18 may 23:00aktual

Cəmşid Məhərrəmov bizneslə məşğuldu

Cəmşid Məhərrəmov bizneslə məşğuldu
Ramazan oynamaq istəyir, Elvin isə qeybə çəkilib
Birvaxtlar “Bakı”nın heyətində bəzi yerli futbolçular var idi ki, onların adı gələndə yada məhz bu klub düşür. Kimisi ən yaxşı vaxtlarını “zolaqlılar”da keçirmişdi. Kimisi klubsuz qalanda məhz bu kluba qayıdırdı. Kimisi də oynamaya-oynamaya Hafiz Məmmədovun yüzminlərini cibinə qatlayırdı.
Artıq onlar karyerasının qürub çağını yaşayır. Yaşları 35-ə çatıb, futboldan getmək zamanı yaxınlaşıb. Amma bəzilərindən, ümumiyyətlə, səs-soraq yoxdu. “Bakı”da az müddət oynamasına baxmayaraq, əzmkarlığı ilə diqqəti çəkən Saşa Yunisoğlu artıq məşqçiliyə start verib. Futbol oynamağın çətinliyini anlayan Yunisoğlu dostu ilə birgə məktəb açıb ki, gənclərə futbolun sirlərini öyrədir.
14 illik karyerası ərzində ayrı-ayrı vaxtlarda 5 dəfə “Bakı”nın formasını geymiş, vaxtilə milli həyəcanı yaşamış Ramazan Abbasov son mövsümü “Qaradağ Lökbatan”da keçirdi. Çempionatın sonunda gümüş medala layiq görülən 34 yaşlı futbolçu da yolüstə olana oxşayır. Lakin özü bu haqda düşünmür: “Çempionat başa çatdı, istirahətə buraxıldıq. Bir az dincələk, görək başımıza nə iş gəlir. Hələ ki özümdə güc hiss edirəm. Məncə, daha bir il oynaya bilərəm. Xidmətimdə maraqlı olan komanda olsa, oynayaram. Olmasa, yəqin ki, başqa variantlara baxmalıyam. Futbolçu həyatı belədi, bir gün başlayırsan, bir gün başa vurmaq vaxtı çatır. Bundan sonra gələcək həyatı düşünmək lazımdı. Məşqçi olmaq istəyirsənsə, savadını artırmalı, kateqoriya almalısan. Futbolla vidalaşsam, çox güman, məşqçiliyə başlayacam. Bu dəqiqə dəqiq söz deyə bilmərəm”.
Cəmşid Məhərrəmov... Karyerasının 6 ilini “Bakı”da keçirən, zolaqlı formada 126 oyuna çıxan, yığmaya cəlb olunan, 2015-də “Adanaspor”da legioner həyatı yaşayan təcrübəli müdafiəçi də gözdən itənlər siyahısındadı. Ötən mövsüm adı oyun alverində hallanandan sonra “Rəvan”ı tərk edən Cəmşiddən xeyli vaxtdı səs-soraq yoxdu. Olmaya ölkəni tərk edib? Ya da hansısa başqa sahədə çalışır, xəbərimiz yoxdu? Özünü dinləyək: “Bakıdayam, evimdə-eşiyimdə. Futbol həyatımda yenilik yoxdu, heç nə, sıfır. Bir ildi oynamıram. Bunu da özüm istəmədim. O qədər söz-söhbət eşitdim ki, uzaqlaşmaq qərarına gəldim. Bu gün-sabah 35 yaşım olacaq, bundan sonra necə olacağı haqda nəsə deyə bilmərəm. Məndən olsa, oynamaq istəyirəm. Həvəsim də var, gücüm də. Amma gərək dəvət ola. Bir-iki ay gözləyək, bir xəbər çıxmasa, məcburam məşqçiliyə, ya da menecerliyə başlayım. Görüm hansı mənə uyğun olacaq. Nə ilə dolanıram? Şükür Allaha, vaxtında 5-10 manat qazanarkən özümə “gün ağlamışdım”. İndi həmin pulların hesabına başımı qatıram. Belə deyim, kiçik bizneslə məşğulam”.
7 il “Bakı”nın sıralarında olan, lakin futbol oynamaqdan çox zədələrini müalicə etdirməklə yadda qalan Elvin Əliyev də dövrünün bacarıqlı futbolçularından sayılırdı. Hər halda, “Bakı”dan başqa “Neftçi”, “Olimpik” və AZAL-ın formasını geyməyə imkan tapmışdı. Lakin o da yoxa çıxıb. Nə meydana çıxır, nə də üzünü stadionlarda görürük. Elvinlə danışmaq cəhdlərimiz fayda vermədi. Sabiq yığma üzvü çoxsaylı zənglərimizi cavabsız qoydu.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar