04 may 23:20aktual

Fuad Musayevə rəhmət oxutduranlar…

Fuad Musayevə rəhmət oxutduranlar…
…və ya klublar problemlərini həll etməkdə niyə acizdi?
Xəbər verdiyimiz kimi, çərşənbə axşamı “Bulvar otel”də Klublar Komitəsinin (KK) növbəti iclası keçirildi. Qısaca xatırladaq ki, AFFA-nın baş katibi Elxan Məmmədovun da qatıldığı həmin toplantıda müzakirələr uzun sürdü. Əslində KK son vaxtlar tənqidlərə məruz qalırdı. Səbəb isə komitənin təsir gücünü itirməsi ilə bağlı idi. Ancaq deyəsən, sözügedən qurum formallıq xatirinə fəaliyyət göstərmədiyini nümayiş etdirmək niyyətindədi. Hər halda, son iclasda xeyli sayda qərarın saf-çürük edilməsi, maraqlı məqamların gündəmə gətirilməsi belə deməyə əsas verir. Ancaq müzakirə olunan məsələlərin hamısını heç də müsbət ideya kimi dəyərləndirmək olmaz. Məlum olduğu kimi, KK-nın iclasından sonra komitə sədri Kamran Quliyev brifinq keçirərək iclasın gündəliyindəki, eləcə də əlavə təkliflər əsasında müzakirə olunan məsələlərlə bağlı danışıb. İndi isə həmin açıqlamaları bir daha yada salaq, onlara müxtəlif prizmalardan yanaşaq.
1. “AFFA dünya nəhəngi olan “İnStat” şirkəti ilə müqavilə imzalayıb. Hər kluba ehtiyacı olan statistik məlumatlar veriləcək. Assosiasiyanın dəstəyi sayəsində kublar hər il 13-14 min avro pula qənaət edəcək. Bundan başqa, avrokuboklara vəsiqə qazanan komandalar püşkatmadan sonra yeni transferlərdə viza problemi ilə üzləşirlər. Bununla bağlı AFFA-ya müraciət olunub. Assosiasiya bu işdə bizə dəstək verəcək. Vizanın alınmasında hər hansı problem yaransa, klublar AFFA-ya müraciət edəcək və qurum da əməkdaşlıq etdiyi səfirliklərlə işi sürətləndirmək üçün təmasa keçəcək”.
Bu yerdə AFFA-nın mərhum prezidenti Fuad Musayevə Allahdan qəni-qəni rəhmət diləmək yerinə düşür. Niyə? Ona görə ki, Musayev quruma rəhbərlik etdiyi dönəmdə hər şeyi əlində cəmləmişdi. İndi də təxminən eyni mənzərədi. Sadəcə, daha sivil yolla bunu edirlər, mahiyyət isə dəyişmir. Bir neçə klubun eyni mənbədən maliyyələşməsinin, həmçinin klubların Müşahidə Şurasında federasiya əməkdaşlarının yer almasının ardınca AFFA yenidən premyer-liqa təmsilçilərini qanadı altına alır. Əslində klublar özləri də assoasiyasının yardımına sığınmağa meyillidi. Əks halda kimsə çıxıb “biz bu qədər acizik ki, viza problemimizi özümüz yox, AFFA həll etsin?” məzmunlu etiraz edərdi. Ancaq klublar “nə yaxşı oldu, bunu da federasiyanın üstünə atdıq” düşüncəsi ilə məsələyə yanaşıb. Assosiasiya da klubların “xaç atası” kimi sinəsini irəli verib, eyni mənbədən qidalanmayan 2-3 klubu da bu yolla “caynağına keçirib”. Sabah federasiya “mənim hesabıma “İnStat”a pul ödəmirsiz, viza problemini də həll etməyi siz bacarmadız, mən yoluna qoydum” desə, kim onu haqsız sayacaq? Heç kim! Belə məsələlərdən ötrü AFFA-nın yanında gözükölgəli olmağa dəyərdimi? Dəyməzdi!
