04 may 02:14aktual

Elxan Məmmədov divizion təmsilçilərinin yanaşmasından narazıdı

Elxan Məmmədov divizion təmsilçilərinin yanaşmasından narazıdı
“Növbəti mövsüm premyer-liqada 10 komandanın olmaqı ehtimalı çox azdı”
Klublar Komitəsinin iclasında iştirak edən AFFA-nın baş katibi Elxan Məmmədov toplantıdan sonra jurnalistlərin suallarını cavabladı.
- İclasda hansı məsələlər müzakirə olundu?
- Hazırda hər bir klubumuz fərdi qaydada birbaşa statistika məlumatları alır, bunun qarşılığında vəsait xərcləyir. Biz də Klublar Komitəsinin müraciətinə baxaraq, mərkəzləşdirilmiş sistemdə "İnStat" şirkəti ilə danışıqlar apardıq. Nəticədə ümumi olaraq, ildə 80 min avroluq müqavilə imzaladıq. Artıq "İnStat" şirkəti bütün klublara məlumatları birbaşa göndərəcək. Nəticədə əlavə xərcə ehtiyac olmayacaq. Bu sistem mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərəcək. Ümumi hesabladıq ki, hər bir klubumuz buna ildə 12-14 min avro vəsait xərcləyir. Bu statistik, fitnes və skaut sisteminin məlumatlarını əldə etmək üçündü. Mərkəzləşdirilmiş danışıqlar apardıqdan sonra biz daha yaxşı təklif ala bidik. Çünki 80 min avroya bütün millilər də daxil oldu və ən əsası, məşqçilərimiz Gənclər Liqasının bütün statistik məlumatları ilə təmin olunacaq. Düşünürəm ki, bu, Çempionlar Liqası, UEFA Gənclər Liqasında iştirak edən klubların və ümumiyyətlə, bütün komandaların baş məşqçiləri üçün vacibdi.
- Xərclər AFFA tərəfindən qarşılanacaq?
- Bəli. Düşündük ki, ilk növbədə mərkəzləşdirilmiş sistemdə danışıqlar aparanda qənaət edə bilərik və etdik də. Hazırda 8 klubumuz, Gənclər Liqasında çıxış edən komandalar, bütün millilər bu sistemə daxildi. İkiillik müqavilə ötən həftədən qüvvəyə mindi. Müraciət bizə Klublar Komitəsindən gəldi. Müzakirələrdən sonra qərara gəldik ki, bu addımı ataq.
- Premyer-liqada 2018/19 mövsümü üçün klubların lisenziyalaşdırılması ilə bağlı məsələ nə yerdədi?
- Əslində bunun Klublar Komitəsinə aidiyyatı yoxdu. Lakin bu məsələ gündəmdədi və futbol ictimaiyyəti müzakirə edir. Dəfələrlə qeyd etmişik ki, hər şey lisenziyalaşdırmadan asılıdı. FİFA-nın lisenziyalaşdırma ilə bağlı sərt qərarları var. Gəlin, Lisenziyalaşdırma Qrupunun qərarını gözləyək. Bütün klublar sənədlərini təqdim edib. Bəzi klublar sənədləşməni maksimum təmin etməyə çalışdılar. Bəziləri isə buna qeyri-peşəkar yanaşdılar. Onların adını çəkmək tərəfimdən qeyri-peşəkarlıq olardı. Amma divizion klublarının bu məsələyə qeyri-peşəkar yanaşmanı davam etdirməsi bizi məyus edir. İlk addımları belə qeyri-peşəkar atırlarsa, biz risk edə bilmərik. Vaxtilə AFFA İcraiyyə Komitəsi bəzi klublara güzəşt etdi ki, premyer-liqada komanda sayı artsın. Təcrübə göstərir ki, bu çox da müsbət effekt vermədi. Çempionat gedə-gedə bəzi klublar fəaliyyətini dayandırdı, bəzilərinin maliyyə problemləri üzə çıxdı. Bu gün AFFA olaraq, çempionata 8 klubla başlayırıqsa, 8 klubla da bitirməyi təmin etməliyik. Bu, bizim üçün ən vacib məsələdi. Digər önəmli məqam maliyyə şəffaflığının təmin olunmasıdı. Nəhayət, idman meyarını qeyd edərdim. Təbii ki, infrastruktur da vacibdi. Lakin biz bu məsələnin həllinə dair bir yol tapa bilərik. Çünki hazırda AFFA-nın balansında da stadionlar var. Onları klublara təqdim etməyimiz mümkündü və etmişik də.
- Lisenziyalaşdırma Qrupunun qərarı nə zaman açıqlanacaq?
- Mayın 15-dək.
- Diviziondan neçə klub müraciət edib?
- 10 klubun yarısı.
- Növbəti mövsüm divizionun və əvəzedicilərin çempionatı birləşsə, komanda sayı nə qədər nəzərdə tutulub və legioner limiti necə tənzimlənəcək?
- Bu məsələ də müzakirə olundu. İstərdik ki, Gənclər Liqası daha da gücləndirilsin. Çünki UEFA da ildən-ilə bu liqaya daha çox önəm verir. Bu dalğanı biz də davam etdirməliyik. Çünki Azərbaycanın Gənclər Liqasının qalibi də avrokuboklarda təmsil olunur. Bu, çox vacib amildi. Bu, premyer-liqada oynamağa imkan verən yaşdı. Gənclər Liqasındakı futbolçuların növbəti mövsüm 20-21 yaşları olanda birbaşa premyer-liqada oynamalıdılar. Ona görə bu məsələ bizim üçün vacibdi. Təbii ki, limit məsələsi də önəmlidi. Çünki hazırda 1996-1997 təvəllüdlülər çıxış edir. Hazırda gələn mövsüm üçün 1996-1997, yoxsa 1998-1999 təvəllüdlülərdən ibarət yaş qrupunu tətbiq etməyimiz müzakirə olunur. Bu, birbaşa İcraiyyə Komitəsinin səlahiyyətində olan məsələdi.
- 10 komanda alınmasa, 9 komandalı çempionatın keçirilməsi inandırıcı görünmür. Bu halda hansı addım atılacaq?
- Hazırda planda 8 komandadı. Mövcud vəziyyəti gördüyümüzə və lisenziyalaşdırma ilə bağlı problem olduğunda görə 10 komandanın olmaq ehtimalı çox azdı. Təbii ki, bu məsələ İcraiyyə Komitəsinin iclasında müzakirə olunandan sonra müvafiq qərar veriləcək.
- Yəni "Xəzər” tələblərə cavab versə, "Kəpəz” diviziona düşəcək?
- Əsasnaməyə və idman prinsiplərinə uyğun olaraq, sonuncu yeri tutan komanda premier-liqanı tərk edəcək. Artıq lisenziyalaşdırma standartları və sənədləri əsasında təhlil apararaq, vəziyyəti görürük. Diviziondan elitaya bir komandanın qalxmaq ehtimalı var. Bu, ilk növbədə lisenziyalaşdırmanın tələblərinə cavab verən klub olacaq. Biz lisenziyanı tək əsas komandaya yox, kluba veririk. Təəssüf ki, divizionda klub yox, bir komanda yanaşmasını görürük. Bu da birbaşa peşəkar klub statusu deyil. Klub kimi fəaliyyət göstərməlidilər. Hazırda 8 klub sabitlik yaradıb. Çünki klub kimi fəaliyyət göstərirlər. Uşaq komandaları var, liqalarda iştirak edirlər, məşqçiləri, həkimləri, menecerləri və digər vəzifəni tutanlar AFFA-nın təşkil etdiyi seminarlara qatılırlar. Bizə lazımdı ki, premyer-liqada klublar olsun, komandalar yox.
- Millətlər Liqasının startına beş ay qalsa da, şəhərdə bu yarışla bağlı bilbordlar görürük. Artıq hazırlıq prosesinə başlamısız?
- Bəli, artıq təbliğat xarakterli aksiyalara başlamışıq. Bu prosesi üç yerə bölmüşük. Hələlik passiv aksiyalar aparılır. Avqustun əvvəlində daha aktiv reklama start verəcəyik. Çünki həmin vaxt Millətlər Liqasının oyunlarına bilet satışı başlayacaq.
MİRAĞA
Specie be a outstrip petrified looking for the next legit and Sweetness Low cost canadian viagra We also net our most

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar