17 may 23:25aktual

Qurban Qurbanov Rəşad Sadıqovun özündən çıxmasını normal sayır

Qurban Qurbanov Rəşad Sadıqovun özündən çıxmasını normal sayır
Yığmanın heyəti mayın 21-də açıqlanacaq
U-20-nin Gürcüstanla keçirdiyi yoldaşlıq görüşünü izləyənlər arasında əsas yığmanın baş məşqçisi Qurban Qurbanov da vardı. 90 dəqiqəni oğlu Musa, eləcə də “Qarabağ”da və millidəki köməkçiləri olan Elçin Rəhmanov və Çudomir Çakarovla birgə izləyən təcrübəli mütəxəssis oyun başa çatandan sonra jurnalistlərin əhatəsinə düşdü.
- Yoxlama gorüşlərində nəticə vacib olmasa da, uduzduq. Sizcə, niyə belə oldu?
- U-20-nin ilk oyunu idi. Çalışırdılar ki, qələbə ilə başlasınlar. Amma hardasa 5-7 dəqiqəni uduzdular. Maraqlı görüş alındı, darıxdırıcı olmadı. İlk hissədə yaxşı qol imkanları oldu, ikinci hissədə, ümumiyyətlə, qolların arasındakı vaxtı çıxsaq, yaxşı oynadılar. Ümumən razı qaldım. Yaxşı düşünülmüş əks-hücumlar edirdik. Bəzi oyunçular diqqətimi çəkdi. Bununla belə, bir neçə gündü yığışmış, normal komandadı.
- Bu oyunda sizi ən çox narahat edən nə oldu?
- Dediyim kimi, ikinci hissədə 5-7 dəqiqə oyuna nəzarəti itirdik. Başqa ciddi bir şey olmadı.
- Legioner oyunçular – Ziya Əzizov, Ozancan Kökcü, Kamran Əliyev, Fərid Nəbiyev meydanda başqalarından fərqlənirdilər?
- Bəzi oyunçular fərqlənir. Məsələn, Ziyanın düşüncəsi, ağlı, oyunu aparması mənim üçün maraqlı oldu. Ozancan sonradan meydana çıxdı. Aqressivliyi və sürəti diqqəti çəkir. Fərid və Kamran da pis deyildi. Hər oyunçunun özünəxas xüsusiyyyətləri var və fərqlənirdilər.
- Rəşad Sadıqova fikir verdim, komandasının buraxdığı hər iki qoldan sonra əsəbləşdi. Amma siz “Qarabağ”ın oyunlarında qapınızda qol görəndə daha sakit və soyuqqanlı olursuz. Bu yaşla, yoxsa xarakterlə bağlıdı?
- Açığı, Rəşada baxmadım həmin vaxt. Amma səhvlər varsa, etiraz da olacaq. Normaldı. Ümumiyyətlə, gənclər daha çox səhv edirlər, nəinki peşəkar futbolçular. Bəlkə biz də onun yerində olsaq, həmin reaksiyanı verərdik. Həm də onun xarakteri elədi, məğlub olmağı qəbul etmir. Əslində mənim də özümdən çıxdığım epizodlar olub.
- Sizə elə gəlmir ki, bu komanda U-21-ə nisbətən daha istəkli göründü?
- Bugünkü futbolda istəkli və aqressiv olmaq ən vacib amillərdən biridi. Görünür, Rəşad bunu komandasına aşılaya bilib.
- Millinin heyətini nə vaxt açıqlayacaqsız?
- Mayın 21-də, inşallah. 20-də çempionatda üç oyun baş tutacaq. Bircə “Qarabağ”ın “Qəbələ” ilə matçı qalacaq. Günün ilk yarısında heyət elan olunacaq.
- “Qarabağ”da dəyişikliklərə start verilib? Bəzi oyunçuların komandadan gedəcəyi deyilir...
- Hələ ki heç bir oyunçu ilə bağlı yekun qərar verməmişik. Kim komandada qalacaq, kim gedəcək, onların hər biri ilə təkbətək söhbət edilib, özlərinə elan olunacaq.
- Əfran İsmayılov hələ komandadı?
- Bəli, mayın 21-nə kimi komandamızın oyunçusudu.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar