14 may 00:52aktual

İcraiyyə Komitəsi “Kəpəz”ə rəhm etmədi

İcraiyyə Komitəsi “Kəpəz”ə rəhm etmədi
Əvəzedicilərin diviziona qoşulması məqsədəuyğun sayılmadı
Dünən AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirildi. Tədbir səhər saat 10-da start götürdü. Ancaq İK tam tərkibdə yığışmamışdı. Elmar Məmmədyarov, Mahir Məmmədov və Zaur Axundov toplantıda iştirak etmirdi. Yeri gəlmişkən, AFFA prezidenti Rövnəq Abdullayevin toplantısonrası brifinqə qatılmadığını da qeyd edək. Onun əvəzinə qurumun baş katibi Elxan Məmmədov jurnalistlər önünə çıxdı. Yadınızdadısa, martdakı Hesabat Konfransının ardınca təşkil olunan İK-nın iclasından sonra da eyni hal yaşanmışdı.
Əslində hər kəsi marqlandıran məsələ növbəti mövsüm elitada komanda sayının artırılıb-artırılmayacağı idi. Öncə onu qeyd edək ki, 2018/19 mövsümündə də premyer-liqada 8 komanda iştirak edəcək. Bundan başqa, “Kəpəz”in elitada qalacağını proqnozlaşdıranlar yanıldı. Gəncə təmsilçisi premyer-liqanı tərk edəcək. Çox güman, onun yerini aşağı dəstədə lisenziya tələblərinə cavab verən yeganə komanda – “Sabah” tutacaq. Onu da qeyd edək ki, iclasda yığmanın baş məşqçisi Qurban Qurbanovun qısa hesabatı dinlənilib. Lisenziyalaşdırma prosesi ilə bağlı hesabat təqdim olunub.
Qalan məsələlərə gəlincə, İK-nın iclasında aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
1. Əvəzedicilər arasında keçirilən çempionat davam etdirilsin. 2018/19 mövsümündən etibarən əvəzedicilərin matçları əsas komandanın oyunundan 1 gün əvvəl keçirilsin.
2. Premyer-liqada gənc futbolçularla bağlı limit aşağıdakı qaydada tətbiq olunsun: 1996-97 təvəllüdlü futbolçu start heyətinə, 1998-99 təvəllüdlü futbolçu oyunun protokoluna daxil olunsun.
3. AFFA-nın baş katibliyi birinci divizionla bağlı İcraiyyə Komitəsinə yeni konsepsiya təqdim etsin.
4. AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının sədri Muxtar Babayevin istefası qəbul olunsun. Assosiasiyanın növbəti Konfransına qədər Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsi Ziya Babayevə həvalə olunsun.
Təbii, əsas məsələ birinci divizionun qalibi “Xəzər”in elitaya buraxılmamasıdı. Klub faktiki Lisenziyalaşdırma Komissiyasına bank təminatı təqdim etməyib. Məlum olduğu kimi, bu, əsas meyarlardan biridi. “Kəpəz”in elitanı tərk etməsi isə daha bir bölgə təmsilçisinin sıradan çıxarılması deməkdi. “Qarabağ”ın da oyunlarını Bakıda keçirdiyini nəzərə alsaq, növbəti mövsüm, demək olar, paytaxt çempionatına şahidlik edəcəyik. Təkcə “Qəbələ” bu baxımdan istisnadı. Bu komanda özü də məşqlərini Bakıda keçir və yalnız hər ev oyundan öncə Qəbələyə yollanır. Bir sözlə, bölgə komandaları bir-bir sıradan çıxdı və bu futbol idarəçiliyində olan qüsurların təzahürüdü. Fakt budu ki, həm komanda sayı artırılmadı, həm də Qubanı təmsil edəcəyini söyləyən “Xəzər” yox, başqa bir Bakı klubu - “Sabah” premyer-liqaya gəlir. Düzdü, heç kim süni say artımının tərəfdarı deyil. Tutaq ki, elitadakı 5 yox, 7 komandanın sponsorunun SOCAR olmasını heç kim istəməz. Ancaq adı çəkilən şirkət Bakını təmsil edən klublardansa, bölgə komandalarının dirçəlməsinə diqqət ayırsa, daha yaxşı olar. Söhbət birinci diviziondan yox, elitadan gedir. Bundan başqa, “Xəzər”in bank təminatı göstərməməsi də çox qaranlıq məsələdi. Axı, bu klub iddialı şəkildə premyer-liqaya can atırdı. Məhz “Xəzər”in yox, “Sabah”ın tələblərə cavab verməsi isə yetərincə gözlənilməz oldu.
Digər qərarlar haqda uzun-uzadı şərhə ehtiyac yoxdu. Əvəzedici komandaların birinci divizionda iştirakı məqsədəuyğun sayılmayıb. Bu məsələyə daha öncə toxunmuşduq. Doğrudu, Avropada həmin təcrübədən istifadə olunur. Fakt budu ki, bizdə “ikincilər”in mübarizəsi o qədər də ciddi rəqabət fonunda getmir. Rəqabət yoxdusa, inkişafdan, gənc futbolçuların “artırmasından” söhbət gedə bilməz. Ancaq birinci divizionun imicinin korlanması bu iki çempionatı birləşdirmək ideyasını əngəllədi. Təbii, klublar əvəzedicilərinin xoş olmayan proseslərdə adının hallanmasını istəməz. Elə Klublar Komitəsinin son iclasında qurumun sədri, “Neftçi”nin prezidenti Kamran Quliyev də buna işarə etmişdi. KK sədri bunları demişdi: “Bir məqam var ki, divizionda problemlər çoxdu. Söhbətin nədən getdiyini yaxşı bilirsiz. Böyük tarixi olan klubun həmin problemlərin tərkib hissəsi olması yaxşı hal deyil. Bu, bizim üçün də risklidi”. Həmin açıqlamadan sonra əvəzedici komandaların birinci divizionda iştirakının mümkünsüzlüyünü proqnozlaşdırmaq çətin deyildi. Yeri gəlmişkən, qərarlardan biri də budu ki, AFFA-nın baş katibliyi birinci divizionla bağlı İcraiyyə Komitəsinə yeni konsepsiya təqdim etməlidi. Həmin konsepsiyanın detalları maraq doğurur.
Toplantıda Apellyasiya və Arbitraj Tribunalının sədri Muxtar Babayevin istefası da qəbul olunub. Xatırladaq ki, Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunandan sonra “Sumqayıt”ın Müşahidə Şurasından da ayrılmışdı. Hə, sonda bir məqama da toxunaq. İclasda verilən qərarlar arasında ən sevindiricisi bir sıra stadionların qazonunun dəyişdirilməsidi. Düzdü, yuxarıda sadaladıqlarımız arasında bu bənd yoxdu. Sadəcə, bu haqda AFFA prezidenti baş katibliyə tapşırıq verib. Yığmanın və “Qarabağ”ın baş məşqçisi, İK-nın üzvü Qurban Qurbanov jurnalistlərə açıqlamasında həmin məsələ ilə bağlı müzakirələrin getdiyindən bəhs etdi. Onu da qeyd edək ki, “Zirə”, “Keşlə” və “Sumqayıt”ın stadionlarının qazonu dəyişdiriləcək. Hər üç arenada təbii ot örtüyü salınacaq. Artıq növbəti mövsümə qədər adı çəkilən arenalarda qazon dəyişdirilməlidi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar