14 may 22:39aktual

“AFFA-nın nəzarəti altında olan klubların normal çempionat keçirməsi mümkün deyil”

 “AFFA-nın nəzarəti altında olan klubların normal çempionat keçirməsi mümkün deyil”
Natiq Cəfərlinin fikrincə, futbolu əyləncə siyasətinə çeviriblər ki, insanlar problemlərlə maraqlanmasınlar
“Hərdən futboldan danış” rubrikasının budəfəki qonağı REAL hərəkatının həmtəsisçisi, tanınmış iqtisadçı-ekspert Natiq Cəfərlidi. Natiq bəylə Azərbaycan və dünya futbolunun iqtisadi tərəflərindən danışdıq.
“Qarabağ”dan başqa heç bir klub gəlirlə işləmir”
- Müstəqilliyimizi elan etdikdən sonra Azərbaycan futbolunun inkişaf etdiyini görürsüzmü?
- Bu suala birmənalı cavab vermək çətindi. Çünki yığmalar və klubların nailiyyətləri fərqlidi. Yığma səviyyəsində böyük uğurlar qazanmasaq da, “Qarabağ”ın Avropada uğurlu çıxış etməsi, təbii ki, sevindirici haldı. Hər halda, klublar səviyyəsində müəyyən uğurlarımız olub. Amma məni narahat edən başqa məsələdi. Müstəqillikdən üzü bəri biz instutisional olaraq bu məsələyə yanaşmamışıq. Yəni futbol məktəblərinin yaranmaması problemə çevrilib. Klublar çox bahalı olmayan və yüksək səviyyəli olmayan xaricdən oyunçu gətirilməsinə daha çox üstünlük verirlər. Biz 90-cı illərdən başlayaraq yerli futbolçuların inkişafına ciddi önəm versəydik, bu müddət ərzində onlarla, yüzlərlə oyunçu yetişdirə bilərdik. Bu gün Gürcüstana baxırıq və 90-a yaxın gürcünün Avropanın və dünyanın müxtəlif klublarında oynadığını görürük. Azərbaycandan isə xaricdə oynayan futbolçuların sayı kifayət qədər az olub. Ona görə də, bu mənada inkişafın getdiyini söyləmək mümkün deyil. Futbol məktəblərinin oturuşması üçün zaman itirdik.
- Ümumiyyətlə, Azərbaycan klubları gəlir əldə etmək üçün nə etməlidi?
- Azərbaycan klubları bu günə qədər sponsorların dəstəyi ilə ayaqda qala bilir. Bircə “Qarabağ”dan başqa heç bir klub gəlirlə işləmir. O da Avropada uğur qazanandan sonra bonuslar şəklində müəyyən qədər qazanır. Digər klublar isə sponsorların ciblərinin hesabına yaşayır. Futbolumuzda şirkətləşmə və qurumsallaşmanın şahidi olmadıq. Türkiyədə böyük klubların hamısı həm də səhmdar cəmiyyətlərdi. Onların səhmləri səhm bazarında satılır, ciddi sponsorluq müqavilələri bağlanılır, özlərinin bir biznes şəbəkəsi qurulur. Hətta bunun nəzdində dükanlar və restoranlar şəbəkəsi açırlar. Belə yollarla pul qazanırlar. Azərbaycanda belə bir təcrübə yoxdu. Azərbaycanda klubları saxlayan sponsorlar kənara çəkilsələr, yaşayan klub qalmaz. Bu nöqteyi-nəzərdən Azərbaycan klubları şirlətləşməyib. Bu da futbolumuzun ən problemli nöqtələrindən biridi.
- Bizdə bir ara “Xəzər Lənkəran” və “Bakı” kimi varlı klublar var idi. Amma sonradan Mübariz Mənsimovla Hafiz Məmmədov səhnədən çəkilincə bu klublar dağıldı. Bunun səbəbini nədə görürsüz?
- Uzun illər bir adamın cibindən maliyyələşən klubların yaşaması mümkün deyil. Bu klub şirkətləşməsə, məktəbini qura bilməsə, xərclədiyinin fonunda gəlir əldə edə bilməsə, klubu maliyyələşdirən şəxs də komandanı saxlamaqda çətinlik çəkə bilər. Bu dünyanın hər yerində belədi. Fikrimcə, “Xəzər Lənkəran” kimi klubun dağılması onu göstərir ki, bir şəxsdən asılı olan klublar həmişə təhlükələrlə üzbəüz qalır. Halbuki “Xəzər Lənkəran” bir şirkətə çevrilsəydi, xalqın saxladığı bir komanda olsaydı, onda özünün maliyyə qaynaqları da ola bilərdi. Amma yeganə maliyyə qaynağı olan fiziki şəxslərin hesabına klublar uzun müddət yaşamır. Azərbaycanda bunu açıq-aşkar görürük. Bununla yanaşı, Azərbaycanda yayınla bağlı da problemlər var. Yayın şirkəti özü pul qazana bilmədiyindən klublara da heç nə verə bilmir. Halbuki yayından gələn gəlir klubların yaşamasına yardımçı ola bilər. Səhv etmirəmsə, Azərbaycanda “Neftçi” və “Qarabağ”dan başqa dükanı olan başqa bir klub yoxdu. Bu iki klubun fan-şop dairələri də məhdud saydadı. Klublar azarkeşlərinin hesabına yaşaya bilmir. Ölkəmizdə bu mexanizm qurulmayıb. Bu da ciddi problemdi.
“Gürcüstanda reklam bazarı illik 200 milyon dollardı, Azərbaycanda 85-86 milyonu keçmir”
- Elitada çıxış edən 3 klub var ki, AFFA-dan asılı deyil və öz sponsorlarının hesabına yaşayır: “Qarabağ”, “Qəbələ” və “Zirə”. Qalan 5 komanda isə qurumun nəzarəti altındadı. Sizcə, bu nə dərəcədə düzgündü?
- Təbii ki, düzgün deyil. Futbol klublarının yaranma və yaşama tarixlərinə baxdıqda dediyim kimi azarkeşlərin hesabına mövcud olub. Onlar azarkeşlərinin fədakarlığı və xərcləri nəticəsinda ayaqda qalırlar. İkinci gəlir mənbəyi sponsor və reklam müqavilələri olur. Üçüncü isə televiziya yayınından əldə olunan vəsaitdi. Bizdə bu mexanizmlər formalaşmayıb deyə bu cür problemlər yaşanır. Bizdə AFFA-dan maliyyələşən bir neçə klub varsa, onlar arasında rəqabət necə olacaq? Hamısı bir qurumun nəzarəti altındadısa, rəqabətdən söhbət gedə bilməz. Orda həm danışılmış oyunlar ola bilər, həm də çempionatın maraqsız olması üzə çıxa bilər. Bir qurumun, yəni AFFA-nın nəzarəti altında olan klubların normal çempionat keçirməsi mümkün deyil. Normal çempionat da yoxdusa, futbolun səviyyəsinin artması mümkün deyil. Burda artıq başqa mexanizmlər də işə düşməlidi. Dünyada futbol iqtisadiyyatı deyilən anlayış var. Futbolda çox böyük pullar dövr edir və son hesablamalara görə dünya futbolunda ildə təqribən 400 milyard dollara yaxın vəsait dövriyyədədi. Bu, yetərincə böyük məbləğdi. İndi milyonların sevimli oyunu olan futbol Azərbaycanda şirkətləşə bilmədi. Ona görə də AFFA-nın nəzarətində bir neçə klub varsa, bu həm ölkə çempionatının keyfiyyətinin aşağı düşməsinə, həm də rəqabətin azalmasına səbəb olacaq.
- Halbuki iqtisadi potensialımız Gürcüstandan yüksək olduğu məqamda, onların çempionatında komanda sayı bizimkindən çoxdu.
- Açığı, bu, iqtisadi modeldən də asılıdı. Futbol mövzusundan kənarlaşsaq, iqtisadiyyatımızda da rəqabət Gürcüstandakı kimi deyil. Rəqabətədavamlı mühit olmayanda futbol inkişaf edə bilmir. Sponsorlar cəlb olunmalıdı. Sponsorlar nə vaxt işdə maraqlı olur? Rəqabətli mühit formalaşanda. Şirkət digər rəqibindən qabağa keçmək üçün milyonların sevdiyi oyundan, yəni futboldan reklam kimi istifadə edir və öz dəstəyini göstərir. Nəticədə klubun fanatları da sponsor şirkətin məhsullarından daha çox istifadə edir. Dolayısı ilə şirkət daha çox pul qazanır. Təssüf ki, Azərbaycanda belə mexanizm qurulmayıb. İqtisadiyyatda rəqabətin olmaması reklam bazarına da mənfi təsir göstərir. Gürcüstanla müqayisədən söz düşdüsə, Azərbaycanın əhalisi Gürcüstandan iki dəfə çoxdu və ərazisi də daha böyükdü. Amma reklam bazarımız Gürcüstandan kiçikdi. Gürcüstanda reklam bazarı illik 200 milyon dollardı, Azərbaycanda 85-86 milyonu keçmir. Bunun da əksəriyyəti 5-6 şirkətin televiziyalarda verdiyi reklamlardı. Ölkədə reklam bazarı da yoxdu. Bunun özü də dolayı yolla klublara mənfi təsir göstərir.
- Yaxşı, klubların AFFA tərəfindən maliyyələşməsi federasiyada maliyyə yeyintilərinə yol aça bilərmi?
- Təbii ki, yol aça bilər. AFFA futbolda həlledici və hegemon qurum olmaqla yanaşı, həm də maliyyə qaynağına çevrilirsə, burda şəffaflıqdan söhbət gedə bilməz. Çoxlu sayda klublara sponsorluq etməyin özü nə qədər məntiqsizdisə, şəffaflıq sarıdan da problemlidi. AFFA-nın əlində bütün maliyyə imlanlarının cəmləşməsi, onsuz da zəif olan rəqabət mühitini daha da aşağı salır və yeyintilərə də yol açır. Məslələn, siz də yaxşı bilirsiz ki, Türkiyədə ildə bir və ya iki dəfə klublar öz üzvlərinin konqresini keçirir. Orda nəzarət mexanizmləri formalaşıb. Türkiyə Futbol Federasiyası klubların nəzarətindən kənar addım ata bilmir. Nəsə olanda Klublar Birliyi etirazını bildirir. Bizdə müstəqil klubların öz dərnəyi belə yoxdu. Hər şey AFFA-nın əlində cəmləşib. Elə buna görə də AFFA-nın özünə nəzarət etmək üçün bir mexanizm yaradılmayıb.
“Gilan Holdinq” maliyyə mənbələrini açıqlamırsa, “Qəbələ” bunu necə açıqlaya bilər?”
- Ümumiyyətlə, Azərbaycanda öz büdcəsini açıqlayan klub da yoxdu. Halbuki bütün dünyada bunun şəffaf mexanizmini görürük.
- Əlbəttə. Elə klublar var ki, onların büdcəsi kiçik bir ölkənin büdcəsinə bərabərdi. Belə baxanda bizdə klubların büdcələri açıqlamamasının səbəblərini müəyyənləşdirmək çox asandı. Məsələn, hamı bilir ki, “Qəbələ”ni “Gilan Holdinq” maliyyələşdirir. “Gilan Holdinq” maliyyə mənbələrini açıqlamırsa, “Qəbələ” bunu necə açıqlaya bilər? Bu günə qədər də bu holdinq zərərlə işləyən şirkətlərdən biridi. Rəsmi sənədlərdə zərərlə işlədiyini bildirir. Zərərlə işləyən şirkət kluba necə sponsorluq edə bilər? Yəni bu şəffaflıq ümumi problemdi.
- İndi keçək dünya futbolunun iqtisadi problemlərinə. Belə bir deyim var ki, “əvvəllər futbolu kasıblar oynayır varlılar baxırdısa, indi varlılar oynayır, kasıblar baxır”. Yəni futbolun puldan bu qədər asılı olmasına, onun kapitalizmin cənginə düşməsinə münasibətiniz necədi?
- Bunun obyektiv səbəbləri oldu. Dünya əhalisinin az qala yarısı futbolla maraqlanır. Məsələn, futbol üzrə dünya çempionatı dünyada ən çox teleauditoriya yığan idman yarışıdı. Bir mundialı təxminən 3 milyarda yaxın insan izləyir. Belə bir maraq olan yerdə, təbii ki, kommersiya münasibətlərinin yaranmaması mümkünsüz idi. Yəni bu baş verdi. Sadəcə, futbolda o qədər absurd və böyük məbləğlər dolaşmağa başladı ki, o, futbolun özəlliyinə və gözəlliyinə, təbii axarına zərbə vurmağa başladı. Bir oyunçunun qiyməti 300-500 milyon civarında ölçülürsə, ya da hansısa oyunçunun potensial bir milyard dollar qiymətinin olduğu deyilirsə, bu futbolun təbii axarına mane olur. Bununla yanaşı, futbolda ciddi problem mərc oyunlarıdı. Dünyada mərc oyunları ilə məşğul olan elə şirkətlər var ki, ay ərzindəki dövriyyəsi təqribən 10-12 milyard dollardı. Ayda 10-12 milyard dollarlıq dövriyyəsi olan hər hansı bir mərc şirkətinin futbola təsir imkanları da artır. Bu qədər dövriyyəsi olan şirkət futbola təsir də edə bilər. Bunun biz örnəklərini də gördük. Bir neçə il öncə İtaliyada bununla bağlı böyük qalmaqal oldu, bir neçə klub cəzalandı, “Yuventus” B seriyasına göndərildi. Təssüf ki, dünyada belə örnəklər artır. Dünyada futbol kommersiyalaşdıqca, idman yarışından çox əhalinin əyləncəsinə çevrilir. Obrazlı desək, əhalinin başını qatmaq üçün futbol siyasi alət kimi də istifadə olunur. İnsanlar futbola baxmaqda maraqlıdılarsa, qoy ona baxsınlar və başqa problemlərlə maraqlanmasınlar. Təssüf ki, bir çox ölkələr bu siyasətdən istifadə edir. Mənə bu qədim Romada qladiatorların döyüşünü xatırladır. Qladiatorların döyüşü ona görə baş verirdi ki, onu varlılar kasıb camaat üçün təşkil edirdi, Bunu ona görə təşkil edirdilər ki, kasıb camaatın əyləncə yeri yox idi. İnsanlar da qladiatorların döyüşünə bir əyləncə kimi baxırdılar. Kasıbların bütün düşüncələri də qladiatorların döyüşünə hesablanmışdı. Onlar niyə kasıb yaşadıqları haqda heç düşünmürdülər. Çox məşhur bir ifadə var: “çörək və əyləncə”. Çörək olmayanda əyləncə həmişə artır. Dünyada da indi belədi. Dünyada xəstəliklərin və yoxsulluğun səviyyəsinin artdığı bir dönəmə qədəm qoymuşuq. Çox təəssüf ki, son hesablamalara görə hər 40 saniyədən bir acından 1 uşaq ölür. Bu böyük faciədi. Təsəvvür edin ki, bu qədər problemlər, müharibələr və terror hadisələri olan bir dünyada bir əyləncə forması kimi futboldan istifadə olunmasına gətirib çıxardı. Cəmiyyətlər futbol vasitəsiylə idarə olunur. Bu da futbolun təbiiliyini sual altına qoyan və problemlər altına qoyan məsələdi.
- Son vaxtlar ərəb şeyxlərinin, çinli milyarderlərin və rusiyalı maqnatların Avropanın nəhəng klublarını ələ keçirməsinə münasibətiniz necədi?
- Bunun iki səbəbi var. Birinci səbəb ərəb şeyxlərinin və rus oliqarxların dünyada özünə ad qazanmaq istəyidi. Başqa formada ad qazanmaları mümkün deyil. Ərəb şeyxlərinin varlanma mənbəyi neftdi. Onlar özləri nəsə ixtira edib dünyaya satıb pul qazanmayıblar. Onlar da dünya elitasında özünə yer tutmaq üçün futboldan istifadə edib öz adını dünyada tanıdırlar. İkinci səbəb isə çirkli pulların yuyulmasıdı. Rusiya oliqarxlarının futbol klublarını almasında maraqlı olmasının ən böyük səbəbi də budu. Çünki Rusiyada qazanılan pulun mənbəyi məlum deyildi. Bu pulların böyük hissəsi korrupsiya yolu ilə qazanılmışdı. Klublar vasitəsiylə “çirkli pullar”ın təmizə çıxarılması prosesi də baş verdi. Buna görə də Rusiya oliqarxlarının çox ciddi marağı var bunda. ABŞ-da basketbol, Avropada futbol klubları alırlar.
TAHİR MİRZƏ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar