03 may 23:18aktual

Anar Şabanoğlu “Neftçi”dən ayrıldı

Anar Şabanoğlu “Neftçi”dən ayrıldı
Onu “Simurq”un sabiq mətbuat katibi əvəzlədi
“Neftçi”də Marketinq və Mətbuatla Əlaqələr Departamentinin rəhbəri Anar Şabanoğlu srağagün öz istəyi ilə işindən ayrılıb. Səhhətindəki problemi əsas gətirən həmkarımız tutduğu postdan getmək istəyini klub rəhbərliyinə çatdırandan sonra qarşısında “yaşıl işıq” görüb.
Şabanoğlu məsələylə bağlı şəxsi “feysbuk” səhifəsində bunları yazıb: "Neftçi" çox böyük dəyərdi. Bunu bilmək, nə qədər şərəfli bir yerdə çalışdığını dərk etmək klubun hər bir rəhbər şəxsinin və sıravi əməkdaşının, bu formanın müqəddəsliyini anlamaq, haqqını vermək hər bir futbolçunun borcudu. Bu klub və xüsusən də bu azarkeş hər yarışda yalnız və yalnız 1-ci yerə, çempionluqlara, kuboklara layiqdi! Kuboku çox arzulasam da, klubda çalışdışdığım 7 ayda qazancım "Keşlə" ilə oyun günü aşkarlanan diabet oldu. "Neftçi"yə canım fəda! Bilənlər bilir ki, pafos xatirinə demirəm. Amma mən tək deyiləm, bu yaşda tutulduğum xəstəlikdən sonra mənə hamıdan və hər şeydən dəyərli olan ailəmi də düşünmək məcburiyyətindəyəm. Buna görə sevimli klubumdan öz istəyimlə ayrılmağa qərar verdim. Başda klub rəhbərliyi olmaqla şərəfli görəvdə mənə dəstək olan hər kəsə dərin minnətdarlığımı bildirirəm.
"Neftçi"nin mətbuat xidmətinin kollektivinə, bu möhtəşəm ailənin hər üzvünə xüsusi təşəkkür edirəm. Bəlkə Allah nəsib edər, nə vaxtsa yenidən əbədi sevgimiz "Neftçi"də bir yerdə olarıq. Həyat davam edir. Ruhdan düşməmək, daha böyük istəklə çalışmaq lazımdı. Çempionatın həlledici oyunları var. Sevimli komandamın uğurlu çıxış edib uzun həsrətdən sonra medal qazanacağına inanıram! Bir neçə gün gözləyə bilsəm, bu medaldan mənə də pay düşərdi. Amma önəmli olan komandamın uğurudu.
"Neftçi"də işlədiyim müddətdə hər an dəstəyini hiss etdiyim jurnalist həmkarlardan və Azərbaycanın bir nömrəli azarkeş qrupu "Forza Neftçi" başda olmaqla klubu səmimi qəlbdən sevən bütün azarkeşlərdən komandamıza çempionatın qalan 3 oyununda dəstəklərini əsirgəməməyi xahiş edirəm.
Nə mutlu "NEFTÇİLİYƏM" deyənə”!
İlk növbədə vaxtilə “Futbol+”də çalışmış Anara Allahdan şəfa diləyir, gələcək işlərində uğurlar arzulayırıq. “Neftçi”də çalışdığı müddətdə işinin öhdəsindən gəlməyi bacaran, klubla bağlı suallarımıza vaxtında cavab verən həmkarımızın bundan sonrakı fəaliyyətinin uğurlu alınacağına inanırıq. Amma işin başqa tərəfi Şabanoğlunun öz istəyi ilə istefa verdiyini dilə gətirməsidi. Nə sirri-xudadısa, “Neftçi”dən ayrılan heç bir işçi daxildəki ab-havanın qaydasında olmadığını qabartmır, klubdakı atmosferin və özünə münasibətin onu, yaxud rəhbərliyi razı salmadığını demir. Vaxtilə Gündüz Abbaszadə, Mehman Rəsulov, Rüstəm Əfsərli də öz xoşu ilə ayrıldığını bildirmişdi. Lakin söhbətin içi haqda heç nə deməmişdilər. Əlbəttə, sağlamlıq hər şeydən vacibdi. Sadəcə, burda söhbət təkcə sağlamlıqdan getmir.
Əldə etdiyimiz məlumata görə, Kamran Quliyev prezident postuna keçəndən sonra vaxtının müəyyən hissəsini uyğunlaşma dövrünə həsr edib. Bu müddət ərzində özü üçün götür-qoy edib, başverənləri kənardan izləyib. Həm də kluba gəldiyi ilk günlərdə ciddi islahatlar aparması narazılıq doğurardı. Ona görə də müəyyən fasilədən sonra islahatlara start verilib. Odu ki, vaxtilə birgə çalışdığı, özünə yaxın bildiyi, işinə bələd olduğu şəxsləri ətrafına toplamağa çalışır.
AFFA-da və ona bağlı olan klublarda heç kim istefaya göndərilmir. Elə şərait yaradılır ki, işçi özü ürək sözlərini ağ kağıza yazıb, qapını arxadan bağlayır. İllərdi eyni ssenari təkrarlanır. Ona görə də Anar Şabanoğlunun gedişinə təəccüblənməyə dəyməz. Mövsümün sonuna qədər Tərlan Əhmədovun və ona yaxın olan şəxslərin “Neftçi”dən göndərilməsi prosesi tam başa çatacaq.
“Neftçi”nin rəsmi saytında dünən günün ikinci yarısında Şabanoğlunun boşaltdığı posta Rüstəm Allahverdiyevin təyin olunduğu haqda xəbər yerləşdirildi. Klubun yeni mətbuat katibi mayın 15-dən işinin icrasına başlayacaq.
1987 təvəllüdlü Allahverdiyev Bakı Dövlət Universitetinin jurnalistika və hüquq fakültələrini bitirib. Əmək fəaliyyətinə 2007-dən başlayıb. Müxtəlif idman qəzetlərində müxbir, 2011-15-ci illərdə Zaqatala "Simurq”unun mətbuat katibi işləyib. Sonuncu iş yeri isə "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin mətbuat katibi olub.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar