiyinə oynadığım kasıb uşaqlardı. Premyer-liqada oynadığım sabiq komanda yoldaşlarımdan xəbər-ətər yoxdu. Hamı öz işindədi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar