Xəbər verdiyimiz kimi, yan xətt hakimi Rza Məmmədov İngiltərədə keçirilən U-17-lər arasında Avropa çempionatında iş başındadı. Həmyerlimiz mayın 10-da da yaşıl meydana yaq basıb. Məmmədov mərkəzi oyunda ədaləti qoruyub. Söhbət Roterhemdə keçirilən A qrupunun İngiltərə - İsveçrə görüşündən gedir. Meydan sahibləri isveçrəlilərə minimal hesabla uduzub - 0:1. Sabah 1/4 final mərhələsinə start veriləcəyini də nəzərinizə çatdıraq. Laysmanımızın pley-offda hansı matçda iş başında olacağına isə bu gün aydınlıq gələcək.