20 apr 04:22aktual

Zaur Axundov mövsümün sonunu işarə verdi

Zaur Axundov mövsümün sonunu işarə verdi
“Bunu heç iki yaşında uşaq da danışmaz”
Matçdan sonra xeyli sevincək görünən “Keşlə”nin prezidenti Zaur Axundov paltardəyişmə otağına girib komandanı təbrik etdikdən sonra media nümayəndələrinin suallarını cavabladı.
- Öncə oyunla bağlı fikirlərinizi bildirərdiz.
- Sevinc hissi keçiririk. Komandanın azarkeşlərini təbrik edirəm. Final matçına yüksək səviyyədə hazırlıq gedəcək. Lakin qarşıda çempionat oyunları da var. Şənbə günü premyer-liqada "Zirə” ilə oyunumuz var. Həmin görüşə hazırlaşacağıq. Bir daha komandanın futbolçularını və azarkeşləri təbrik edirəm.
- Baş məşqçiniz Yuri Maksimov bildirib ki, ölkə kubokunu qazansa belə, "Keşlə”də qalmayacaq. Bu barədə nə deyə bilərsiz?
- Maksimov bir az emosional məşqçidi. Futbolçu kimi də belə olub. Gəlin, əvvəlcə mövsümü başa vuraq. Onunla müqaviləmiz mayın sonuna qədərdi. Müəyyən nəticələrdən sonra baş məşqçi ilə yenə söhbətimiz olacaq. Qərarı da ən birinci siz biləcəksiz.
- Mövsümün sonunda əksər futbolçularınızın da klubla müqavilələrinin müddəti başa çatır. "Keşlə” avrokuboka vəsiqə qazanacağı halda bu məsələ necə tənzimlənəcək?
- Əvvəldən danışmağı, ehtimal üzərində fikir bildirməyi sevmirəm. Avrokuboka vəziqə qazanmaq üçün hələ bir addım da var. Heç bir oyunçu bir yerdə daim qalmır. Bu işin də öz üsulu, yolları var. Hazırda bu məsələni fikirləşmirik. Əsas odu ki, "Zirə” ilə qarşıdakı görüşə hazırlaşaq və çempionatı da yüksək səviyyədə bitirək. İlk yarıda müəyyən problemlərimiz oldu. Hazırda 7-ci pillədəyik. Mövsümü bu yerdə bitirmək istəmirik. İrəlidə bir neçə tur var. Ciddi şəkildə həmin qarşılaşmalara hazırlaşacağıq.
- "Neftçi” - "Qəbələ” oyununu izləyəcəksiz?
- Heç şübhəsiz, həmin oyun da maraqlı olacaq. Həm "Neftçi”yə, həm də "Qəbələ”yə uğurlar arzulayıram.
- Yuri Maksimovun texniki zonadan qovulması barədə nə deyə bilərsiz?
- Futbolda belə hallar olur.
- Amma onun davranışı yolverilməzdi...
- Futbolda məşqçi də qovulur, oyunçu da. Təbii ki, sabah və ya birisigün araşdıracağıq. Yenə deyirəm,futbolda təbii haldı. Buna ciddi problem kimi baxmıram.
- Mətbuat konfranslarının birində Maksimov klubun növbəti mövsüm üçün taleyinə aydınlıq gəlmədiyini bildirib. Ancaq AFFA-nın baş katibi Elxan Məmmədov istənilən halda “Keşlə”nin yaşayacağını bildirdi. Sizin də fikrinizi bilmək istərdik...
- "Keşlə” bu gün ölkə kubokunun finalına vəsiqə qazanıb. "Keşlə” olub, var və olacaq.
- Siz də emosionalsız, Maksimov da. İki qoçun başı bir qazanda qaynayır?
- İki qoçun başı bir qazanda qaynayır-filan deməzdim. Bizdən də çox futbolçular emosionaldı. Biz onlara baxanda toya getməliyik.
- AFFA-nın mükafat üçün "Keşlə”yə vəsait ayırmadığı, həmin məbləği öz cibinizdən verdiyiniz deyilir. Doğrudu?
- Xeyr, elə şey yoxdu. Bizi indi düşündürən final qarşılaşmasıdı. Bundan sonra bu haqda danışa bilərik.
- Prmeyer-liqada ilk üç yeri "Qarabağ”, "Qəbələ” və "Sumqayıt”ın tutacağı, kubokun isə "Neftçi”yə veriləcəyi söylənilir. Belə söhbətlər sizi narahat etmir?
- Cəfəngiyyatdı. Bunu danışmaq üçün mövzu belə saymıram. Bunu heç iki yaşında uşaq da danışmaz. Dükanda işləmirik ki, kimsə kiməsə nəsə versin, nəyisə alsın. Elə şey yoxdu. Azərbaycan futbolunda bu cür işlər olmayıb, bundan sonra da olacağına inanmıram. Məqsədimiz kuboku qazanıb, Avropa Liqasında iştirak etməkdi.
- Yəni belə söz-söhbətləri ciddi qəbul etmirsiz?
- Heç ciddiyə yaxın da qəbul etmirəm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar