15 apr 12:12aktual

“Neftçi” rəhbərliyi uşaqları şüalanmadan qorumaq üçün İzmirə avtobusla göndərib

“Neftçi” rəhbərliyi uşaqları şüalanmadan qorumaq üçün İzmirə avtobusla göndərib
Şabanoğlu: “Vətən”lə “Qəbələ” özləri bilər”
Ötən həftə Türkiyədə “Altınordu”nun təşkilatçılığı ilə keçirilən “İzmir Cup” turnirində ölkəmizi üç komandanın təmsil etdiyindən xəbərdarsız. Son illər futbolçu yetişdirməklə ad çıxaran “Vətən”, “Qəbələ” və “Neftçi”nin də qatıldığı və ümumilikdə 56 komandanın yarışdığı turnir bizimkilər üçün heç də uğurlu sonuclanmamışdı.
Ötən saylarımızda mövzuya toxunmuş, “Qəbələ” və “Neftçi”nin nəticələrini diqqətinizə çatdırmışdıq. “Vətən”ə gəlincə, bu komanda qrup mərhələsində “Braqa”, “Styaua”, “Beşiktaş”, “Krasnodar”, “Karşıyaka” və “Karabükspor”dan olan həmyaşıdları ilə mübarizə aparıb. “Beşiktaş”la 0:0-a razılaşan həmyerlilərimiz “Karşıyaka”nı məğlub edib – 1:0. Ardınca “Karabükspor”la (2:0) “Styaua”nı (1:0) da udmağı bacarıblar. Qrupda yeganə yenilgini “Krasnodar”dan (0:1) alandan sonra “Braqa”a önündə eyni hesabla zəfər çalıblar. Növbəti mərhələdə turniri 2-ci pillədə başa vuran “Tvente”nin müqavimətini qırmaq mümkün olmayıb – 1:2. Ardınca “Çaykur Rizəspor”la heç-heçə edərək (1:1), “Fənərbaxça”ya uduzublar – 0:2. “Konyaspor” (1:0) və “Bucaspor”la (2:1) qarşılaşmalardan başıuca ayrılan bizimkilər “Aspire Akamiyası”na boyun əyiblər -1:2. Həlledici qarşılaşmalarda Zaqreb “Dinamo”su ilə gərgin keçən matçda məğlub olan (3:4) “Vətən” sonda “Şeffild Uenzdey”lə ölüm-qalım savaşında qələbə qazanıb – 8:7.
Maraq üçün qeyd edək ki, Türkiyə komandalarına “gün verib, işıq verməyən” “Vətən”in yeniyetmələri yarışı 56 komanda arasında 23-cü sırada qapayıb. “Qəbələ”nin U-12-si 44-cü, “Neftçi” isə 49-cu olub. “Vətən” göstərdiyi nəticəyə görə PSV, “Benfika”, “Beşiktaş”, “Sampdoriya”, “Styaua”, Tiflis “Dinamo”su kimi komandaları qabaqlayıb.
Yeri gəlmişkən, “Qəbələ” ilə “Vətən” Türkiyəyə təyyarə ilə yollandığı halda, “Neftçi” avtobusun xidmətindən yararlanmağa məcbur olub. Qardaş ölkəyə gedib-qayıtmaq üçün 4 gününü yola sərf edən gələcəyin futbolçularının hansı əziyyətə qatlaşdıqlarını anlamaq çətin deyil. Çox güman, klub rəhbərliyinin qənaət rejimini əsas götürməsi ucbatından belə durum yaranıb. Amma yox. Dünən əlaqə saxladığımız klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Anar Şabanoğlu əsl səbəbi söylədi: “Neftçi”nin uşaq komandaları həmişə qonşu ölkələrdə təşkil olunan yarışlara avtobusla gedir. Bunun da səbəbi var. Təyyarə ilə uçmaq hədsiz şüalanmaya görə uşaq sağlamlığı üçün zərərlidi. Saatda 0.20 mikrozivert norma sayılırsa, təyyarədə radiasiya bundan 15-20 dəfə artıqdı, ildırım olsa, o zaman 100 dəfə artıq... Məhz buna görə uşaqlara və hamilə qadınlara təyyarəyə minmək tövsiyə olunmur. Hamilə qadınlara isə hətta müəyyən müddətdən sonra qadağa qoyulur və aviaşirkətlər dünyaya gələcək uşağın sağlamlığını şəxsi gəlirlərindən önəmli tutaraq, belə sərnişinlərdən imtina edir. O ki qaldı “Vətən”lə “Qəbələ”yə, onlar özləri bilər”.
“İzmir Cup”la bağlı “Neftçi”nin saytında və “feysbuk” səhifəsində gec də olsa, məlumat yerləşdirilmişdi. Turnirdə 56 komandanın iştirakı və “ağ-qaralar”ın nəticələri göstərilsə də, nədənsə yekunda neçənci yeri tutduqları diqqətə çatdırılmamışdı. Anar bəydən bu məsələyə də aydınlıq gətirməyi xahiş etdik: “Bu suala özünüz də rahat cavab tapa bilərdiz. Hər halda, təşkilatçılardan öyrənmək mümkündü. 49-cu yeri tutmuşuq. Amma uşaq komandalarının yarışında əsas məsələ nəticə deyil. Bizim uşaqlar “Sampdoriya”, “Atletik”, “Fənərbaxça” kimi klublardan olan həmyaşıdları ilə oyunlarda qüvvəsini sınamaqla böyük təcrübə toplayıblar. Özlərini inkişaf etdirmək, top-səviyyəyə yüksəlmək üçün yeni stimul qazanıblar. Əsas məqsəd də budu”.
HƏBİB
One thing is that when you find yourself searching for a education loan you may find that you'll need a cosigner. There are many conditions where this is correct because you may find that you do not employ a past credit ranking so the bank will require that you have someone cosign the credit for you. Interesting post.

generic viagra viagra pills
<a href=https://leeranchbowhunting.com/>viagra generic</a> <a href=http://top7writingservicesreviews.com/>write my essay</a>

Thanks for enabling me to attain new thoughts about computer systems. I also have belief that one of the best ways to keep your laptop computer in perfect condition is by using a hard plastic-type case, or shell, that will fit over the top of one's computer. These kinds of protective gear are usually model precise since they are manufactured to fit perfectly across the natural covering. You can buy them directly from the owner, or from third party sources if they are available for your laptop, however don't assume all laptop will have a spend on the market. Just as before, thanks for your guidelines.

buy generic viagra generic viagra
<a href=https://leeranchbowhunting.com/>buy generic viagra</a> <a href=http://top7writingservicesreviews.com/>essay writer</a>

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar