22 may 16:39aktual

“İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb

“İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb
Elvin İbrahimov: “Azarkeşin ardınca klubun da bunu etməsi təqdirəlayiq haldı”
Bu gün çempionata yekun vurulacaq. Premyer-liqanın son turunun son oyunu “Azərsun Arena”da gerçəkləşəcək. Əslində bu qarşılaşma Qəbələdə keçirilməliydi. Lakin sonradan matçın yeri dəyişdirildi və rəqiblər məhz “köhlən atlar”ın stadionunda üz-üzə gələcək. “Qarabağ”a çempionluq kuboku və qızıl medallar, “Qəbələ”yə isə “gümüş” təqdim olunacaq. Düzdü, oyun formal xarakter daşıyır. Sadəcə, son illər çempionluq yolunda məhz bu iki komanda mübarizə aparır. Odu ki, prinsipial rəqiblərin dueli bu dəfə də maraq doğurur.
Görəsən, “İmarət Tayfa” oyuna necə hazırlaşır? “Qarabağ” azarkeşlərinin xüsusi planı varmı? Sualları “İmarət Tayfa”nın tribuna lideri Elvin İbrahimova ünvanladıq: “Biz statusundan asılı olmayaraq, bütün oyunlarda qələbəyə köklənirik. “Qəbələ” ilə qarşılaşmanın əhəmiyyəti olmasa da, yoldaşlıq matçı da deyil. Çempionluq kuboku qaldıracağıq, mövsümün son oyunudu. Bu üzdən “Qarabağ”dan qələbə gözləyirik. Əslində “Qəbələ” bizim prinsipial rəqibimiz deyil. Hər şey turnir cədvəlindəki vəziyyətdən asılı olur. Nəticə nələrisə dəyişirsə, “Qəbələ” ilə oyun prinsipial xarakter alır. Onu deyim ki, sabahkı (söhbət dünən olub – F.) matça xüsusi hazırlaşmamışıq. Necə ki, “Qarabağ” kubok mərasimini sonuncu oyuna salır və mövsümü belə bitirir. Biz də azarkeş qrupu olaraq pankart və digər belə məsələləri “Neftçi” ilə matçda gerçəkləşdirdik. Çünki çox böyük maddiyyat tələb olundu. Onu öz aramızda toplamaq doğrudan da çətin idi. Təkcə həmin görüşdə açdığımız xoreoqrafiya 1000 manata başa gəldi. Onu hazırlamaq və reallaşdırmaq həftələrimizi aldı. Eləcə də əlavə bannerlərimiz oldu. Bütün bunları “Neftçi” ilə oyuna çatdırdıq. Ona görə də “Qəbələ” ilə matçda qeyri-adi nəsə yoxdu. Xüsusi bir şey çempionluq kuboku olacaq. Deməzdim ki, son oyunlardakı nəticələr azarkeşləri komandadan soyudub. Düzdü, hər oyun əhəmiyyətlidi. Lakin çempion olandan sonra azarkeşlər nəticəyə o qədər də önəm vermir. Doğrudu, “Neftçi” əzəli rəqibdi, biz də o qədər əziyyət çəkmişdik və məğlubiyyət gözlənilən deyildi. Amma məntiqlə yanaşsaq, qələbə “Neftçi”yə daha çox lazım idi və rəqib çalışıb-vuruşurdu. “Qarabağ” üçün əhəmiyyəti olmadığı üçün “Neftçi” qalib gəldi. Qələbə yaxşı olardı, ancaq uduzmaq da faciə deyil. Şəhər turu? Bu bir dəfə, 2014-cü ildəki çempionluqdan sonra olub. Həmin birincilik xüsusi qeyd olunmalı idi. Hamı 21 ildən sonra gələn çempionluğa köklənmişdi. Uzun müddət sonra yaşanan sevincin təsiri ilə camaat şəhərə axışdı. İndi isə elə bir mənası yoxdu. Artıq buna öyrəşəndən sonra ehtiyac görmürük. Odu ki, şəhərə axışıb çempionluğu qeyd etmək fikrində deyilik. Stadionda komanda ilə birgə sevincimizi yaşayacağıq. Sonra da öz aramızda qeyd edə bilərik”.
Yeri gəlmişkən, Elvin bəyin “Qarabağ”ın futbolçularının bir neçə gün öncə cəbhə bölgəsinə səfəri ilə bağlı fikirlərini də öyrəndik: “Təbii, həmin addımı çox müsbət qiymətləndiririk. Biz bir kampaniya başlatdıq. Düzü, bunu sırf “İmarət Tayfa”nın adına yazmaq istəmirəm. Azarkeş qrupları ilə birgə bir kampaniyaya start verdik. Son vaxtlar Dağlıq Qarabağ münaqişəsində bizim üçün xoşagəlməz məqamlar var idi. Əslində hamı üçün bu belə idi. Bizim ideologiyamız məlumdu. Yaşananlardan narahat olduğumuz üçün “Xankəndini vur” kampaniyasını başlatdıq. Həm sosial şəbəkələrdə, həm də fiziki olaraq bu yöndə addımlar atdıq. Ondan sonra cəbhə bölgəsinə əsgərləri ziyarətə getdik. Azarkeşin ardınca klubun da bunu etməsi çox təqdirəlayiq bir şeydi. Hətta biz də onlarla getmək istəyirdik. Lakin sonradan düşündük ki, bu, düzgün deyil. Azarkeşlər onsuz da ayrıca getmişdi. Biz bir daha səfər edəcəyik. Klubla getməyin ciddi mənasının olmadığını fikirləşdik. Çünki onlardan 3 gün əvvəl biz həmin addımı atmışdıq. Özü də təkcə “İmarət Tayfa”nın üzvləri deyildi. “Forza Neftçi”, “Qarabağ Ordu”, “Red Black Army” azarkeş qruplarından olanlar və başqa fanatlar da var idi. Birlikdə cəbhə bölgəsini ziyarət etmişdik. Təxminən 30 nəfər Füzuli – Lələtəpə istiqamətində olan N saylı hərbi hissəyə baş çəkdik. “Xankəndini vur” bannerini orda da açmışdıq. Əsgərlərə ərzaq aldıq, əlimizdən gələn qədər dəstək olmağa çalışdıq. Klubun da bunun ardınca cəbhə bölgəsinə səfər etməsi çox yaxşı oldu”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 11:32 “Bu təcrübəni Foqtsun dövründəki Azərbaycan millisindən götürmüşdük” Bu gün, 11:30 Basketbol Federasiyası boykotçuları təxribatda suçladı Bu gün, 11:26 “Çelik” “Sumqayıt”la oyunda pul qazanmaq istəyirmiş Bu gün, 11:24 “CBC Sport” Antalyadan dörd yoxlama oyununu göstərəcək Bu gün, 11:22 “Qarabağ”ın hücumçusu “Neftçi”yə mesaj göndərdi Bu gün, 11:18 Bizimkilərin yoldaşlıq oyunları sərgüzəştləri Bu gün, 11:17 Nazarov üçüncü hissədə oynadı Bu gün, 11:16 "Səbail" ukraynalıları məğlub etdi Bu gün, 11:15 Beşgünlük tura təyinatlar açıqlandı Bu gün, 11:13 “Qəbələ” nigeriyalını baxışdan keçirəcək Bu gün, 11:12 İmaməliyevin əvəzinə çempion məşqçi Bu gün, 11:10 Stoylov yenidən Qazaxıstanda çalışmaq istəmir Bu gün, 11:08 AFFA millilərlə bağlı strategiyasını dəyişməyib Bu gün, 11:07 “Hövsan”ın sponsoru olsa... Bu gün, 11:05 BKFF şəhidləri andı, “Müşfiq” bir həftəyə 6 xal qazandı Bu gün, 11:04 "Liman" sahilə yan aldı, "kapitan"ı "ağ bayraq qaldırdı" Bu gün, 11:01 Qazandığını haqq edən legionerlər Bu gün, 10:59 Namiq Ələsgərov azarkeşlərin dəstəyinə ümid edir Bu gün, 10:57 “Forza Neftçi” bu gün önəmli qərar verəcək 21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ Bütün xəbərlər
Ən çox oxunanlar