Kosovo çempionatında 30-cu turun oyunları keçirilib. Səfərdə “Qyilani” ilə münasibətləri aydınlaşdıran “Drita” heç-heçə edib – 1:1. Amit Quluzadə bu qarşılaşmanın iştirakçısı olmayıb. 60 xalla liderliyi davam etdirən “Drita” növbəti turda doğma meydanda “Liria”nı qəbul edəcək.