03 may 23:19aktual

Hakimlərimiz Çakırın idarəçiliyini dəyərləndirdi

Hakimlərimiz Çakırın idarəçiliyini dəyərləndirdi
Orxan Məmmədov: “Mən olsaydım, “Real”ın qapısına penalti təyin edərdim”
Srağagün bütün dünyanın diqqəti Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real” – “Bavariya” matçına yönəlmişdi. Başqa cür ola da bilməzdi. Çünki “köhnə qitə”nin iki aparıcı klubu üz-üzə gəlirdi, ilk oyunda qeydə alınan nəticə və almanların sərgilədiyi oyun Madirddə keçirilən qarşılaşmanın da gərgin idman mübarizəsi şəraitində keçəcəyini vəd edirdi. Gözləntilər özünü doğrultdu desək, yanılmarıq. “Doğma divarlar” arasında “Kral klubu”na 1:2 hesabı ilə uduzan Münhen təmsilçisi cavab görüşündə inamlı təsir bağışladı və hətta oyunun bəzi məqamlarında üstünlüyə də yiyələndi. Ancaq qarşılaşmanın baş hakimi oyuna “möhürünü vurmaqla” almanların qəbrini qazdı. Belə ki, əksər mütəxəssislərin fikrincə, görüşü idarə edən türkiyəli ədalət təmsilçisi Cüneyt Çakır iki epizodda – top Marselonun əlinə dəyərkən və cərimə meydançasında Levandovskiyə qarşı kobudluq zamanı – düzgün qərar verməyərək, almanların penaltilərini “yeyib”. Hətta ünlü sabiq ispan referi İtturalde Qonsales belə mətbuata açıqlamasında türkiyəli referinin səhvə yol verdiyini bildirib.
Bəs görəsən, bizim referilər “Real” – Bavariya” matçında yaşanan mübahisəli vəziyyətlərlə bağlı hansı fikirdədi? Müzakirə predmeti olan iki epizodu necə dəyərləndirirlər? Bu suallara cavab tapmaq üçün öncə Orxan Məmmədovla əlaqə saxladıq. Məmmədov Qonsalesdən fərqli, yalnız bir epizoda görə Çakırı qınamağın yeri olduğunu bildirdi: “Cüneyt Çakır “Real”ın “Yuventus”la ilk matçını da idarə etmişdi. Ona görə də ispanların oyun tərzinə bələd bir hakimdi. Hər matçın öz ab-havası var. “Bavariya” ilə qarşılaşmanın ilk dəqiqələrindən Çakır göstərdi ki, sərt oyuna imkan verəcək. Çünki almanlar özləri belə bu cür oyuna alışqandılar. Belə qarşılaşmalarda ikili mübarizələr, qarşlıqlı sərt oyun gözləniləndi. Levandovskinin yerdə qaldığı epizodda penalti verilməli olsaydı, matçboyu yaşanan digər toqquşmalara görə də penalti təyin olunmalıydı. O ki qaldı Marselonun vəziyyətinə, bəli, həmin an konkret penalti idi. Çünki braziliyalı müdafiəçi zərbə anında sağ əllə yox, sol əllə ötürmənin qarşısını kəsir. İstəsəydi, həmin vaxt əlini yığışdıra bilərdi. Həmin an əli də açıq vəziyyətdə idi. Zərbə o qədər də yaxın məsafədən vurulmamışdı ki, bəhanə üçün əlyeri olsun. Müdafiəçi bədənini çevirərkən bilərəkdən topa uzaq olan sol əlini açıq qoyur. Mən olsaydım, “Real”ın qapısına penalti təyin edərdim. Çakırın kobud səhvlərlə yadda qaldığını isə deyə bilmərəm. O matçın statusuna uyğun qərarlar verdi. Yenə deyirəm, türk hakim ilk dəqiqələrdən ancaq yüzfaizlik penalti və follara fit çalacağını hiss etdirmişdi. Çünki ispanların “Yuventus”la cavab qarşılaşmasında son saniyələrdəki penaltiyə görə ictimaiyyət arasında yaşanan müzakirələri görmüş, dedi-qoduları eşitmişdi. Bütün bunlardan sonra heç bir hakim risk edib, özünü “yandırmazdı”.
FİFA referisi Əliyar Ağayev isə Çakırın qərarlarına münasibət bildirməkdən imtina etdi: “Xahiş edirəm, düzgün başa düşün. FİFA referisi kimi mənim Çakırın və yaxud sinəsində FİFA hakimi loqosu daşıyan başqa bir ədalət təmsilçisinin idarəçilyini qıymətləndirməyim düzgün çıxmaz. Etik cəhətdən bu düzgün deyil. Bu gün bütün dünya bir-birinə inteqrasiya olunub. Bizim mətbuatda çıxan bir fikir sabah bütün dünyaya yayılır. Bu üzdən səsləndirəcəyim sözlər sabah əleyhimə işləyə bilər”.
Daha bir FİFA referimiz Ömər Paşayev isə səhhəti ilə bağlı İranda olduğuna görə matçı izləmədiyini bildirdi: “İrandan bu gün (dünən) qayıtmışam. Səhhətimlə bağlı müalicəyə yollanmışdım. Qonşu ölkədə qeyd etdiyiniz oyun yayınlanmırdı. Heç internet üzərindən də saytlara girmək mümkün deyildi. Ona görə də “Real” – “Bavariya” qarşılaşmasına baxa bilməmişəm”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:06 İdmanımızı böhrandan necə xilas edək? Bu gün, 14:04 Rapiddə alınmadı, blitsə bel bağlayır Bu gün, 13:45 Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək Bu gün, 13:44 “Keşlə”ni Nyonda “Neftçi” rəsmisi təmsil edib Bu gün, 13:43 Futbolçunu döyən məşqçi "Qəbələ"dən qovuldu Bu gün, 13:42 “Neftçi” vətəni tərk etdi Bu gün, 13:40 Amil Yunanov “Keşlə”ni Avroliqaya görə seçib Bu gün, 13:36 İlqar Qurbanov rəqibi kiçiltməməyin tərəfdarıdı Bu gün, 13:35 PFL yeni mövsümün start tarixini açıqladı Bu gün, 13:32 Şeydayev gələn həftə “Mattersburq”a qoşulacaq Bu gün, 13:30 “Qarabağ”ın güclü qapıçıya ehtiyacı var Bu gün, 13:29 “Olimpiya” ilə oyunların başlama saatı açıqlandı Bu gün, 13:27 "Sumqayıt"ın yay hazırlıq planı açıqlandı Bu gün, 13:26 "Keşlə" Sohnanı saxladı Bu gün, 13:24 Transfer dosyesi Bu gün, 13:22 VAR-ın müsbət və mənfi yönləri Bu gün, 13:19 "Səbail"də makedoniyalı məşqçi Bu gün, 13:16 Orxan Aydın istirahəti yığmadan üstün tutub Bu gün, 13:15 Səbinə Mikina DÇ-də iştirak edəcək Bu gün, 13:14 Rauf Məmmədov ukraynalı şahmatçıyla nişanlandı Bu gün, 13:13 Millimizdən inamlı start Bu gün, 13:11 Billiat qərarını verdi Bu gün, 13:10 “Kapital Bank Arena”da hədiyyə payladılar Bu gün, 13:06 Argentina “Çaynataun”a yığışanları üzdü Bu gün, 13:03 BOS-da DÇ-nin yalnız bir oyunu göstərilib Bu gün, 13:01 Bakı Futbol Liqasından əla fürsət! Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu Bütün xəbərlər
Ən çox oxunanlar