15 apr 12:58aktual

Gəncə stadionunun direktoru ilə “Kəpəz”in inzibatçısı kəllə-kəlləyə gəldi

Gəncə stadionunun direktoru ilə “Kəpəz”in inzibatçısı kəllə-kəlləyə gəldi
Klub rəhbərliyi hər iki şəxsə qapını göstərdi
“Kəpəz”də maaş problemi yaşandığını ötən sayımızda xəbər vermişdik. Onu da bildirmişdik ki, vəziyyət o dərəcəyə çatıb ki, bəzi legonerlər kirayə qaldıqları evin pulunu belə verə bilmirlər. Vəziyyət dəyişməyəcəyi halda onların AFFA və UEFA-ya şikayət edəcəyi də söylənilir.
“Sarı-göylər”in acınacaqlı durumu ilə bağlı klub rəhbərliyi ilə danışmaq istədik. Lakin klubun icraçı direktoru Elnur Camalxanov mətbuat katibi Azad Mustafayevlə bizə mesaj göndərməyi lazım bildi. Mətbuat katibi Camalxanovun işlərinin çox olması səbəbindən danışa bilməyəcəyini, klubun gələcəyi üçün işlər gördüyünü bildirdi. Azad bəy bizimlə söhbətdə maaşla bağlı məsələyə də toxundu: “Klubumuzun maliyyə problemi yoxdu. Fevralın maaşı bir neçə gün öncə verilib. Qarşıdakı iki-üç gündə martın da maaşı ödəniləcək. Legionerlərin buna görə rəhbərliklə görüşmək istəməsi doğru deyil. Onlar baş məşqçiyə də narazılıq bildirməyib. Düşərgədə əhval-ruhiyyə yaxşıdı. Hamısı məşqə çıxır, növbəti oyuna hazırlaşır. Axırıncı məşqdən sonra əsas komandanın üzvləri “Kəpəz”in aşağı yaş qruplarında top qovan uşaqlara “ustad dərsi” keçdi. Legionerlərimiz də böyük həvəslə bu aksiyada iştirak etdilər. Uşaqlarla futbol oynadılar, deyib-güldülər. Hər hansı narazılıqları olsaydı, yəqin ki, nə ora gələrdilər, nə balacalarla vaxt keçirərdilər, nə də deyib-gülərdilər.
Rəhbərlik daim çalışır ki, klubda işlər qaydasında getsin, maliyyə çətinliyi olmasın. Yenə deyirəm, maaşların bir neçə gün gecikməsi faciə deyil, buna yalnız “Kəpəz”də rast gəlinmir. Bu günə kimi nə yerli oyunçular, nə də legionerlər deyə bilməz ki “Kəpəz”in bizə borcu qalıb”.
Gəncə təmsilçisi ilə bağlı daha bir xəbəri sizlərə çatdırmaq istəyirik. Bir neçə gün öncə aralarında insident yaşandığı bildirilən Cabir İbrahimovla Cavid Əhmədov rəhbərliyin qərarına əsasən tutduğu vəzifədən azad olunub. Xatırladaq ki, İbrahimov Gəncə stadionunun direktoru, Əhmədov əsas komandanın inzibatçısı idi. İnsidentin isə söyüş üstündə yaşandığı deyilir. Belə ki, stadionda təmizlik işlərinə baxan bir neçə qadın Cabir bəyə yaxınlaşaraq, inzibatçının onları təhqir etdiyini söyləyib. Bundan əsəbləşən stadion direktoru komandanın baş məşqçisi Yunis Hüseynovu və icraçı direktoru Elnur Camalxanovu otağına dəvət edərək, əlini masaya çırparaq Əhmədovun hərəkətinin yolverilməz olduğunu bildirib. Həmin vaxt orda olan Cavid bəyin klubun aşağı yaş qruplarından birində məşqçi kimi çalışan oğlu da mübahisəyə qoşulub və stadion direktoru ilə əlbəyaxa olub. Yalnız kənardakıların müdaxiləsindən sonra dalaşanları sakitləşdirmək mümkün olub. Ancaq görünür, rəhbərlik yaşananlara göz yummağı lazım bilməyib və hər iki şəxsi tutduğu vəzifədən uzaqlaşdırıb.
Azad bəy isə bizimlə söhbətdə İbrahimovla Əhmədovun öz istəyi ilə klubdan ayrıldıqlarını dedi: “Cabir İbrahimov və Cavid Əhmədov ərizə ilə rəhbərliyə müraciət edib, işdən ayrılmaq istədiklərini bildiriblər. Onların bu addımının hansı səbəbdən qaynaqlandığını, ərizədə nə göstərdiklərini bilmirəm. Ancaq addımı özləri atıblar. Rəhbərlik də hər iksinin müraciətini nəzərə alıb, belə qərar verib. Hələ ki onların əvəzinə heç kim təyin olunmayıb”.
“Od olmasa, tüstü çıxmaz” deyiblər. Görünür, rəhbərlik bu addımı atmaqla başqalarına dərs verməyi lazım bilib. Bir də ən maraqlısı odu ki, bu günə kimi “Kəpəz”dən heç kim qovulmayıb. Klubun yüzminlərlə vəsaitini mənimsəyən də, aşağı yaş qruplarının səfər və yemək pullarına göz dikən də, bu işdə onlara yardım edənlər də, bir sözlə, hamı öz istəyi ilə işindən ayrılır...
Yeri gəlmişkən, uşaqlarla görüşdən sonra komandanın baş məşqçisi Yunis Hüseynov klub saytına fikirlərini bölüşüb: “Gəncə Azərbaycan futbolunun məskənidi. Burdan neçə-neçə güclü futbolçu çıxıb. Amma əfsuslar olsun ki, indi əsas komandada cəmi iki yerli oyunçu var. Məqsədimiz Gəncə futbolunu inkişaf etdirib, əsas komandaya yeni futbolçular qazandırmaqdı. Uşaqlarla görüşdə onların futbola çox həvəsli olduğunu gördüm. Bu olduqca sevindirici haldı. Çalışmalıyıq ki, gələcəkdə yaxşı futbolçu olsunlar. Bunun üçün əlimizdən gələni etməliyik. İstər geyim, top, istərsə də meydança baxımından uyğun şərait qurmalıyıq. Stadionun ərasizində qısa müddətdə məşq meydançaları salınıb gənc nəslin ixtiyarına veriləcək. Bundan sonra onlar daha da həvəslənəcəklər. Uşaqlara uğurlar arzulayıram, belə görüşlərimiz davamlı olacaq. Planda onları həvəsləndirəcək yeni layihələrimiz var. Gəncədə müxtəlif yaş qrupundan olan istedadlı, bacarıqlı oyunçuları klubumuza cəlb edəcəyik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar