15 may 00:33aktual

Azərin atası oğlunun Rusiya yox, Azərbaycan yığmasında oynamasını istəyir

Azərin atası oğlunun Rusiya yox, Azərbaycan yığmasında oynamasını istəyir
“Yoxsa günü sabah Azərbaycana gəlib, razılıq verər”
Rusiyanın birinci divizionunda mövsümün yekunlarına əsasən “Krılya Sovetov” premyer-liqaya vəsiqə əldə etdi. Bu xəbərə sevinənlər təkcə hər oyunda sevimli komandalarını dəstəkləyən samaralılar deyildi. Onlar qədər azərbaycanlıların da üzü gülürdü. Bu da səbəbsiz deyil.
Çünki vaxtilə “Spartak”ın heyətindən tanıdığımız Andrey Tixonovun çalışdırdığı komandanın aparıcı üzvlərindən biri Azər Əliyev adlı soydaşımızdı. “Krılya Sovetov”un aşağı dəstədəki uğurlu çıxışında “10 nömrə”nin rolu az olmadı. 37 oyunda meydana çıxan yarımmüdafiəçi 4 qol və 10-a yaxın ötürmə müəllifi kimi azarkeşlərin rəğbətini qazandı.
Hazırda bizi maraqlandıran əsas məsələ Əliyevin qarşıdakı oyunlarda yığmada çıxış edib-etməyəcəyidi. Bildiyimizə görə, AFFA başbilənləri 1994-cü ildə anadan olan futbolçuya milli formanı geyməyi təklif etsələr də, tələsmək istəmədiyini deyərək, gözləməyi məsləhət görüb. Bu isə o deməkdi ki, Azərin Rusiya yığmasında çıxış etmək niyyəti var. Futbolçunun atası, həm də oğlunun menecerliyini edən şəxs İlqar Əliyevdi. Dünən ata Əliyevlə söhbətdə bizi maraqlandıran suallara cavab tapmaq istədik.
- Sizi də, oğlunuz Azəri də təbrik edirəm. “Krılya Sovetov” premyer-liqada mübarizə aparacaq.
- Çox sağ olsun, Allah razı olsun. Kim idi?
- Sizi Azərbaycandan, “Futbol+” qəzetindən narahat edirəm...
- (bir neçə saniyə pauza verdikdən sonra) Bildim. Nəsə olub?
- Heç nə olmayıb. Azərlə bağlı danışmaq istəyirdik.
- Nə barədə?
- Ümumi söhbətdi... Samaradasız?
- Xeyr, mən Krasnoyarskdayam. Biz burda yaşayırıq.
- Azər orda anadan olub?
- Biz Gürcüstan azərbaycanlısıyıq. Əslimiz Dmanisinin Bəzəkli kəndindəndi. Mən o kənddə doğulub, böyümüşəm. Amma Azər Bakıda anadan olub, 4 saylı doğum evində.
- Bəs Bakın nə vaxt tərk etmisiz?
- Hardasa 1998-99-cu illər idi. Onda Azərin 4-5 yaşı var idi. Uşaqlıq illəri Bakıda keçib, sonradan Krasnoyarskda böyüyüb. O vaxt Bakıda vəziyyət indiki kimi rahat deyildi. Nə qədər çalışsaq da, Bakı qeydiyyatına düşə bilmədik. Ona görə də Azərin doğum haqda şəhadətnaməsini gedib Gürcüstandan aldıq.
- Azər özünü haralı sayır: gürcüstanlı, azərbaycanlı, yoxsa rusiyalı?
- Tər-təmiz azərbaycanlıdı. Hər yerdə də bunu deyir. Biz Azərbaycan oğullarıyıq.
- Sizdə Azərbaycan pasportu var?
- Xeyr, yoxumdu. Məndə ancaq Rusiya pasportudu.
- Bəs Azərdə?
- Onda da həmçinin.
- Azərin işləri necə gedir?
- Allaha şükür, hər şey yaxşıdı. “Luç”la oyun üçün Vladivostoka gediblər. Ora da dünyanın o başıdı. Bu gün axşam gəlməlidilər.
- “Krılya Sovetov”da qalır?
- Bu gün üçün dəqiq söz demək çətindi. “Krılya Sovetov” Azəri saxlamaqda maraqlıdı. Hamı xətrini çox istəyir. Sadəcə, başqa təklifləri də var deyə qalıb iki yol ayrıcında. Seçim etmək istəyir. Görək də, nə deyəcək. Mən onun işinə müdaxilə etmək istəmirəm. Seçimi öhdəsinə buraxmışam. Sabah deməsin ki, ata, sən mənim karyerama ziyan vurdun.
- Atanın içindən gələn hiss nə deyir?
- Məndən olsa, qalıb Tixonovla işləsin. Evə gəlsin, söhbət edək, görüm fikri nədi.
- Niyə məhz Tixonovla?
- Çox yaxşı məşqçi və insandı. Azəri çox istəyir, ona dəstək verir. Adi bir nümunə göstərim. Premyer-liqaya vəsiqəni əldə etmişdilər deyə Samaradan Vladivostoka getməyin mənası qalmamışdı. Yəni ehtiyatda qalan futbolçularla gedib qayıda bilərdilər. Amma Tixonov buna qarşı çıxdı. Rəqibə hörmət etməli olduqlarını qeyd edib, hamını apardı. Düzdü, əsas heyət üzvləri zədə və xəstəlik üzündən səfərə çıxa bilmədi. Amma ümumi götürsək, hamı “Luç”la oyuna hazırlaşırdı. Bu cür keyfiyyətlərinə görə Tixonova böyük hörmətim var. Həm də futbolçu olduğu dövrlərdə də oyunu xoşuma gəlirdi. Özünü əsl lider kimi aparırdı. Məncə, Azər ondan çox şey öyrənə bilər.
- Başqa təkliflər dediz. Hansı komandalardandı?
- Premyer-liqanın top-klublarından 2-3 təklif var.
- Adlarını çəksəz?
- Yox, bunu edə bilmərəm. Özünüz başa düşün.
- Buna baxmayaraq, siz “Krılya Sovetov”da qalmasının tərəfdarısız?
- Böyük futbolçu olmasam da, futbolu yaxşı bilirəm. Bu gün top-klublardan təklif var deyə, bu o demək deyil ki, Azər orda daim oynayacaq, parlayacaq. Sabah ola bilsin ki, heyətə düşə bilmədi, adı heç “18-liy”ə salınmadı. Nə qədər bacarıqlı olsa da, elita təcrübəsi yoxdu. Digər tərəfdən ordakı ab-havadan xəbərsizdi. Amma “Krılya Sovetov”da özünü evindəki kimi hiss edir. Həm baş məşqçi onu çox istəyir, həm komanda yoldaşları, həm də azarkeşlərin sevgisini qazanıb. Əlbəttə, premyer-liqanın iddialılarında çıxış etməsi lap yaxşı olar. Lakin bunu pilləli şəkildə etmək lazımdı, birdən-birə yox.
- Özü nə düşünür?
- Mənə dəqiq söz deməyib. İnşallah, “Krılya Sovetov”da qalar. Ata kimi məsləhətim budu.
- Azər azərbaycanca bilir?
- Azərbaycan dilini ruscadan yaxşı bilir. Ailədə hamı öz dilimizdə danışırıq. Azərin qulaq asdığı musiqilərin hamısı öz dilimizdədi.
- Deməli, təmiz özümüzküdü...
- (gülür) Tər-təmiz. Adı da bizimdi, soyadı da, özü də.
- Bəs niyə millidə oynamaq istəmir?
- Mənim ən böyük arzum Azərin Azərbaycan yığmasında çıxış etməsidi. Oğlumu o formada görsəm, elə bil dünyanı mənə verərlər.
- Özü nə düşünür?
- Açığı, özünün də həvəsi var. Sadəcə, içində qorxu, narahatlıq var. Deyir, ata, millidə oynasam, legioner sayılacam, sonra premyer-liqada oynamaq mənə çətin olacaq. İstər-istəməz ona ikinci dərəcəli gözüylə baxacaqlar. Razılaşın ki, hər yerdə üstünlük əsasən yerlilərə verilir. Təxminən 2 il əvvəl yığmada köməkçi işləyən Elxan Abdullayev bura gəlmişdi. Söhbət etdik, amma Azər tələsmək istəmədiyini dedi. İndi baxıram ki, düz edib. Bəlkə də o vaxt millini seçsəydi, indi “Krılya Sovetov”da olmazdı, premyer-liqaya yüksəlməzdi. Legionersənsə, səni hər yerdə sıxırlar, daha artığını tələb edirlər, daim təzyiq altında olursan.
- Sonu necə olacaq?
- Premyer-liqada yerini bərkitmək, iddialı komandaların birində özünü sübut etmək istəyir. Ondan sonra problem olmaz, məncə.
- Problem onda olacaq ki, Rusiya millisindən təklif gələcək, Azər də dəyərləndirəcək. Bununla da Aleksandr Səmədovun yolu ilə getmiş olacaq.
- Mən istərdim ki, Azərbaycan yığmasında oynasın, nəinki Rusiya millisində. Bu mənim üçün fəxr olar.
- Bir məqam da var ki, 24-25 yaşlı birini nəyəsə məcbur edə bilməzsiz.
- İstəsəm, edərəm, həm də necə. Sadəcə, qorxuram ki, sabah ortaya hansısa problemlər çıxar, futboldan soyuyar, uzaqlaşar. Bunu özümə bağışlaya bilmərəm. Allah haqqı, qorxduğum tək şey budu. Yoxsa günü sabah Azərbaycana gəlib, razılıq verər. Azər bu səviyyəyə öz zəhməti ilə yüksəlib. Ona görə də məcbur etməyi düzgün saymıram.
- Yalnız Elxan Abdullayevlə görüşmüsüz. Vəssalam?
- 3 ildə mütəmadi telefon danışıqlarımız olub. AFFA-da İslam Abbasov var, tez-tez zəng vurur. Sağ olsunlar, Azərbaycandan maraqlananlar çoxdu.
- Nəslinizdə futbolçu olub?
- Mən özüm yaxşı oynamışam (gülür). Amma Rusiya premyer-liqasında yox, rayonlararası, kəndlərarası birinciliklərdə. Həvəskar səviyyədə olsa da, məktəbdə ən güclü sayılırdım. Ən böyük arzum futbolçu olmaq idi. Hamı deyirdi ki, İlqar böyük futbolçu olacaq. Amma alınmadı. Azərin sayəsində arzuma çatdım.
- Futbolçu olmağı Azər özü istədi, yoxsa siz yönəltdiz?
- Yox-yox, mənlik bir şey olmadı. Cavanlıqda bir oyunu buraxmazdım. Bakıdakı oyunlarda stadionlara gedirdim, televiziyada göstərəndə matçdan bir saat əvvəl televizorun qarşısında otururdum. Bir dəftərim vardı, dünya və Avropa çempionatlarındakı nəticələri ora yazardım. Azərin 2-3 yaşı olanda axşamlar Çempionlar Liqasının oyunlarına baxırdım. Futboldan əvvəl yatızdırırdıq ki, rahatlıq olsun. Oyunun gedişində bir də baxırdım ki, gözlərini ova-ova yanıma gəlib, üzümə baxır. Soruşurdum, ay bala, nə oldu? Əliylə divanı göstərirdi ki, məni yanında oturt. Mən sevinəndə sevinirdi, təəssüflənəndə təəssüflənirdi. O vaxtdan hiss edirdim ki, bu uşaq futbolçu olacaq.
- Futbola Bakıda başladı, yoxsa Krasnoyarskda?
- Burda başladı. Məhəllədə özündən 3-4 yaş böyüklərlə oynayırdı və aralarında ən yaxşılardan sayılırdı. Hamı deyirdi, futbola yazdır, məhəl qoymurdum ki, hələ tezdi... Bir dəfə azərbaycanlı və rus dostlarla yığışıb futbol oynamağa getmişdik. Azəri də özümlə aparmışdım ki, top daşısın. O vaxt 6 yaşı vardı. Rəqibin heyətində bir nəfər çatmadı deyə Azəri götürdülər. Sən demə, rus dostlarımızdan biri məşqçi imiş, mənim də bundan xəbərim yoxdu. Həmin oyunda Azərin hərəkətlərinə fikir verər, gözaltı edər. Oyundan sonra yaxınlaşıb, mənimlə soğru-sual etdi. Əl çəkmədi ki, bu uşağı mənə ver, rəhbərliyim altında oynasın. Ertəsi aparıb futbola yazdırdım. Beləcə, futbol həyatı başladı.
- Özünüz nə işlə məşğulsuz?
- Alver işindəyəm, ticarətçiyəm.
- Xanımınız da işləyir?
- Xeyr, evdar qadındı.
- Neçə övladınız var?
- Azərdən başqa bir qızım var, o da ailəlidi.
- Azərbaycana gəlib-gedirsiz?
- Əlbəttə. İldə bir-iki dəfə gəlib-gedirik. Elə dünən atamı Bakıya yola saldım. Getsin, bir ay dincəlib gəlsin. Atam bizimlə qalır, yayda Bakıya gedib qayıdır.
- Azərbaycanda yaxın qohumlarınız var?
- Düzü, ən yaxınlarımın hamısı Krasnoyarskdadı. Atam, bacılarım, qardaşlarım. Bakıda bibim oğlanları, dayım uşaqları yaşayır. Yeri gəlmişkən, ola bilsin, yaxın günlərdə Azəri də Bakıya yola saldım. Nə qədər ki, fasilə dönəmidi, gedib istirahət eləsin.
- İlqar bəy, sonda sizdən öz şəklinizi xahiş edəcəm.
- Xahiş edirəm, şəkil adı çəkməyin. Şəkil çəkdirməkdən heç xoşum gəlmir. O ki qalmışdı qəzetdə dərc olunsun. Çox-çox xahiş edirəm, məni düz başa düşün. Azərin şəklini yerləşdirin, altına da yazın ki, İlqarın şəkli yoxdu.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar