16 may 11:08aktual

Denis “Keşlə”nin yüksəlişinin səbəbini söylədi

Denis “Keşlə”nin yüksəlişinin səbəbini söylədi
“Mən də hiss edirəm ki, Maksimov mövsümün sonunda getmək istəyir”
Çempionatın ilk yarısında cəmi 8 xal yığaraq elitada qalmaq uğrunda “Kəpəz”lə mübarizə aparan “Keşlə”də qış fasiləsindən sonra durum 180 dərəcə dəyişdi. Yuri Maksimovun gəlişi və heyətin gücləndirilməsi ilə “qırmızılar” əməlli-başlı sıçrayış etdi. Bunun nəticəsidi ki, son turlarda “Zirə”, “Neftçi”, “Qarabağ” kimi rəqiblərini məğlub edən bakılılar qışdan sonra hesabına 20 xal yazmağı bacarıb. Üstəlik, komanda kubokun finalına yüksəlib ki, hadisələrin axarı “Qəbələ”ni favorit görənlərin gümanlarında yanılacağına doğru aparır. Hər halda, “Keşlə” əvvəlki “Keşlə” deyil.
Amma bir məsələ var ki, sabiq “bankirlər”in Avroliqaya vəsiqə qazanacağı təqdirdə ölkəmizi beynəlxalq arenada təmsil etməsi sual altındadı. Üstəgəl, Maksimovla yanaşı, bir sıra aparıcı futbolçuların müqavilə müddəti bitir. Onlardan biri də son 3 ildə komandanın uğurları üçün tər tökən və əsas heyət üzvü sayılan Denis Silvadı. Odu ki, bəzi mövzular ətrafında söhbətləşmək üçün müsahib kimi məhz braziliyalı müdafiəçini seçdik.
- “Qarabağ”ın qapısından 3 cavabsız top keçirməyiniz turun sensasiyalı nəticəsi kimi yadda qaldı. Bunu bacarmaq üçün nə etdiz?
- O məsələdə sizinlə razıyam ki, sonluğun belə olacağını heç kim gözləmirdi. “Qarabağ” kimi komandanın qapısından qısa müddətdə 3 top keçirmək... Amma biz yalnız qələbə haqda düşünürdük. Son vaxtlar qələbələri sıralamağımız uşaqlarda özünəinamı artırmışdı. Başa düşürdük ki, bir qədər istəkli olmaqla növbəti 3 xalı əldə edə bilərik. Çünki qarşıda bizi kubokun final oyunu gözləyir. Həmin matçdan üzüağ ayrılmaq istəyiriksə, qalib əhval-ruhiyyəsini qoruyub saxlamalıyıq. Oyun planında bəzi çatışmazlıqlar var ki, bu qələbələrlə onları aradan qaldırmağa çalışırıq. Amma bir məqamı unutmamalıyıq, “Qarabağ” çempionluğu təmin etdiyindən, istər-istəməz müəyyən qədər rahat idilər. Bu da işimizə yaradı.
- Bu cür qələbə qazanacağınızı gözləyirdin?
- Qalib gələcəyimizə inanırdım. Amma bu hesabla udacağımızı ağlımdan keçirməmişdim. Düzünü desəm, gözləmirdim.
- Oyunun gedişində Vaqif Cavadovla münaqişə yaşadın. Hətta baş məşqçi və tribunada olan atası da Vaqifi sakitləşməyə çalışırdı. Nə baş vermişdi?
- Oyunda olan şeylərdi. Az qala hər matçda bu cür hallarla rastlaşa bilərsiz. Ciddi insident deyildi. Sadəcə, künc zərbəsi zamanı biz müdafiəçilər irəli şığıdıq və cərimə meydançasına asma gözləyirdik. Vaqif isə qısa ötürmə etdi və rəqib topu ələ keçirdi. Belədə yenidən 100 metr geri qaçmalı olduq. Həmin an ona narazılığımı bildirdim. Olanlar meydanda qaldı. Oyundan dərhal sonra bir-birimizdən üzr istədik, məsələ bitdi.
- Qış fasiləsindən sonra yaxşı başlamamışdız. Lakin sonradan sanki “ikinci nəfəs açıldı”. Ardıcıl qələbələr qazandız, kubokun finalına yüksəldiz. Birdən-birə nə baş verdi?
- Özünüz də bilirsiz ki, qışda komandada böyük dəyişikliklər oldu. Xeyli sayda futbolçu “Keşlə”ni tərk etdi, onların əvəzinə yenilər gəldi. Heç də hamı bir-birini yaxşı tanımırdı. Ona görə də oyunumuz istədiyimiz kimi alınmırdı. Amma təcrübəli futbolçu kimi bilirdim ki, müvəqqəti çətinlikdi, get-gedə düzələcək. Hətta bu haqda komanda yoldaşlarıma da deyirdim. Bizə 3-5 oyun lazım idi. Həmin periodu keçəndən sonra isə işlər qaydasına düşdü. Ona görə də indi rahat oynayırıq. Ən əsası komanda kimi birləşmişik. Vaxtımızı birgə xoş keçiririk, zarafat edirik, yəni hamı bir-birini yaxşı tanıyır. İlk dönəmlərdə belə deyildi.
- “Qəbələ” ilə oyun asan olmayacaq. Rəqib doğma azarkeşləri önündə oynayır, heyətində kifayət qədər güclü futbolçular cəmləşib. Azarkeşlərə nə demək istəyirsən?
- Əvvəla onu demək istəyirəm ki, olduqca maraqlı qarşılaşma olacaq. Kimin imkanı varsa, mütləq Qəbələyə yollansın. Hər iki komandanın ifasında maraqlı oyuna şahidlik edəcəklərinə əminəm. Arzu edirəm ki, tribunalar tam dolsun. Belə olsa, bu bizə əlavə motivasiya verəcək. Meydandan kimin qalib ayrılacağını isə oyunun sonu göstərəcək. Məncə, hər iki komandanın şansları bərabərdi.
- Bir çox futbolçuların müqavilə müddəti bitmək üzrədi. O cümlədən də sənin. Bu haqda rəhbərliklə söhbətiniz olub?
- Bəli, mənim də klubla anlaşmam başa çatır. Buna baxmayaraq, hələ heç kimlə danışmamışam. Final matçını gözləyirik. Ondan sonra bütün suallara cavab tapılacaq. Bilsəm ki, rəhbərlik qalmağımı istəyir, niyə də olmasın?!
- Maksimov açıqlamalarının birində “Keşlə” Avroliqaya vəsiqə qazansa da, komandadan ayrılacam” demişdi. Ümumiyyətlə, buna bənzər açıqlamaları çox olub. Bilmirsən, onu narazı salan nədi?
- Bu haqda mənim dəqiq nəsə deməyim çətindi. Çünki baş məşqçinin nə düşündüyünü, rəhbərliklə aralarında nə olduğunu bilmirəm. Biz də mətbuatda yazılanlardan xəbər tuturuq. Bizimlə heç bir problemi yoxdu. Amma mən də hiss edirəm ki, mövsümün sonunda getmək istəyir. Səbəbini bilmirəm. Komanda Avroliqaya vəsiqə qazansa və bu heyət qorunub saxlanılsa, Maksimovun “Keşlə”də qalmasını istəyərəm. Çünki bu işdə onun zəhməti var.
- “Qarabağ” çempionluğu, “Qəbələ” Avroliqaya vəsiqəni təmin edib. Avroliqaya qalan iki vəsiqəyə dörd komanda – “Neftçi”, “Keşlə”, “Sumqayıt” və “Zirə” namizəddi. Səncə, sonda üzü gülən iki komanda hansılar olacaq?
- Ümid edirəm ki, biri “Keşlə” olacaq. Kuboku əldə etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. Digər vəsiqənin kimə nəsib olacağını demək çox çətindi. Hər birinin taleyi öz əlindədi. Bu gün Azərbaycan futbolunda hər cür nəticələr qeydə alınır. Artıq favorit anlayışı yoxdu. İstənilən komanda rəqibini məğlub etməyi bacarır. Əsas bu deyil. Vacib olan Azərbaycan klublarının ölkəni Avropada layiqincə təmsil etməsidi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar