13 may 13:12aktual

“Möcüzə olmalıdı ki, premyer-liqada iştirakçı sayı artsın”

“Möcüzə olmalıdı ki, premyer-liqada iştirakçı sayı artsın”
Elxan Məmmədov Region Liqasına divizionun təməli kimi baxır
Ələkbər Məmmədovun 88 illiyi ilə bağlı veteranlarla futbol funksionerləri arasında təşkil olunan yoldaşlıq görüşündə meydana çıxanlardan biri də AFFA-nın baş katibi Elxan Məmmədov idi. Assosiasiya rəsmisi meydana çıxanlar arasında hər iki komandanın qapısına qol vuran yeganə oyunçu oldu. Elxan bəy əvvəlcə avtoqola imza ataraq, komanda yoldaşlarını məyus etsə də, son dəqiqələrdə penaltidən yararlanıb rəqibi məyus etməklə bir növ günahını yumuş oldu. Qarşılaşma başa çatandan sonra Məmmədova yaxınlaşıb iştirakçısı olduğu oyunla bağlı fikilərini öyrəndik, həm də bizi maraqlandıran başqa suallara cavab tapmağa çalışdıq.
- Əvvəlcə matçla bağlı fikirlərinizi bildirərdiz.
- Ələkbər Məmmədovun xatirəsinə təşkil olunmuş bu oyunda meydana çıxmaq çox xoş idi. Futbol ictimaiyyəti hər zaman Məmmədovu yad etməli, gənc nəslə göstərməylik ki, bizim belə dünya səviyyəli futbolçularımız olub. Çox şadam ki, bütün futbol ictimaiyyəti bu çağırışa səs verdi və bayram günü olmasına baxmayaraq, “Bayıl Arena”ya gəldi. Fikrimcə, “Təcrübə”yə qarşı çox gözəl oynadıq. Ancaq təcrübə öz sözünü dedi və veteranlarımız bizə qalib gəldi.
- Avtoqol edərkən nə düşündüz? Gözünüzün qabağına Tərlan Əhmədov gəlmədi ki?
- Görün “Təcrübə”nin heyətində kimlər yer almışdı. Hələ uşaq vaxtı o futbolçuların oyununa baxıb, onlara azarkeşlik etmişik. Onlardan oynamaq istərdim. Belə deyək, ürəyim o komandada idi. Ancaq rəqib kimi üz-üzə gəldik. Qol da onlara olan simpatiyamdan irəli gəldi. Düşündüm ki, onların heyətində fərqlənmişəm.
- Mayın 11-də AFFA İcraiyyə Komitəsinin toplantısı keçiriləcək. Gündəliyə salınan, ancaq mətbuata açıqlamayan hansısa məsələ var?
- Əlsində gündəlikdə hansı məsələlərin müzakirə olunacağı haqda mediaya açıqlama verilib. Ancaq İK üzvlərindən kimsə nəsə əlavə məsələ qaldırsa, ona baxıla bilər.
- Lisenziyalaşdırma Komissiyasının hesabatı artıq İK üzvlərinə təqdim olunub?
- İclasda təqdim olunacaq.
- Belə çıxır ki, növbəti mövsüm üçün premyer-liqada komandaların sayının artırılması müzakirə olunmayacaq...
- Lisenziyalaşdırma qrupu hesabatı İK üzvlərinə təqdim edəcək. Onlar durumla bağlı tam məlumat əldə etdikdən sonra fikirlərini bildirəcəklər.
- Sizin “bizə komanda yox, klub lazımdı” açıqlamanız heç də birmənalı qarşılanmadı. Bəzilərinin fikrincə, AFFA bilərəkdən lisenziyalaşdırma prosesini çətinləşdirir. Bu fikirlərə münasibətinizi bilmək istərdik. Bir də az da olsa, növbəti mövsümdə elitada 10 komandanın olmaq ehtimalı var?
- Möcüzə olmalıdı ki, premyer-liqada iştirakçı sayı artsın. Artıq sənədləşmə prosesi bitdi. Düzdü, İK üzvləri hələ fikilərini açıqlamayıblar. Ancaq əsas məsələ maliyyədi ki, o da bu gün demək olar ki, heç bir aşağı dəstə təmsilçisində yoxdu. Yenə deyirəm: bu gün bizə klub lazımdı, komanda yox. Hazırda bizdə Region Liqası var. Orda komandalar fəaliyyət göstərir. Onlar yarışa həvəskar kimi qatılıblar və heç kim onlardan klub olmağı tələb etmir. Ancaq premyer-liqaya yüksəlmək istəyənlərə belə barmaqarası yanaşa bilmərik.
- Region Liqası yarananda turnirin qalibinin yeni “futbol ili”ndə birinci dəstədə çıxış edəcəyi deyilmişdi. Bu məsələ hələ də aktualdı, yoxsa orda çıxış edənlərin də fəaliyyəti sizi qane etmir?
- Bəlkə də Region Liqası gələcək birinci divizionun təməlidi. Hazırda bu turniri çox yaxından izləyirik. Onu da qeyd edim ki, Region Liqasından çox müsbət mesajlar alırıq. Ola bilər ki, tezliklə bu liqada iştirak edən komandalar idman prinsipləri ilə birinci diviziona yüksəlsin. Ardınca isə elitaya vəsiqə qazansın. Biz artıq orda müsbət işlərin görüldüyünü görürük.
- Ötən ilin sonunda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə futbolun inkişafı ilə bağlı yeni Dövlət Proqramının qəbul ediləcəyinin anonsunu vermişdi. Ancaq artıq 5 ay ötməsinə baxmayaraq, bu yöndə hələ ki səs-soraq yoxdu. Yeni proqramla bağlı məsələ gündəmdədi?
- Bilrisiz ki, cənab prezident futbolun inkişafı ilə bağlı 10 illik proqram imzalamışdı. Doğrudan da həmin proqram ölkə futbolunun irəli getməsinə bir təkan oldu. Məncə, futbolun inkişafı üçün davamlı şəkildə hər dəfə bir proqramın qəbul olunmasına ehtiyac yoxdu. Dövlət bizi dəstəklədi. Həmin müddətdə klubların əksəriyyəti yeni infrastruktur yaratdı. Bu yaxınlarda ölkə başçısı 2019-cu ildə Avropa Liqasının Bakıda keçiriləcək final matçı ilə bağlı təşkilat komitəsinin yaradılması haqda sərəncam imzaladı. Ardınca bizi AÇ-2020 gözləyir. Təşkilat Komitəsinin yaradılması artıq dövlətin futbola olan qayğısının göstəricisidi.
- Bu il artıq iki veteranın – Anatoli Banişevski və Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş turnirlər keçirildi. Bu cür tədbirlərin davamı olacaq?
- Bu suala qısa cavab verəcəm. Hər zaman veteranlarımızı yada salmalı, onların qayığısını çəkməliyik. Belə turnilərin tez-tez keçirilməsinə çalışmalıyıq. Veteranlarımız futbol tariximizin olmasından xəbər verir.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:06 İdmanımızı böhrandan necə xilas edək? Bu gün, 14:04 Rapiddə alınmadı, blitsə bel bağlayır Bu gün, 13:45 Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək Bu gün, 13:44 “Keşlə”ni Nyonda “Neftçi” rəsmisi təmsil edib Bu gün, 13:43 Futbolçunu döyən məşqçi "Qəbələ"dən qovuldu Bu gün, 13:42 “Neftçi” vətəni tərk etdi Bu gün, 13:40 Amil Yunanov “Keşlə”ni Avroliqaya görə seçib Bu gün, 13:36 İlqar Qurbanov rəqibi kiçiltməməyin tərəfdarıdı Bu gün, 13:35 PFL yeni mövsümün start tarixini açıqladı Bu gün, 13:32 Şeydayev gələn həftə “Mattersburq”a qoşulacaq Bu gün, 13:30 “Qarabağ”ın güclü qapıçıya ehtiyacı var Bu gün, 13:29 “Olimpiya” ilə oyunların başlama saatı açıqlandı Bu gün, 13:27 "Sumqayıt"ın yay hazırlıq planı açıqlandı Bu gün, 13:26 "Keşlə" Sohnanı saxladı Bu gün, 13:24 Transfer dosyesi Bu gün, 13:22 VAR-ın müsbət və mənfi yönləri Bu gün, 13:19 "Səbail"də makedoniyalı məşqçi Bu gün, 13:16 Orxan Aydın istirahəti yığmadan üstün tutub Bu gün, 13:15 Səbinə Mikina DÇ-də iştirak edəcək Bu gün, 13:14 Rauf Məmmədov ukraynalı şahmatçıyla nişanlandı Bu gün, 13:13 Millimizdən inamlı start Bu gün, 13:11 Billiat qərarını verdi Bu gün, 13:10 “Kapital Bank Arena”da hədiyyə payladılar Bu gün, 13:06 Argentina “Çaynataun”a yığışanları üzdü Bu gün, 13:03 BOS-da DÇ-nin yalnız bir oyunu göstərilib Bu gün, 13:01 Bakı Futbol Liqasından əla fürsət! Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu Bütün xəbərlər
Ən çox oxunanlar