16 may 12:11aktual

Riçard pul dalınca qaçır

Riçard pul dalınca qaçır
Şehiçlə Kintana isə maaşının artırılmasını istəyir
Çempionluğu rəsmiləşdirən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun başı dərddədi. Adam bilmir komandasının dərdini çəksin, yoxsa bir neçə gün sonra start götürəcək yığmanın təlim-məşq toplanışını və qarşıdakı oyunları düşünsün. Xüsusilə “Qarabağ”dakı hazırkı durum narahatlıq doğurur.
Son illər ölkəmizi avrokuboklarda layiqincə təmsil edən, xüsusilə son mövsümdə Çempionlar Liqasına vəsiqə qazanmaqla tarix yazan “köhlən atlar”dan gözləntilər daha böyük idi. Lakin bu gedişlə Avroliqanın qrup mərhələsi belə əlçatmaz görünür.
6 ildi komandanın “ürəyi” sayılan Riçard Almeydanın yolüstə olması “Qarabağ” adına həddən artıq ciddi itki sayılacaq. Dino Ndlovunun ardınca braziliyalının da getmək fikrinə düşməsi ağdamlıların hücum potensialına zərbə vuracaq. Halbuki Riçarda bundan əvvəl də sərfəli təkliflər olmuş, lakin o “Qarabağ”da qalmaq istədiyini bildirmişdi. Görünür, Ndlovunun yaxşı qiymətə satılması və burda qazandığından az qala 3 dəfə artıq maaş dalınca getməsi Almeydanı da həvəsləndirib. ÇL-dəki iştirakdan sonra yığmamızın da şərəfini qoruyan “20” nömrənin “elçilərinin” sayı çoxalıb. Etibarlı mənbədən aldığımız bilgiyə görə, Riçardın həm yaxın dostu, həm də agenti olan portuqaliyalı onu hər vəchlə karyerasını başqa ölkədə davam etdirməyə səsləyir. Səbəb isə yaxşı puldu. Burda qazandığından çox-çox artıq. Türkiyə superliqası, Qətər və BƏƏ təmsilçilərinin maraq dairəsinə düşən Riçardın “Qarabağ”da qalmaq şansı, demək olar ki, yoxdu. 30 yaşına qədəm qoyan futbolçu bundan sonra büdcəsini zənginləşdirmək istəyir. Elə dostu olan agenti də həmçinin. Təəssüfləndirici məqam “Qarabağ”ın məlum itkidən pul qazanmayacağıdı. Təbii, Riçardın yoxluğu da öz yerində.
Daha üç nəfərin – İbrahim Şehiç, Dani Kintana və Ansi Aqollinin də ağdamlılarla sözləşməsinin müddəti başa çatır. Aqolli ilə problem yoxdu. Uzun illərdi “Qarabağ”ın formasını geyən müdafiəçinin özü də karyerasını Azərbaycanda davam etdirməkdə maraqlıdı. Üstəlik, Qurban Qurbanov təcrübəli futbolçu kimi Ansiyə ehtiyac duyur. Şehiçlə Kintananın durumu fərqlidi. Hər iki əcnəbi əməkhaqqının artırılmasını istəyir. Hazırda qazandıqlarından daha çox pul əldə etmək istəklərini klub rəhbərliyinə bildiriblər və cavab gözləyirlər. Riçardla icarə müqaviləsi başa çatan Pedro Enrikenin, həmçinin Ndlovunun getməsindən sui-istifadə etməyə çalışan əcnəbilərin “qiymət oxuması” anlaşılandı. Odu ki, rəhbərlik hər ikisi ilə ortaq məxrəcə gəlməyə çalışır. Lakin əvvəlki dönəmlərdən fərqli, Şehiçə daha güclü klublardan real təklif yoxdu. Halbuki qışda “Brügge” onu sıralarına qatmaq istəyirdi.
Yerdə qalan digər əcnəbilər – Anton Konibolotski, Vild-Donald Gerye, Yakub Jezniçak və Miçellə müqavilə müddəti 2019-un yayına qədər olduğundan, narahatlığa əsas yoxdu. Sadəcə, məsələ burasındadı ki, Konibolotski ilə Geryenin “Qarabağ”dan ayrılmaq ehtimalı var. Ukraynalı qapıçı ümidləri doğrultmur, haitili yarımmüdafiəçi isə qeyri-sabit oyunu ilə seçilir. Lakin onlarla bağlı məsələ hələ açıq qalıb. Qurbanov hər şeydən əvvəl heyətin gücləndirilməsini düşünür. Bu proses başa çatandan sonra bu iki futbolçunun taleyinə aydınlıq gələcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Bütün xəbərlər
Ən çox oxunanlar