30 apr 14:23aktual

Mirbağır İsayev hədəf olan yerdə çalışmaq istəyir

Mirbağır İsayev hədəf olan yerdə çalışmaq istəyir
“Evdə oturmaq o cür işləməkdən yaxşıdı”
10 milyona yaxın əhalisi olan ölkənin premyer-liqasında 8, birinci divizionunda 10 komanda çıxış edirsə, bir çox futbolçu və məşqçilərin işsiz qalması normaldı. Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şahin Diniyev kimi təcrübəli, Elxan Abdullayev, Mirbağır İsayev kimi orta yaşlı nəslin nümayəndələri bu gün Azərbaycan futbolunda başverənləri kənardan izləyir. Ramiz Məmmədov “Keşlə”nin aşağı yaş qruplarından ibarət komandalarına nəzarət edir və s.
Yuxarıda adları çəkilənlərin açıqlamalarını daim mətbuat səhifələrində görürük. Lakin müxtəlif illərdə U-15 və U-17 yığmalarını çalışdırmış, “Neftçi”nin əvəzedicilərinə rəhbərlik etmiş, 7 il əvvəl “Abşeron”u məğlub olmadan birinci divizionun qalibi etmiş, elə həmin il bu komandanı ölkə kubokunun 1/4 final mərhələsinə yüksəltmiş Mirbağır İsayevdən xeyli vaxtdı səs-soraq yoxdu. Oktyabrda U-17-dən ayrılandan sonra işsiz qalan yığmanın və “Qarabağ”la “Neftçi”nin sabiq futbolçunu tapıb danışdırmaq üçün xeyli əziyyət çəkməli olduq. Uzun illərdi işlətdiyi nömrələrin hər ikisi qapalı olduğundan, köməyə ortaq tanışımız çatdı. Cümə namazından sonra danışdığımız mütəxəssis bu dəfə də öz ampluasında idi. Açıq fikirli, işsiz qalmasına baxmayaraq, həqiqəti deməyi bacaran.
- Yoxsuz, qeybə çəkilmisiz. Haralardasız?
- Bakıdayam. Yoxsuz deyəndə ki, nə etməliyəm?
- Azərbaycan çempionatını izləyirsiz?
- Əlbəttə, baxıram. Niyə baxmamalıyam? Sənətim futboldusa, başqa nəyə baxa bilərəm?
- Premyer-liqa kənardan necə görünür?
- Baxır hansı prizmadan yanaşırsan. Ümumi görüntünü deyirsizsə, pis deyil. Amma söhbət iddialı komandaların sayından gedirsə, yaxşı görünmür. “Qarabağ” sona 4 tur qalmış çempionluğu bayram edir. Bu faktın özü bir çox suallara aydınlıq gətirir. Bu gün “Qarabağ”la bacaracaq ikinci komanda yoxdu. Söhbət bundan gedir.
- Amma Avroliqaya 3 vəsiqə uğrunda 5 komanda mübarizə aparır.
- Dedim axı, mən sırf çempionluğa iddia edən komandadan danışıram. Bəli, Avroliqaya vəsiqə uğrunda mübarizə kifayət qədər maraqlı keçir. İş o yerə çatıb ki, sonuncu vəsiqəyə kubokun finalında aydınlıq gələcək. Ortabablar var, amma “qızıl”a iddia edə bilmirlər. Vaxt var idi, çempionun adı son turda bilinirdi.
- Yığmalarda vəziyyət necədi?
- Bu sualı yığmalara cavabdehlik daşıyan məşqçilərə verməyiniz məsləhətdi. Mən nə bilim, orda nə var, nə yox.
- Yəni oyunları izləmirsiz, nəticələrlə maraqlanmırsız?
- Nəticələri saytlarda, qəzetdə görürəm. Amma oyunlara harda baxım? Televiziyada əsasən U-21-in oyunlarını göstərirlər. Digərlərindən ancaq xəbər tipli məlumatlar olur. Komandaların oyunlarını görmədən nə deyə bilərəm? Heç nə.
- Mirbağır İsayev niyə işsizdi?
- Bir dəfə demişəm, yenə təkrarlayıram: bu, Allahın sınağıdı. Bu günümə baxıb, şükür edirəm. Allah heç bir bəndəsini özbaşına buraxmayıb. Hər şey onun nəzarətindədi. Deməli, bu gün belə olması məsləhətdi.
- Dekabrda yığmada Qurban Qurbanov erası başladı və qərara alındı ki, digər millilərə nəzarət də Qurbanovun əlində olsun. Səmimi deyin, həmin vaxt yenidən hansısa yaş qrupundan ibarət yığmanın sizə tapşırılacağını gözləyirdiz?
- Mən Qurban Qurbanovun beyninə girməmişəm ki, nə düşündüyünü bilim. Mən heç kimdən heç nə gözləmirəm. Tək gözləntim Allahdandı.
- İşsiz qaldığınız yarım il ərzində təklif olub?
- Sağ olsunlar, bir-iki klubdan zəng edib, maraqlandılar. Amma razılaşmadım. Evdə oturmaq o cür işləməkdən yaxşıdı.
- Nə mənada?
- Birinci divizonda qış fasiləsindən sonra hansısa komandanı çalışdırmaq mənlik deyil. O komandada ki, köklü dəyişiklik edib, öz istədiyim kollektivi yığa bilməyəcəmsə, ora getməyin mənası yoxdu.
- Yəni birinci divizion “köhnə hamam, köhnə tasdı”?
- Köhnə tas deyəndə ki... Divizonda işləmişəm, hətta “Abşeron”u çempion da eləmişəm. Deməyim odu ki, orda işləməyi özümə ayıb bilmirəm. Belə düşünsəydim, heç o vaxt işləməzdim. O yerdə işləyərəm ki, komandanı özüm yığım. Yola kimlərlə çıxdığımı, nə üçün mübarizə apardığımı əvvəldən bilməliyəm. Məqsəd olmalıdı. Yoxsa iş xatirinə işləmək – bu, mənlik deyil.
- Təklif nə vaxt olmuşdu?
- Yığmadan ayrılandan sonra, qışda.
- Belə başa düşdüm ki, təklif olsa, aşağı dəstədə də işləyərsiz.
- Futbol mənim işimdi. Hansı liqada olması önəmli deyil. Sadəcə, qarşıma hədəf qoymalıyam, nə üçün oynadığımı bilməliyəm. Olmasın birinci dəstə, olsun uşaq futbolu. Hədəf olmalıdı, hədəf. Amma hər məşqçinin öz işinin qiyməti var.
- İşsiz qaldığınıza görə narahatsız?
- Heç bir narahatlıq yoxdu. Bu günümə görə Allahıma şükür edirəm. Sizə deyim ki, son 5-6 ayı işsiz qalmağım xeyrimə oldu.
- İşsizsiz, bəs necə dolanırsız?
- Ruzini verən Allahdı, o da dolandırır.
- Futbol ailəsində gediş-gəliş etdiyiniz, daim birlikdə olduğunuz kimlərsə var?
- Gedib kimisə axtarmıram. Hardasa üz-üzə gələndə hal-əhval tuturam, ayaqüstü söhbətləşirik. Heç kimlə düşmənçiliyim yoxdu. Deyim ki, kimlərinsə dalınca düşürəm, axtarıram – belə şey yoxdu.
- Məşqçilər Komitəsində təmsil olunmaq istəyərsiz?
- Xeyr.
- Niyə?
- Məşqçilər Komitəsi bizim müəllimlərimiz, ağsaqqallarımız üçündü. Mənim indi aktiv fəalliyyətlə məşğul olan vaxtımdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar