06 may 14:28aktual

“Qəfil hansısa kloun peyda olub, “İnter”in tarixini oğurladı”

“Qəfil hansısa kloun peyda olub, “İnter”in tarixini oğurladı”
Nikolovun üzərindən dönüş qadağası götürüldü
Georgi Nikolov... İllər keçsə də, bu ad-soyad stajlı futbol həvəskarlarının yadından çıxmayacaq. Təxminən 10 il “İnter”də prezident postunu tutan bu şəxsin Azərbaycan futbolunda özünəməxsus yeri vardı. Təkcə açıqlamaları, ideyaları nəyə desən, dəyərdi. Düzdü, o vaxt “İnter” imkanlı klublardan sayılırdı və Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin sağa-sola xərclədiyi milyonlar qazanılan uğurlarda özünü göstərirdi. Buna baxmayaraq, Nikolov klub nəzarətçisi kimi işinin öhdəsindən gəlməklə qatarın relsdən çıxmasına imkan vermirdi. “İnter Arena”nın ərazisindən neçə quşun uçmasından belə xəbəri var idi.
Cahangir Hacıyevin həbsindən sonra onu da çox sıxdılar. Təxminən ilyarım Azərbaycanı tərk edə bilmədi, çox çək-çevir olundu. Lakin ötən ilin aprelində Bolqarıstana getməsinə icazə verildi. İndi vətənində başını aşağı salıb işini görür. Çox güman, Azərbaycan futbolunda və ölkəmizdə başverənləri yaxından izləyir. Hər halda, verdiyi hər açıqlamada “Azərbaycan mənim ikinci vətənimdi” deyirdi. Görək burdan gedəndən sonra fikirləri dəyişməyib ki?
- Necəsiz? Haralardasız?
- Təşəkkür edirəm, hər şey qaydasındadı. Yada salıb zəng vurduğunuz üçün sizə ayrıca təşəkkür edirəm. Hər zaman demişəm, yenə təkrar edirəm: azərbaycanlılar istiqanlı, dostluqda sadiq, mehriban xalqdı. Baxın, bu da bariz nümunə. Bir ildi ordan ayrılmışam, artıq heç kimə lazım deyiləm. Buna baxmayaraq, nə vaxtsa belə bir insanın olduğunu yada salıb zəng edirsiz, maraqlanırsız. Həqiqətən çox sevindim.
- İşimiz budu, borcumuzdu. Nə işlə məşğulsuz?
- Bolqarıstandayam. Dostlarımla balaca şirkətimiz var, onun işləri ilə məşğuluq. Fərqli sahələrdə məsləhətçilik işini əhatə edən kiçik biznesdi. İşimiz əsasən Bolqarıstanla bağlıdı, amma qonşu dövlətlərə də köməyimiz dəyir.
- Qazanc var?
- Bir az var. Təqaüd yaşında kişi üçün pis deyil (gülür).
- Futbol sahəsinə də qarışacağınız var?
- Xeyr-xeyr, zərrə qədər də yoxdu. Futboldan çox uzaqdı.
- Bolqarıstana qayıdandan sonra yenidən futbol sahəsində çalışmaq haqda düşünmədiz?
- Düzünü desəm, heç ağlımın ucundan da keçmədi. 10 il futbolda çalışmaq 100 il itirmək deməkdi. Mən artıq həmin 100 ili itirdim. Deyirsiz, yenidən o qədər ilimi hədər verim?
- Telefon zəng çalanda, zəngin Azərbaycandan gəldiyini bildiz?
- Əlbəttə, bildim. +99412 başqa hansı ölkə ola bilər? (gülür)
- Yəni həmin kod ekranda yazıldı? Dedim, bəlkə ev telefonuna zəng vurmuşam.
- Xeyr, mobil nömrədi, zəngin hardan olduğu ekranda görünür.
- İçinizdən “görəsən, yenə hüquq-mühafizə orqanlarındadı” sualı keçmədi?
- Qətiyyən bu haqda düşünmədim. Azərbaycanda hansısa problem qalsaydı, məni Bolqarıstana buraxmazdılar. Necə ki ilyarım saxladılar, hər şeyi ətraflı yoxlayıb sonra buraxdılar. Bu barədə çox rahatam. Hansısa cinayət törətməmişəm, qaçaqmalçılıqla məşğul olmamışam. Sadəcə, bəzi məsələlərin araşdırması gedirdi deyə saxlamışdılar. Həm də mənim Azərbaycanla bağlı pis xatirələrim yoxdu. İndiyə qədər bir çox insanlarla danışırıq, zəngləşirik. Bakıdakı tanışlarımın sayı Bolqarıstanda tanıdıqlarımın sayından heç də az deyil. Azərbaycan mənim ikinci vətənimdi, bunu fəxrlə deyirəm.
- Kimlərlə əlaqəniz var?
- Mədəniyyət sahəsində, fərqli sənətlərin sahibi olan tanışlarım çoxdu. Ola bilsin, siz onları şəxsən tanımırsız. Məsələn, bir müəddət əvvəl Azərbaycanın tanınmış rəssamlarından Rəfael Kərimov xanımı ilə qonağım olmuşdu. Bolqarısatana gəlmişdilər, fürsətdən istifadə edib bizimlə görüşdülər. Altay adlı həmkarınız var, soyadı yadımdan çıxıb. O mənə zəng vurmuşdu.
- Əliyev?
- Bəli, Altay Əliyev. O da Bolqarıstana gəlmişdi, zəng vurdu, danışdıq. Sadəcə, görüşə bilmədik.
- Niyə?
- Çünki həmin vaxt o Sofiyada, mən isə Varnada idim. Onun vaxtı az idi, Sofiyaya gəlməyimi gözləyə bilmirdi. Bir az tez zəng vursaydı, Sofiyaya qayıdardım, orda evim var, bizdə qalardı.
- Nəsə işi vardı sizinlə?
- İşi mənimlə deyildi. İşlə bağlı Bolqarıstana gəlmişdi deyə mənə zəng vurmuşdu. Sadəcə, tanışlığımız olduğuna görə yada salmışdı, başqa heç nə. Təəssüf ki, görüşə bilmədik.
- Vaxtilə “İnter”də çiyin-çiyinə çalışdığınız insanlarla əlaqəniz yoxdu?
- Düzünü desəm, əlaqəm yoxdu. “İnter”də “İnter”lik qoydular ki? O boyda klubu başdan-ayağa dəyişdilər. İndi stadionun ərazisindən keçən adama “İnter” desən, heç nə başa düşməyəcək. Yaxşı ki, stadionun adı hələ ki qalıb. İndiki komandanın adı da yadımda qalmır.
- “Keşlə”...
- Hə, “Keşlə”, “Keşlə”... Bunun nə mənası vardı?
- Bu barədə danışacağıq. Hələ ora çatmamışıq. Səmimi deyin, ilyarım ərzində Bakıda üzləşdiyiniz münasibət, yaşadığınız həyat səviyyəsindən sonra buralar üçün darıxırsız?
- Azərbaycan həmişə yadımdadı. Amma hərdən Bakı üçün çox darıxıram, lap çox. Siz gəlin 10 il Bolqarıstanda işləyin, yaşayın, hansısa uğurlar qazanın, dostlarınız olsun, ondan sonra qayıdın Bakıya. Yalnız o zaman hansı hisslər keçirdiyimi anlayarsız... Təxminən ayyarım əvvəl burdakı dostlarım mənim məsləhətimlə Bakıya səyahət etmişdilər. Sadəcə, dincəlmək, gəzmək üçün. Qayıdandan sonra dərhal bizə gəldilər. Oturduq, söhbət etdik. Fəvvarələr meydanı, İçərişəhər, Bakı bulvarı, Qobustandakı tarixi abidələr, Bibiheybət məsçidi, Yanardağ – bütün bunlar haqda o qədər ağızdolusu danışdılar ki, sizi inandırım, bilet alıb Bakıya uçmaq istədim. Onlardan xoş sözlər eşitmək həm sevindirici, həm də kədərli idi. Sevinirsən ki, 10 il gözəl diyarda yaşamısan, kədərlənirsən ki, bu gün orda deyilsən.
- İstəsəz, Bakıya gələ bilmərsiz?
- Ötən ayın 6-da Azərbaycana daxil olmağım üçün qoyulan 1 illik STOP aradan qaldırıldı. İstəsəm, bu dəqiqə uçub gedərəm. Sadəcə, indi işlərim həddən artıq çoxdu. Bu il gələ bilməyəcəm. Ola bilsin, gələn il.
- Bu sualı boş yerə vermədim. Mayın 28-də kubokun final qarşılaşmasında “Keşlə” ilə “Qəbələ” üz-üzə gələcək. Həmin oyunu canlı izləmək istəməzdiz?
- Heç kim sözümdən inciməsin, mənim üçün Azərbaycanda iki komanda olub: biri “İnter”, digəri Azərbaycan millisi. Yığmanın hansısa oyununu sevə-sevə izləyərəm. Amma “İnter” artıq yoxdu.
- Əvəzində “Keşlə” var.
- “Keşlə”... Hə, nə olsun? “Keşlə”... Mən həmişə bu ada qarşıydım. Düzgün yanaşma deyildi çünki. “İnter” bu adla yaranmışdı, çempionluqlar, avrokubok görüşləri bu ad altında olmuşdu. Qəfil hansısa kloun peyda olub, “İnter”in tarixini oğurladı. Klubun emblemini, rəngini dəyişdi. Qətiyyən xoşuma gəlmədi, ona görə də bu komandanı qəbul etmirəm. Yadıma düşdükcə əsəbləşirəm.
- Çətindi, hə?
- Əlbəttə, çətindi. Mən ora gələndə “İnter” yaşyarımlıq körpə idi. Hər cür əziyyətə qatlaşıb onu böyütdük, gecələr yatmadıq, möhkəmlənməsi, böyüməsi üçün əlimizdən gələni etdik. Azərbaycan futbolunda iddialı klublar cərgəsinə qoşuldu. Qəfildən kimsə ortaya çıxıb “İnter”i yox etdi, “İnter”in tarixi altında “Keşlə” yaratdı. “Keşlə”nin 2004-də yarandığını göstəriblər. 2004-də “Keşlə” var idi? Ona görə də bu klub mənim üçün mənasızdı, heç bir önəm daşımır. Xahiş edirəm, başqa şeydən danışaq.
- Azərbaycan futbolunda başverənlərdən xəbərdarsız?
- Sizcə, xəbərdar olmamağım mümkündü? “Qarabağ” sona 4 tur qalmış növbəti çempionluğunu rəsmiləşdirib, ardıcıl 5-ci dəfə “qızıl” qazandı. Yeri gəlmişkən, onları həm bu, həm də Çempionlar Liqasının qrup mərhələsində çıxış etmələri münasibətilə təbrik edirəm. Açığı, gözlərimə inana bilmirdim, hədsiz sevinc vardı içimdə. Ümid edirəm ki, eyni uğuru bu dəfə də təkrarlayacaqlar. Çempionluq təmin olunub, deməli, istirahət etmək üçün daha çox vaxtları var. İyula qədər güc toplasınlar, ondan sonra yenə ÇL-in qrupuna düşsünlər. Digər oyunların nəticələrini də izləyirəm.
- Sizcə, mövsümün sürpriz komandası hansıdı?
- “Qarabağ”, “Qarabağ”, “Qarabağ”... Ona görə də Azərbaycan çempionatında sürpriz yoxdu. Darıxdırıcı yerdə hansı sürpriz gözləmək olar?
- Dedim, bəlkə “Sumqayıt”ın adını çəkərsiz.
- Cəmi 8 komandanın mübarizə apardığı çempionatda 3-cü yerdə qərarlaşmaq mənim üçün sürpriz deyil. “Qəbələ” ilə “Neftçi”də sabitlik yoxdu deyə “Sumqayıt”ın üzü gülür. Sadəcə, “Sumqayıt”da sabitlik var, özlərinə sərf edən nəticələri qazanırlar. Amma heç bir qəhrəmanlıq göstərməyiblər.
- Məntiqlə, yığmanın yeni baş məşqçisinin kimliyindən də xəbərdar olmalısız.
- Hə, bu artıq başqa məsələ. Buna deyərəm doğru seçim, gələcəkdə mümkün uğurlar adına xoş xəbər. Hərçənd mən Robert Prosineçkinin pərəstişkarı idim. Həm insani keyfiyyətlərini, həm də işini bəyənirdim. Buna rəğmən, Qurbanovun təyinatına çox sevindim. O bacaracaq, alındıracaq. “İnter” məktəbini keçmiş insan uğursuz ola bilməz (gülür).
- Nizami Hacıyevlə əlaqəniz var, danışırsız?
- Təəssüflər olsun ki, nömrəsi yoxdu məndə. Xəbəri eşidəndə həqiqətən üzüldüm. Fürsət düşmüşkən deyim, hamı eşitsin, oxusun: Nizaminin oyun alğı-satqısında iştirak etməsinə qətiyyən inanmıram. O insanın oyun satması qətiyyən inandırıcı deyil. O nədisə, bir iş idi, heç cür başa düşmədim. “İnter”in çox çətin günləri var idi, bir qəpik pul verilmirdi. Həmin günlərdə Nizami heç yerə getmədi, futbolçuları başına yığıb uğur qazanmalı olduqlarını dedi. Məğlubiyyətə üzülən ən çox Nizami olurdu. Bunları gözlərimlə görmüşəm. Oyun satan idisə, 3-4 ay əlinə pul dəyməyəndə satardı da. Allah hamısının köməyi olsun.
- Kaxaber Tsxadadzedən xəbəriniz yoxdu?
- Dünən danışmışıq, Gürcüstandadı. Qazaxıstandan ayrılandan sonra dincəlir, özü üçün təhlillər aparır.
- Münasibətləriniz bu dərəcədə yaxşılaşıb?
- Mən Kaxaberlə heç vaxt düşmən olmamışam. İş prosesində hansısa anlaşılmazlıq, narazılıq ola bilər. Guya sizin işdə olmur? Hər yerdə var. Amma heç vaxt pis münasibətimiz, düşmənçiliyimiz olmayıb. Uzun illər bir qabdan çörək yemişik, onu tapdamaq olmaz.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:06 İdmanımızı böhrandan necə xilas edək? Bu gün, 14:04 Rapiddə alınmadı, blitsə bel bağlayır Bu gün, 13:45 Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək Bu gün, 13:44 “Keşlə”ni Nyonda “Neftçi” rəsmisi təmsil edib Bu gün, 13:43 Futbolçunu döyən məşqçi "Qəbələ"dən qovuldu Bu gün, 13:42 “Neftçi” vətəni tərk etdi Bu gün, 13:40 Amil Yunanov “Keşlə”ni Avroliqaya görə seçib Bu gün, 13:36 İlqar Qurbanov rəqibi kiçiltməməyin tərəfdarıdı Bu gün, 13:35 PFL yeni mövsümün start tarixini açıqladı Bu gün, 13:32 Şeydayev gələn həftə “Mattersburq”a qoşulacaq Bu gün, 13:30 “Qarabağ”ın güclü qapıçıya ehtiyacı var Bu gün, 13:29 “Olimpiya” ilə oyunların başlama saatı açıqlandı Bu gün, 13:27 "Sumqayıt"ın yay hazırlıq planı açıqlandı Bu gün, 13:26 "Keşlə" Sohnanı saxladı Bu gün, 13:24 Transfer dosyesi Bu gün, 13:22 VAR-ın müsbət və mənfi yönləri Bu gün, 13:19 "Səbail"də makedoniyalı məşqçi Bu gün, 13:16 Orxan Aydın istirahəti yığmadan üstün tutub Bu gün, 13:15 Səbinə Mikina DÇ-də iştirak edəcək Bu gün, 13:14 Rauf Məmmədov ukraynalı şahmatçıyla nişanlandı Bu gün, 13:13 Millimizdən inamlı start Bu gün, 13:11 Billiat qərarını verdi Bu gün, 13:10 “Kapital Bank Arena”da hədiyyə payladılar Bu gün, 13:06 Argentina “Çaynataun”a yığışanları üzdü Bu gün, 13:03 BOS-da DÇ-nin yalnız bir oyunu göstərilib Bu gün, 13:01 Bakı Futbol Liqasından əla fürsət! Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu Bütün xəbərlər
Ən çox oxunanlar