26 apr 01:19aktual

PFL medalçıları bir gündə mükafatlandıracaq

PFL medalçıları bir gündə mükafatlandıracaq
Premyer-liqanın 24-cü turu 2017/18 mövsümünün çempionunun adına aydınlıq gətirdi. Qurban Qurbanovun çalışdırdığı “Qarabağ” artdıcıl 5-ci dəfə qızıl medallara sahib çıxdı. İndi “köhlən atlar”ın azarkeşlərini və eləcə də futbol ictimaiyyətini bir sual maraqlandırır: görəsən, PFL çempion komandanı nə vaxt mükafatlandıracaq? Xatırladaq ki, ağdamlılar qarşıdakı 4 turdan üçündə meydana qonaq qismində çıxacaq. Aprelin 27-də Zirəyə yollanacaq komanda 26-cı turda doğma azarkeşləri qarşısında “Neftçi”ni sınağa çəkəcək. Mövsümün son iki oyununda isə çempion səfərdə “Keşlə” və “Qəbələ” ilə qarşılaşacaq. Təqvimi nəzərə alanda belə düşünmək olar ki, çempionatın təşkilinə cavabdehlik daşıyan qurum üçün mayın 6-dan münasib gün yoxdu. “Qarabağ” həm “Azərsun Arena”da mövsümün son ev oyununu keçirəcək, həm də rəqib ölkənin ən köklü klubu “Neftçi” olacaq.
Ancaq PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev qəzetimizə açıqlamasında mükafatlandırma ilə bağlı yekun qərarın verilmədiyini bildirdi: “Bu yöndə hələ ki yekun qərara gəlinməyib. PFL tək çempionu yox, digər medalçıları da mükafatlandırır. Elə etmək istəyirik ki, hamısı eyni gündə baş tutsun. Ona görə də bir qədər gözləmə mövqeyi tutmuşuq. Düşündüklərimizi reallaşdıra bilsək, çox yaddaqalan mərasim olacaq. Uzağı gələn həftə bütün suallara aydınlıq gətirməyə çalışacağıq”.
Ötən həftənin şənbə günü Azərbaycan Beşiktaşlılar Dərnəyinin dəvəti ilə ölkəmizə səfər edən “qara qartallar”ın prezidenti Fikrət Ormanın şərəfinə təşkil olunan turnirdə iştirak etdiyini xəbər vermişdik. Onu da bildirmişdik ki, Bakı Tennis Akademiyasının əsas meydanında baş tutan yarışa qonaq qismində qatılanlar arasında PFL-in prezidenti Ramin Musayev də olub. “Beşiktaş”ın prezidenti fürsətdən istifadə edərək Musayevə komandanın formasını hədiyyə edib. Görüş zamanı başqa nələrin müzakirə olunduğunu da bilmək çox maraqlı idi. Aslan bəylə söhbətdə bu məsələyə də yoxunduq: “Ramin müəllimi həmin tədbirə “Beşiktaş”ın Azərbaycandakı nümayəndəliyi dəvət etmişdi. Görüş tanışlıq xarakteri daşıyırdı. Bu üzdən xüsusi heç nə müzakirə olunmayıb. Fikrət Orman PFL prezidentinə “Beşiktaş”ın formasını və başqa xatirə hədiyyəsi təqdim edib”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Dünən, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Dünən, 13:51 Turun statistikası Dünən, 13:43 Turun məşqçisi Dünən, 13:38 Turdan məqamlar Dünən, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Dünən, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Dünən, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Dünən, 13:32 DÇ-yə hazırlıq başladı Dünən, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Dünən, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Dünən, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Dünən, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Dünən, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Dünən, 01:00 Moskvadan gələn var... Dünən, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Dünən, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Dünən, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Dünən, 00:53 PFL medalçıların siyahısını açıqladı Dünən, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Dünən, 00:49 Turun oyunçusu Dünən, 00:48 Turun sitatı Dünən, 00:46 Hakimlərin mühakiməsi Dünən, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Dünən, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Dünən, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Dünən, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar