25 apr 13:05aktual

“Nyonda Sumqayıtda qaçdığım qədər qaçmadım”

“Nyonda Sumqayıtda qaçdığım qədər qaçmadım”
Əliyar Ağayevin idarəçiliyinə Kollina qiymət verib
Son illər azərbaycanlı hakimlər arasında diqqətləri üzərinə çəkən, gələcəyinə xoş ümidlər bəslənən Əliyar Ağayev həm özünü, həm də ölkəmizdə bacarıqlı referilərin olduğunu avropalılara sübut etməyə çalışır. Hələ ki adı elit kateqoriyaya daxil edilməsə də, UEFA-da oturanların etimadını qazanıb. Belə olmasaydı, cümə axşamı növbəti beynəlxalq səviyyəli oyuna təyinat almazdı.
Aprelin 19-da Nyonda UEFA Gənclər Liqasının yarımfinal görüşləri keçirilirdi ki, “Mançester Siti” “Barselona”, “Çelsi” “Portu” ilə münasibətlərinə aydınlıq gətirməliydi. İngilislərlə ispanların dueli öncədən xəbər verdiyimiz kimi Əliyar Ağayevə tapşırılmışdı. 90 dəqiqə ərzində meydanda əsas söz sahibi olan təmsilçimiz “Barsa”nın “şəhərlilər” üzərində 5:4 hesablı qələbəsinin canlı şahidi olub. Ümumilikdə 5 futbolçuya sarı vərəqə göstərən Ağayev 36-cı dəqiqədə ingilislərin futbolçusu Lorentso Qonsalesi ikinci “sarı” ilə vaxtından əvvəl paltardəyişmə otağına göndərib.
Oyunla bağlı ”Mançester Siti”nin saytına danışan U-19-un baş məşqçisi Saymon Deyvis Əliyarın qərarına şübhə ilə yanaşdığını dilə gətirib: “Epizodun təkrarına baxanda görürük ki, həmin vaxt Lorentso topu rəqibdən almağa çalışır. Razıyam, qayda pozulur. Amma bu, kimisə meydandan qovmaq üçün elə də ciddi kobudluq deyildi. Hakimin qərarı mənim üçün qaranlıq qaldı”.
Həm oyun haqda təəssüratlarını öyrənmək, həm də Saymon Deyvisin dediklərinə şərhini eşitmək üçün səbəbkarla əlaqə saxladıq. Ağayev matçla bağlı danışmağa icazəsinin olmadığını desə də, nəsə “qoparmağa” çalışdıq: “Ümumi təəssüratım əladı. Yarımfinal görüşləri idi və 4 komandanın hamısı eyni yerdə məskunlaşmışdı. Bir növ bayram ab-havası vardı. Şükürlər olsun, oyun yaxşı keçdi. Saymon Deyvisin dediklərini oxumuşam. Əlbəttə, 36-cı dəqiqədə komandanın azlıqda qalması heç bir məşqçinin planlarına daxil deyil. Ona görə də narazılıq etməsi başadüşüləndi. Epizodlara özünüz də baxsaz, deyərsiz ki, buna görə irad bildirirsə... Qırmızı vərəqəni müzakirə etməyə dəyməz. Həmin futbolçu sağ cinah yarımmüdafiəçisi idi. Hər iki “sarı”nı kobud oyuna görə aldı. İkinci sarı vərəqəni 15-20 metr qaçdıqdan sonra rəqibinə ehtiyatsız “sürüşmə” fəndi etdiyinə görə göstərdim. Yarımfinalda oynayan komandanın üzvünün o cür hərəkət etməsi yolverilməzdi”.
Əlbəttə, Azərbaycan futbolunu İngiltərə, yaxud İspaniya futbolu ilə tərəzinin eyni gözünə qoymaq mümkün deyil. “Böyük beşlik” təmsilçiləri bizdən çox-çox öndədi. Maraqlıdı, aparıcı Avropa ölkələrinin 19 yaşlılarının oyunlarını Azərbaycan premyer-liqasının ortabablarının görüşləri ilə eyni tutmaq olar? Məsələn, “Səbail” – “Kəpəz”, yaxud “Keşlə” – “Zirə” oyunu ilə. Əliyarın suala cavabı belə oldu: “Düzdü, onlarla bizim aramızda böyük fərq var. Amma 18-19 yaşlı oyunçu tam peşəkar futbolçu hesab olunmur. Peşəkarlıq baxımından “axsadıqları” aşkar görünür. Nyona yollanmamışdan öncə “Sumqayıt” – “Keşlə” oyununu idarə etmişdim. İnanın, bu görüşün məsuliyyəti və əziyyəti daha çox idi. Açıq deyirəm, Nyonda Sumqayıtda qaçdığım qədər qaçmadım. Üstəlik, hava Bakıdakından isti idi deyə, bu da oyunun axarına təsir göstərirdi. Həm də ilk hissədən sonra hesab 5:2 “Barselona”nın xeyrinə idi. Bu məqam da ikinci hissədə sürətin azalmasına səbəb oldu”.
Hakim-inspektorun həmyerlimizlə bağlı qeydləri maraq doğurmaya bilməz. Oyun başa çatandan sonra Əliyara nəzarət edən şəxsin fikirləri necə olub? Ağayev üzləşdiyi gözlənilməzlikdən danışdı: “Əslində hakim-inspektor fransız olmalıydı. Lakin son anda dəyişiklik baş verdi və UEFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina özü gəldi. Açığı, bizim də xəbərimiz yox idi. Oyundan sonra bildik. Qırmızı vərəqə ilə bağlı heç nə demədi. Çünki həmin qərar müzakirə mövzusu deyildi. Təcrübəli hakim və komitə sədri kimi müəyyən tövsiyələr verdi ki, bu da normaldı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Bu gün, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Bu gün, 13:51 Turun statistikası Bu gün, 13:43 Turun məşqçisi Bu gün, 13:38 Turdan məqamlar Bu gün, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Bu gün, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Bu gün, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Bu gün, 13:32 DÇ-yə hazırlıq başladı Bu gün, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Bu gün, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Bu gün, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Bu gün, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Bu gün, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Bu gün, 01:00 Moskvadan gələn var... Bu gün, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Bu gün, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Bu gün, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Bu gün, 00:53 PFL medalçıların siyahısını açıqladı Bu gün, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Bu gün, 00:49 Turun oyunçusu Bu gün, 00:48 Turun sitatı Bu gün, 00:46 Hakimlərin mühakiməsi Bu gün, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Bu gün, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Bu gün, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Bu gün, 00:38 Transfer dövləri açıqlandı Dünən, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar