01 may 00:45aktual

Yunis Hüseynov “Kəpəz”i qarışdıranlara səsləndi

Yunis Hüseynov “Kəpəz”i qarışdıranlara səsləndi
Oyundan sonra hər iki baş məşqçi jurnalistlərin suallarını cavabladı. Öncə media əhlinin qarşısına “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov çıxdı. Oyunla bağlı fikirlərini bölüşən mütəxəssis sonra sualları cavabladı:
- Həmişəki kimi qalib gəlmək istəyirdk. Oyuna 2-3 saat qalmış Qəbələyə Gəncədən avtobusla gəlmişdik. Bunu bəhanə kimi qəbul etməyinizi istəmirəm. Oyunun əvvəlində qol imkanlarından yararlana bilmədik. İlk 20-25 dəqiqədə rəqib qapımıza yaxın düşə bilmirdi. Əks-hücumlarda oynamaq istəyirdik. Ancaq rəqib bizi əks-hücumlarda yaxaladı. Bu zaman futbolçuların fərdi ustalığı sözünü dedi. Səhvlərimiz bizə baha başa gəldi. Dario oyunun əvvəlində yüzfaizlik qol şansından yararlansaydı, 3 xal bizim olacaqdı. Bu matçdan öncə Qəbələdən 3 xalla ayrılacağımızı düşünürdüm. Təəssüf ki, hər şey əksinə oldu.
- Mövsümün sonu yaxınlaşır. Növbəti mövsüm üçün nəzərdə tutduğunuz komandada indiki ilə müqayisədə çox dəyişikliklər olacaq?
- Bunu indidən deyə bilmərəm. Planlar gələcəyin işidi.
- Bu yaxınlarda müsahibənizi oxudum. Orda gah deyirsiz növbəti mövsüm üçün planlar cızırıq. Bir tərəfdən də deyirsiz ki, hələ bilmək olmaz, premyer-liqada qalacağıq, ya yox. Bu gün "Kəpəz"in birinci diviziona düşəcəyi, demək olar ki, rəsmiləşdi. Yekun fikrinizi bilmək istərdik.
- Yəqin ki, komanda sayını artırarlar. PFL-in qərarını gözləyirik. Premyer-liqada qalsaq, çalışarıq ki, yaxşı komanda düzəldək. Ancaq desələr ki, 8 komanda qalır, deməli, Əsasnaməyə uyğun biz elitanı tərk etməli olacağıq.
- Ancaq sözlərinizdən belə çıxır ki, “Kəpəz”in premyer-liqada qalacağı ilə bağlı sizdə arxayınlıq var.
- İnşallah, çox istərdim ki, qalaq. Sizi əmin edirəm ki, bu haqda məndə dəqiq məlumat yoxdu. Siz jurnalistlər bu məsələ ilə bağlı bizdən çox məlumatlısız. İstər indi, istərsə də işləmədiyim dönəmdə demişəm və deyirəm: bölgələrdə futbol olmasa, inkişaf olmayacaq. Özünüz də görürsüz ki, azarkeşlərin stadionlara gəlməsi futbolçulara əlavə ruh yüksəkliyi verir. Bakı komandalarının sayının çox olması futbolun inkişafını çətinləşdirir. Həmişə demişəm ki, 8 komandalı çempionat futbolumuza ziyandı. Komandaların sayı artırılmalıdı. O vaxtlar bölgə komandaları çox idi. Onda futbolçularda qorxu, həyəcan var idi, güclü rəqabət olurdu. 8 yox, 12-14 komanda olsa, çempionatın səviyyəsi qalxar. Sizi əmin edirəm ki, zəif komanda olmayacaq. Hətta maliyyə cəhətdən zəif olanlar belə çalışacaq ki, doğma meydanda iddialılara qarşı layiqli oyun sərgiləsin.
- Şadon Vinçesterlə Dieqo Qusmaonun yoxluğu zədəylə bağlıdı?
- Bəli. Vinçesterin zədəsi ciddidi. Bu yerdə onu da deyim ki, bu sualı gözləyirdim. Bütün mətbuat nümayəndələrindən xahiş edirəm ki, hər hansı məlumatı yayanda onu dəqiqləşdirəsiz. Son günlər Qusmaonun çox içib, özündən getdiyi ilə bağlı xəbərlər yayılıb. Sizi 100 faiz əmin edirəm ki, elə hal yaşanmayıb. Yaxşı ki, bu sualı verdiz. Xəbəri ictimailəşdirən Elçin Cəlilov da burdadı. Ondan soruşmaq istəyirən, əlinizdə sübut var? Varsa, təqdim edin. Elə bu gün Dieqonun biletini alıb Braziliyaya yola salmasam, mənə nə deyirsiz-deyin. Siz elə bilirsiz mən bu məsələni tək futbolçunun özündən soruşdum? Xeyr, komandanın həkimi və legionerin qaldığı evin sahibi ilə danışmışam. Heç kim yazılanların doğru olduğunu təsdiqləmədi. Mən hər zaman mediaya açıq insan olmuşam. Nəyisə dəqiqləşdirmək istəyirsizsə, mənimlə əlaqə saxlayın. "Səbail"lə oyundan öncə də komandama qarşı belə şeylər yazılmışdı. Əsas futbolçularımıza zəng ediblər, müxtəlif xoşagəlməz fikirlər səsləndiriblər. Yazıqlar o söz-söhbətdən sonra oyuna çıxmaq istəmirdilər, gecənin bir yarısına kimi hər biri ilə ayrı-ayrılıqda söhbət edib vəziyyəti izah etmişəm. Sizə açıq deyirəm, oyunçularıma kənardan təzyiqlər var. Həmin adamların da kimlər olduğunu yaxşı bilirəm, açıb hər şeyi desəm... Vaxtı çatanda hər şeyi danışacam. Ancaq indi həmin şəxslərə bir sözüm var: ağıllı olun, elə etməyin ki…
- Roman Hüseynovun müqaviləylə məxsus olduğu "Qəbələ"yə qarşı oynaması qeyri-qanuni idi. Hətta bununla bağlı Əsasnamədə qeydlər var. Məndə olan məlumata görə, 3-cü dövrədə zəng vurub “Qəbələ” rəhbərliyindən onunla bağlı icazə istəsəz də, bu dəfə bunu da etməmisiz.
- Bu addım futbolçunun xeyrinədi. İki klub arasında razılıq olur. "Qəbələ"ylə aramızda razılaşma olmayıb ki, Roman onlara qarşı oynamasın. Ona görə də Hüseynov bu gün meydanda idi.
“Kəpəz”in çalışdırıcısından sonra mikrofonlar qarşısına Roman Qriqorçuk çıxdı. O da həmkarı kimi əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü.
- Bu gün qalib gəldik. Ancaq kənardan göründüyü kimi bu bizə heç də asan başa gəlmədi. Sadəcə, düzgün oynadıq, qol imkanlarından istifadə etdik.
- İkinci hissədə tempin azalması motivasiyanın aşağı düməsiylə bağlı idi?
- Yox. Aydın məsələdi ki, rəqib öz oyun üslubunu davam etdirirdi. Bizə hər oyunda həm xal qazanmaq vacibdi, həm də futbolçular yaxşı formada olmalıdı. İkinci hissədə qol vura bilməməyimiz təhlükəli imkanlardan lazımınca istifadə edə bilməməyimizlə bağlıdı. Bir neçə dəfə belə fürsətimiz olsa da, yararlana bilmədik.
- Mayın 28-də kubokun finalında oynayacaqsız. Bir gün sonra millinin yoldaşlıq görüşü var. “Qəbələ”nin oyunçularının yığmaya dəvət olunmaması ilə bağlı millinin baş məşqçisi Qurban Qurbanovla danışmısız?
- Mən heç kimlə heç nə müzakirə etməmişəm. İndi millini yox, finalı düşünürük. Bütün futbolçulara şans verəcəyik. Təbii ki, kim daha yaxşı hazır olacaq, onları buraxacağıq. Aydındı ki, finalda oynayanlar ertəsi millidə oynaya bilməz. Onu ehtimal edirəm ki, finalda oynamayan milli üzvləri çıxış edə bilər.
- Mənə elə gəlir, Roman Qriqorçuk rəqiblərə ikili standartlarla yanaşır. Məsələn, hazırda icarə əsasında “Sumqayıt”ın şərəfini qoruyan Bəhlul Mustafazadənin “Qəbələ”yə qarşı oynamasına icazə vermədiyiniz halda bu gün “Kəpəz”in heyətində eyni əsasda çıxış edən Roman Hüseynovun meydana çıxmasına göz yumduz. Bu “Sumqayıt”dan çəkinməyinizə görədi, yoxsa “Kəpəz”i aşkar zəif saydığınızdan belə güzəşt etdiz?
- Romanla bağlı məsələyə fikir bildirməkdə çətinlik çəkirəm. Ancaq onu deyə bilərəm ki, fikrim rəqibə görə dəyişmir. Mövqeyim budu ki, müqaviləylə bizə məxsus olan futbolçunun “Qəbələ”yə qarşı oynamasına icazə verilməsin. Ancaq ola bilər ki, rəhbərlik bu məsələyə başqa cür yanaşır və bugünki rəqiblə arada razılaşma olub. Bundan xəbərim yoxdu. Rəhbərliyin mövqeyinə qarşı çıxmıram.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Bu gün, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Bu gün, 13:51 Turun statistikası Bu gün, 13:43 Turun məşqçisi Bu gün, 13:38 Turdan məqamlar Bu gün, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Bu gün, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Bu gün, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Bu gün, 13:32 DÇ-yə hazırlıq başladı Bu gün, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Bu gün, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Bu gün, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Bu gün, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Bu gün, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Bu gün, 01:00 Moskvadan gələn var... Bu gün, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Bu gün, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Bu gün, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Bu gün, 00:53 PFL medalçıların siyahısını açıqladı Bu gün, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Bu gün, 00:49 Turun oyunçusu Bu gün, 00:48 Turun sitatı Bu gün, 00:46 Hakimlərin mühakiməsi Bu gün, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Bu gün, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Bu gün, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Bu gün, 00:38 Transfer dövləri açıqlandı Dünən, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar