26 apr 23:42aktual

PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir

PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir
Şahgəldiyev: “Razı olmasalar, oyunu məcbur paytaxta sala bilmərik ki”
PFL prezidenti Ramin Musayev sportnet.az saytına verdiyi müsahibədə bir çox məqamlara toxunub. Superkubokla, növbəti mövsümdə premyer-liqadakı komandaların sayı ilə bağlı məsələlərə aydınlıq gətirən qurum rəhbəri cari çempionatın mükafatçılarının kubok və medallara qovuşması ilə bağlı sualı qəbulolunmaz şəkildə cavablayıb.
Musayev sonuncu turda baş tutacaq “Qəbələ” – “Qarabağ” matçının yerinin dəyişdirilməsini istəyir.
- “Qarabağ”a çempionluq kuboku nə vaxt təqdim olunacaq?
- Son turda veriləcək.
- Komanda üzvləri kuboku “Qəbələ”nin meydanında qaldıracaq?
- “Qarabağ”ın mükafatı doğma azarkeşləri önündə almasından ötrü “Qəbələ”dən oyunun Bakıda keçirilməsini xahiş edə bilərik.
Birinci sual: niyə, hansı səbəbə? Oyun təqvim əsasında Qəbələdə baş tutmalıdısa, nəyə görə yeri dəyişdirilib Bakıya salınmalıdı? “Qəbələ” əsas rəqibi sayılan “Qarabağ”la oyunların üçünü hansı əsasla paytaxtda keçirməlidi?
İkinci sual: bölgədə yaşayan qəbələli azarkeşlər medalların verilməsi mərasimini niyə doğma şəhərində yox, televiziyada izləməlidi? Düzdü, Qəbələdə futbol o qədər də sevilmir, bu öz yerində. Amma istidə-soyuqda, qarda-boranda komandanın ev və səfər oyunlarını stadionda izləyən yüzlərlə tərəfdar var ki, onların haqqını əllərindən almaq olmaz. Bəli, istəyən azarkeş komandası üçün lazım olsa, Marsa da uçar. Amma indiki məqamda buna gərək yoxdu axı.
“Qəbələ” – “Qarabağ” oyunu mayın 20-də baş tutacaq. Bundan cəmi 8 gün sonra isə bölgə təmsilçisi kubokun finalında “Keşlə”ylə üz-üzə gələcək. Sizcə, “Keşlə” ilə oyunöncəsi “Qarabağ”ı məğlub etmək, bununla da çempionluq əldən çıxdığına görə üzülən azarkeşlərin könlünü oxşamaq xoş olmazmı? Yəni oyunun Qəbələdə keçirilməsi meydan sahiblərinin haqqıdı və heç bir halda məkanı dəyişməyin izahı yoxdu.
“Qarabağ”a qızıl medalları təqdim etmək nə çətin iş olub? 26-cı turda “Azərsun Arena”da “Neftçi”ylə olduqca maraqlı qarşılaşma baş tutacaq. 90 dəqiqənin tamamında çempion kollektivin üzvlərini meydanın mərkəzinə dəvət edirsən, “qızıl”ı asırsan boyunlarından. Vəssalam, bu da sənə medal və kubok. “Qəbələ”nin mükafatını da 28-ci turda, məhz “Qarabağ”la matçdan sonra verirsən.
Yox, ümumi planda iş görmək niyyəti varsa, yəni medalların eyni gündə paylanması bu qədər vacibdisə, PFL-in bir neçə rəsmisi mükafatları da götürüb gedir Qəbələyə. Həm “qızıl”, həm də “gümüş”, ya da “bürünc” orda paylanır. Nə şiş yanır, nə də kabab. Kimsə “Qarabağ”ın çempionluq sevincini Qəbələdə qeyd etməsindən narahatdısa, o zaman yuxarıda qeyd etdiyimiz kimi, mayın 6-da “Neftçi”ylə görüşdən sonra versinlər kuboku və medalları.
İndiki durumda “Qarabağ” rəsmilərini narahat edən heç nə yoxdu. Yəni oyunun Bakıda keçirilməsinə ikiəlli razı olmalıdılar. Narazı qalan, təklifə arxa çevirməsi vacib olan tərəf “Qəbələ” rəhbərliyidi. Onlar ev oyununun yerinin dəyişdirilməsini, başqa cür desək, azarkeşlərin marağına tüpürülməsini heç bir halda sırf medal paylanmasına, yəni PFL-in rahatlığına qurban verməməlidi. Məsələylə bağlı əlaqə saxladığımız “Qəbələ”nin baş meneceri Zaur Əzizov isə bir neçə gün gözləməyi məsləhət gördü: “Açığı, ortada rəsmi heç nə yoxdu. Sadəcə, PFL rəsmiləri bizə bu haqda şifahi müraciət edib. Lakin klub rəhbərliyi səviyyəsində müzakirə olunmayıb, qərar verilməyib. Ümumiyyətlə, belə bir ehtimalın olub-olmamasının özü qaranlıqdı. Yaxın 2-3 gün ərzində suala cavab tapılacaq”.
Mövzu ilə bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin də mövqeyini öyrənməyi vacib bildik. Aslan bəyə ünvanladığımız “Qəbələ” nəyə görə medalını azarkeşləri önündə almamalıdı” sualına aldığımız cavab belə oldu: “Düzdü, belə bir fikrimiz var. Lakin bu o demək deyil ki, mütləq belə olacaq. Çünki ilk növbədə “Qəbələ” rəhbərliyinin razılığı olmalıdı. Razı olmasalar, oyunu məcbur paytaxta sala bilmərik ki. Hazırda bu yöndə məsləhətləşmələr, fikir mübadiləsi aparılır. Hələ ki qərar verilməyib. “Qarabağ”ın mükafatlarını 26-cı turda versək, başqalarının medallarını həmin tur verə bilmirik. Biz də istəyirik ki, mükafatlandırma eyni gündə olsun. “Qarabağ”ı erkən mükafatlandırıb, başqalarını sonuncu tura saxlasaq, səhnənin qurulması və digər təşkilatçılıq məsələləri ilə bağlı müəyyən çətinlik yarana bilər. Dediyim kimi, burda heç bir məcburiyyətdən söhbət gedə bilməz. Sadəcə, təklif kimi irəli sürmüşük. Başqa variantlar da var, görək necə olacaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar