03 may 22:25aktual

Fariz Yusifov üçün vida oyunu olmayacaq

Fariz Yusifov üçün vida oyunu olmayacaq
Hakimlər Komitəsinin başqa planı var
Qış fasiləsindən sonra Fariz Yusifovun oyun idarə etmədiyini bilirsiz. Səbəb isə sabiq FİFA referisinin karyerasını bitirməsidi. Ötən sayımızda bu məsələyə toxunmuşduq. Məlum olduğu kimi, Polis Akademiyasında işlərinin çoxluğu təcrübəli ədalət təmsilçisinin hakimliklə vidalaşmasına səbəb oldu. Xatırladaq ki, Fariz bəy özü Hakimlər Komitəsinə müraciət edərək, karyerasını bitirmək qərarına gəldiyini açıqlamışdı. Təbii, 20 ilə yaxın hakimliklə məşğul olan Yusifov üçün vida oyunu təşkil etmək olardı. Əvvəllər belə bir təcrübənin yaşanıb-yaşanmadığını bir kənara qoyaq. Belə insanlara dəyər verilməlidi ki, kimlərsə bundan ruhlansın, həmin peşə ilə məşğul olmağa həvəs göstərsin, sənətini sevsin. Düzdü, Yusifovun xeyli müddət yaşıl meydanlardan kənarda qalması tərəddüdlərə yol aça bilər. Lakin sabiq FİFA referisi heç vaxt fiziki hazırlıq baxımından problem yaşamayıb. Bəlkə də polis işi onun bu mənada köməyinə çatır. Bəzən hakimlərin toplanışında iştirak etməməsinə rəğmən, çiynini ağır yükün altına verib, tapşırığın öhdəsindən layiqincə gəlib. Bu üzdən ona vida oyunu həvalə etmək dünyanın sonu olmaz. Ancaq Yusifov qəzetimizə açıqlamasında belə bir təklif almadığını söyləmişdi: “Hələ ki mənə heç bir təklif, dəvət olmayıb. Bəlkə də nəsə düşünürlər, amma mənim xəbərim yoxdu. Gedib özüm kiməsə nəsə deyə bilmərəm. Amma dəvət etsələr, can-başla qəbul edib, gedərəm”.
Bu üzdən dünən Hakimlər Komitəsinə müraciət etməyi lazım bildik. Görəsən, qurum Yusifovu necə yola salmağı düşünür? Komitə sədri Xaqani Məmmədov bunları dedi: “Məsələ burasındadı ki, o qış hazırlıq prosesində fiziki normativləri yerinə yetirməyib. Düzdü, Yusifovun fiziki hazırlıqla bağlı heç vaxt problemi olmayıb. Hansısa oyunun verilməsi gözlənilmir. Ancaq nəsə başqa bir şey fikirləşirik. Onu isə indi açıqlamaq istəmirəm. Tədbir? Ola bilər”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar