Yazarlar
Amal
Təşəkkürlər, RaufHəbib
46 yaşınız mübarək!
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya

Mahir Mədətov yenə intizamsızlığın qurbanı olub

“Kəpəz”in media sektoru: başçının fanklubunun, yoxsa jurnalistlərin yeri?

“Qəbələ” radikal islahatlara hazırlaşır

Samir Abasovu “Sumqayıt”dan qoparmaq istəyirlər

Bürokratiya qurbanı olan AFFA və yığma üzvləri

“...Həmişə Şəhriyara kömək etmişəm, edirəm və edəcəm də”

Mehman Allahverdiyev ilyarımlıq susqunluğu pozdu

Butragenyo Romada Asif Əsgərovla zarafat edib

PFL divizionla bağlı inqilabi dəyişikliklərə hazırlaşır

Elvin Yunuszadənin dayısı Qurban Qurbanova haqq qazandırdı

Amil Yunanov bombardir olmaq istəyir

Rauf Əliyev “Qəbələ”də!

İrəli, Şah, Azərbaycan uğrunda...
17 apr 15:13aktual
Tural Hümbətovun Monteneqroda debütü uğursuz alındı

Cənubi Kipr çempionatının ilk “6-lığ”ında 6-cı turun oyunları keçirilib. “Anortosis” evdə AEL-in müqavimətini qıra bilməyib - 1:1. Start heyətində yer alan Araz Abdullayev 83-cü dəqiqədə əvəzlənib. 65 xalla ilk “3-lüy”ü qapayan “ağ-göylər” növbəti turda “Apollon”un qonağı olacaq.
2-ci bundesliqada 30-cu tur geridə qalıb. “Ertsgebirge” səfərdə “Arminiya”ya (0:2) uduzub və 9 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb. İlk “11-lik”də meydana çıxan Dmitri Nazarov 78-ci dəqiqədə əvəzlənib. 39 xalda qalan və 10-cu pilləyə geriləyən “bənövşəyilər” növbəti turda Auedə “Duysburq”u sınağa çəkəcək.
Regional Liqanın Şimal-Şərq zonasında “Dinamo” Leyptsiqdə “Kemi”yə yenilib – 0:1. Zədəli Rüfət Dadaşov bu oyunu da buraxıb. 53 xalla 2-ci yerdə gedən “ayılar” 30-cu turda “BAK-07” səfərinə yollanacaq.
Almaniyanın U-19 çempionatının Cənub zonasında “Ayntraxt” səfərdə “Nürnberq”ə məğlub olub – 0:2. Murad Mahmudov 90 dəqiqə oynayıb. 23 xalla ilk “10-luğ”u qapayan “qırmızılar” 24-cü turda Frankfurtda “Ştutqart”la münasibətləri aydınlaşdıracaq.
Sequndanın 35-ci turu çərçivəsində “Alkorkon” səfərdə “Lorka” ilə heç-heçə edib - 1:1. Eddi İsrafilov sonadək ehtiyatda qalıb. 42 xalla 15-ci sırada yer alan “Alkorkon" növbəti turda “Osasuna”nı qəbul edəcək.
Türkiyə superliqasında 29-cu turun oyunları keçirilir. “Gənclərbirliyi” səfərdə “Kayserispor”la bacarmayıb - 2:3. Dəniz Yılmaz yalnız ilk hissədə oynayıb. 30 xalla 15-ci pillədə qərarlaşan “qırmızı-qaralar” növbəti tur Ankara derbisində “Osmanlıspor”la qarşılaşacaq.
Ukrayna çempionatının ikinci “6-lığ”ında "Aleksandriya" səfərdə “Olimpik”lə qolsuz “sülh”ə razılaşıb. Pavel Paşayev 90 dəqiqə oynayıb. 30 xalla 2-ci yerdə gedən "Aleksandriya" 6-cı turda səfərdə “Çernomorets”lə üz-üzə gələcək.
Gürcüstanın 1-ci divizionunda “Şevardeni-1906” səfərdə “Telavi” ilə heç-heçə edib – 0:0. Fərid Nəbiyev matçı əvəzlənmədən keçirib. 8 xalla 4-cü sırada yer alan “Şevardeni-1906” 7-ci turda “Vit-Corciya”nı qəbul edəcək.
Monteneqro çempionatında 29-cu turun oyunları keçirilib. “Deçiç” doğma meydanda “Mladost”a müqavimət göstərə bilməyib - 1:4. Tural Hümbətov çempionatda ilk oyununa çıxıb və 90 dəqiqə mübarizə aparıb. Həmyerlimiz 40-cı dəqiqədə sarı vərəqə alıb. Hesabındakı 20 xalla sonuncu – 10-cu pillədə qərarlaşan “Deçiç” növbəti turda “Qrbal”ın qonağı olacaq.
SƏRXAN
Şərh yaz