2. “Avropada belə bir təcrübə var ki, böyük şirkətlə müqavilə bağlanılır və həmin şirkət çempionatı toplarla təmin edir. Bir neçə iclas əvvəl AFFA-ya müraciət etmişdik. Assosiasiya bu gün məlumat verdi ki, gələn mövsümdən AFFA-nın “Nike” şirkəti ilə əməkdaşlığı olacaq və bütün komandalara bu şirkətin topları pulsuz paylanılacaq”.
Bu mənada AFFA daha çox PFL-in “bazarına girmiş” oldu. Məlumdu ki, əvvəllər təşkilatçı qurum topları gətirir, klublar da daha sərfəli qiymətə ordan alırdı. İndi isə artıq məsələyə birbaşa assosiasiya əl qoyub. Təbii, burda qazanan tərəf klublar oldu. Düzdü, yenə də “Xeyir tanrısı” rolunda AFFA-dı. Bu isə yuxarıda sadaladığımız asılılıq tellərini bir qədər də möhkəmləndirir. Ancaq o da var ki, klublar pulsuz toplarla təmin olunacaq.
3. “Bu gün U-19 liqasının gücləndirilməsi məsələsi də səsləndirildi. Bildiyiniz kimi, Gənclər Liqasının qalibi Avropada ölkəmizi təmsil edir. Yaşca böyük olan bir neçə futbolçunun iştirak ərizəsinə salınması təklif olundu. Premyer-liqada hazırda yaş limiti var. Təklif olundu ki, Gənclər Liqasının formatında da dəyişiklik olunsun. Bu da əvəzedicilər arasında çempionatın keçirilməsini bir qədər sual altına salır. Amma bununla bağlı hələ müzakirələr gedir. Klublar arasında yazışmalar gedəcək. Məqsəd U-19 liqasını gücləndirməkdi. Çünki bu liqanın çempionu ölkəmizi Avropada təmsil edir. Klublar bununla bağlı narahatdı. Bu yaş qrupunda rəqabət, çempionatın səviyyəsi güclü deyil. Avropa arenasındakı nəticələr də buna sübutdu”.
Doğrudan da adı Gənclər Liqası, maksimum yaş həddi 19 olan yarışda 24-25 yaşlı futbolçuların top qovması gülməlidi. Bu, sadəcə, süni rəqabət yaratmaq fonunda atılan addımdı. Aydın məsələdi ki, sabah həmin yaşlı futbolçular beynəlxalq matçlarda iştirak etməyəcək. Mövsümboyu 3-4 belə futbolçuya güvənən komanda onların yoxluğunu necə unutduracaq? Bu ideya yığmalara legionerlərin cəlb olunması fikri ilə təxminən eynidi. Əsas problem aşağıdan istedadlı futbolçuların gəlməməsidi. Bu həll olunmalıdı. Süni yollarla inkişaf axtarışına çıxmaq mənasızdı. Nə vaxta kimi asan yola qaçacağıq? Əslində heç bu asan yol da sayılmır və gerçəkləşməsi də inandırıcı görünmür. Yadınızdadısa, ötən il ÇL-də iştirak ərəfəsində Rəşad Sadıqov komandasını formalaşdırmaq üçün haralardan futbolçu topladı. İndi də eyni durum yaranacaq. Rəqabəti gücləndirmək üçün heyətdə olan futbolçular göndəriləcək, onların yerini doldurmaq üçün oyunçu axtarışına çıxılacaq. Baş məşqçinin istəyinə uyğun futbolçular tapılacaq? Yenilər komandaya nə vaxt uyğunlaşacaq? Bütün bunlar isə cavabı çətin tapılan suallardı.
4. “Birinci divizionla əvəzedicilərin birləşməsi məsələsində konkret fikir yoxdu. Bəzi klublar bunun əleyhinədi. Müxtəlif fikirlər səsləndirildi. “Neftçi” klubu olaraq, bizim etirazımız yoxdu. Halbuki belə qərarlar səs çoxluğu ilə qəbul olunur. Bir məqam var ki, divizionda problemlər çoxdu. Söhbətin nədən getdiyini yaxşı bilirsiz. Böyük tarixi olan klubun həmin problemlərin tərkib hissəsi olması yaxşı hal deyil. Bu, bizim üçün də risklidi. Digər tərəfdən, idman prizmasından yanaşsaq, yeniyetmə və gənclərin özlərindən yaşca nisbətən böyük futbolçulara qarşı oynaması yaxşıdı. Klubların çoxu bunu dəstəkləmədiyi üçün hələlik bu məsələ donduruldu. Qarşıdakı iclaslarda buna qayıdacağımıza inanmıram”.
Əslində əvəzedici komandaların birinci divizionda mübarizə aparmasının müsbət tərəfləri çoxdu. Xaricdə də bu təcrübədən kifayət qədər istifadə olunur. Fakt budu ki, “ikincilər”in yarışında o qədər də rəqabət yoxdu. Nəzərə alaq ki, əvəzedicilər əsas komandanın ehtiyat qüvvəsi sayılır. Təbii, birinci divizionda mübarizə aparan komandanın üzvü premyer-liqaya daha hazır gələr. Bu da elita təmsilçilərinin işinə yarayar. Lakin deyəsən, bu ideya gerçəkləşməyəcək. Səbəb isə aşağı dəstədə yaşananlardı. Danışılmış oyunlarla bağlı gəzən söz-söhbətdən çəkinən premyer-liqa iştirakçıları əvəzedicilərini ora göndərmək istəmir. Əslində Kamran Quliyev məhz həmin məqamı qabardıb. Əlbəttə, “Neftçi” kimi köklü klubun əvəzedici komandasını çirkabdan qorumaq istəyi tam anlaşılandı. Üzücü məqam isə budu ki, hələ də həmin problemi həll etmək mümkün olmayıb. Halbuki AFFA dəfələrlə xəbərdarlıq edib, sanksiyalar tətbiq olunub. Ancaq birinci divizionu bu “qara yara”dan xilas etmək mümkün olmayıb.
FARİZ
Люди кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:06 İdmanımızı böhrandan necə xilas edək? Bu gün, 14:04 Rapiddə alınmadı, blitsə bel bağlayır Bu gün, 13:45 Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək Bu gün, 13:44 “Keşlə”ni Nyonda “Neftçi” rəsmisi təmsil edib Bu gün, 13:43 Futbolçunu döyən məşqçi "Qəbələ"dən qovuldu Bu gün, 13:42 “Neftçi” vətəni tərk etdi Bu gün, 13:40 Amil Yunanov “Keşlə”ni Avroliqaya görə seçib Bu gün, 13:36 İlqar Qurbanov rəqibi kiçiltməməyin tərəfdarıdı Bu gün, 13:35 PFL yeni mövsümün start tarixini açıqladı Bu gün, 13:32 Şeydayev gələn həftə “Mattersburq”a qoşulacaq Bu gün, 13:30 “Qarabağ”ın güclü qapıçıya ehtiyacı var Bu gün, 13:29 “Olimpiya” ilə oyunların başlama saatı açıqlandı Bu gün, 13:27 "Sumqayıt"ın yay hazırlıq planı açıqlandı Bu gün, 13:26 "Keşlə" Sohnanı saxladı Bu gün, 13:24 Transfer dosyesi Bu gün, 13:22 VAR-ın müsbət və mənfi yönləri Bu gün, 13:19 "Səbail"də makedoniyalı məşqçi Bu gün, 13:16 Orxan Aydın istirahəti yığmadan üstün tutub Bu gün, 13:15 Səbinə Mikina DÇ-də iştirak edəcək Bu gün, 13:14 Rauf Məmmədov ukraynalı şahmatçıyla nişanlandı Bu gün, 13:13 Millimizdən inamlı start Bu gün, 13:11 Billiat qərarını verdi Bu gün, 13:10 “Kapital Bank Arena”da hədiyyə payladılar Bu gün, 13:06 Argentina “Çaynataun”a yığışanları üzdü Bu gün, 13:03 BOS-da DÇ-nin yalnız bir oyunu göstərilib Bu gün, 13:01 Bakı Futbol Liqasından əla fürsət! Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu Bütün xəbərlər
Ən çox oxunanlar