18 apr 19:57aktual

“Qarabağ” kubokuna nə vaxt qovuşacaq?

“Qarabağ” kubokuna nə vaxt qovuşacaq?
PFL müzakirə etsə də, konkret qərara gəlməyib
“Qarabağ” addım-adım “qızıl”a yaxınlaşır. “Köhlən atlar”ın ardıcıl 5-ci, ümumilikdə 6-cı dəfə ölkə çempionu olması, çox güman, sona bir neçə tur qalmış gerçəkləşəcək. Qurban Qurbanovun yetirmələri hazırda ən yaxın izləyicisi “Qəbələ”ni 14 xal qabaqlayır. Bu isə o deməkdi ki, növbəti turda “qırmızı-qaralar”ın hansı nəticəyə imza atmasından asılı olmayaraq, ağdamlılar 3 xal qazanarsa, çempionluğunu rəsmiləşdirəcək. Həmçinin “Qəbələ” 24-cü turda xal itirərsə, avtomatik “Qarabağ” birinci pilləni təmin edəcək. Özü də Roman Qriqorçukun komandası səfərdə “Neftçi” ilə üz-üzə gələcəyindən, xal itirmək ehtimalı böyükdü. Bir sözlə, bütün variantları gözdən keçirdikdən sonra belə qənaətə gəlmək olar ki, Qurbanovun yetirmələri növbəti turda artıq ilk pilləni təmin edəcək. Bu isə çempionluq kubokunun qalibə harda təqdim olunacağı ilə bağlı sualı aktuallaşdırır.
Görəsən, “köhlən atlar” qızıl medalları “Sumqayıt”la matçda təmin etsə, “Kapital Bank Arena”da kubokuna qovuşacaq? Maraqlıdı ki, qalan 5 turda “Qarabağ”ın cəmi 1 ev oyunu var. Ağdamlılar Sumqayıtdakı qarşılaşmadan sonra Zirə səfərinə yollanacaq. 26-cı turda doğma meydanda “Neftçi”ylə qarşılaşacaq “köhlən atlar” premyer-liqada son iki oyunu səfərdə keçirəcək. Belə ki, Qurbanovun komandası 27-ci turda “Keşlə”nin, son turda isə “Qəbələ”nin qonağı olacaq. Belə vəziyyətdə ən real görünən variant ağdamlıların çempionluq kubokunu “Neftçi” ilə ev oyununda alacağıdı. Yeri gəlmişkən, qeyd edək ki, “Qarabağ” ötən mövsüm çempionatın sonuncudan əvvəlki turunda, “Sumqayıt”la ev oyununda kubokuna qovuşmuşdu. Halbuki “köhlən atlar” bir tur əvvəl çempionluğu rəsmiləşdirmişdi.
Məsələ ilə bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin fikirlərini öyrəndik: “Bu məsələni müzakirə etmişik. Bilirsiz ki, “Qarabağ” çempionatın son iki turunda səfərdə oynayacaq. Ümumiyyətlə, qalan müddətdə yalnız 26-cı turda rəqibini öz evində sınağa çəkəcək. Ancaq ilk yeri təmin edəcəyi halda, kubokun ev oyununda, yoxsa sonuncu turda təqdim olunması ilə bağlı qərar verməmişik. Gözləyək, hər şey rəsmiləşsin, qərar çıxaracağıq. Düzdü, ötən il kubok “Qarabağ”a 27-ci turda – sonuncu ev oyununda verilmişdi. Onu da qeyd edim ki, heç vaxt hansısa komandaya çempion olan kimi kubok və medallar verilməyib. PFL yarandığı gündən bu ənənə pozulmayıb. Sadəcə, sonuncu tur, yoxsa sonuncu ev oyunu söhbəti var. Lakin yenə də deyirəm, çempionluq rəsmiləşsin, daha sonra qərar verəcəyik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar