13 apr 23:15aktual

Futbolçular nə namizədlərdən xəbərdardı, nə də seçkiyə qatılıb

Futbolçular nə namizədlərdən xəbərdardı, nə də seçkiyə qatılıb
Mütəxəssislər isə vətəndaşlıq borcunu yerinə yetirib
Srağagün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirildi. Seçkidə YAP-ın namizədi, hazırkı dövlət başçısı İlham Əliyev qalib gəldi. Əliyev səslərin 86,03 faizini toplamaqla növbəti 7 ildə də ölkəyə rəhbərlik etmək imkanı qazandı
Bəs görəsən, futbol ictimaiyyəti seçkidə iştirak etdimi, kimə səs verdi? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün onların bəzilərinin fikirlərini öyərnmək qərarına gəldik. Bu məqsədlə öncə qışda “Qəbələ”ni “Zirə”yə dəyişən Tellur Mütəllimovla əlaqə saxladıq: “Xaçmazda qeydiyyatda olduğumdan rayonda səs verməliydim. Ancaq məşqlərimiz olduğundan Xaçmaza gedib səs verə bilmədim. Prezidentliyə konkret neçə nəfərin namizəd olduğunu dəqiq bilmirəm. Səhv etmirəmsə, 5-6 nəfər idilər. İlham Əliyevdən başqa Hafiz Hacıyevin də namizədlər arasında olduğunu bilirəm. Seçkiyə gedə bilməsəm də, nəticələrdən xəbərim var. Bilirəm ki, İlham Əliyev böyük səs üstünlüyü ilə qalib gəlib”.
“Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyev də Tellur kimi seçkidə iştirak etməyib: “Səhər saat 9-da Gəncəyə yola düşürdük deyə, gedib səs verə bilmədim. Vaxt azlığı buna mane oldu. Neçə namizədin olduğunu da bilmirəm. Bizim yeganə namizədimiz İlham Əliyev idi və o da qalib gəldi. Məni başqaları maraqlandırmır”.
Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov gənc nəsildən fərqli, seçkidə iştirak edib: “Bu dəfə 8 nəfərin namizədliyi qeydə alınmışdı. İTV-də təşkil olunan debatların, demək olar ki, hamısını izlədim. Seçki günü də bildiriş aldığımız məntəqəyə yollanıb İlham Əliyevə səs verdim”.
“Turan Tovuz”un çalışdırıcısı Əsgər Abdullayev də vətəndaşlıq borcunu yerinə yetirənlər arasında olub. Əsgər bəy bizimlə söhbətdə bütün namizədlərin adlarını qeyd etməklə seçkiyə biganə yanaşmadığını ortaya qoydu: “Növbədənkənar prezident seçkisinə 8 nəfərin namizədliyi qeydə alınmışdı. Onlar Razi Nurullayev, Sərdar Məmmədov, Hafiz Hacıyev, Araz Əlizadə, Zahid Oruc, Qüdrət Həsənquliyev, Fərəc Quliyev və İlham Əliyev idi. Mən səsimi İlham Əliyevə verdim. İnanıram ki, növbəti 7 ildə ölkəmiz onun rəhbərliyi altında daha da inkişaf edəcək, dünyanın öndə gedən ölkələrindən biri olacaq”.
AFFA yanında təşkil olunan məşqçilik kurslarında kateqoriya almaq istəyən mütəxəssislərə dərs deyən, çimərlik futbolu yığmamızın sabiq çalışdırıcısı İlham Əzizli də seçkidə fəal iştirak edənlər cərgəsindədi: “Mən nəinki prezident, parlament və bələdiyyə seçkisində də daim iştirak edirəm. Seçkiyə getməyənləri isə qınayıram. Sənə bildiriş gəlibsə və ölkənin gələcəyinə biganə deyilsənsə, bir vətəndaş kimi bunu etməlisən. Nəyə görə sabah mənim ürəyimdə xal qalmalıdı? Bu dəfə də seçkiyə 4 yaşlı oğlumla birgə getdim. Yasamaldakı 15 saylı məntəqədə səs verdim. Seçkiyə qatılanlardan 6-nın namizədliyi partiya tərəfindən, biri fərdi qaydada, bir nəfərin isə namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü. Səs verdiyim məntəqədə bütün prosesin şəffaf şəkildə həyata keçirildiyini deyə bilərəm. Kənardan heç bir təzyiq, “o namizədə yox, buna səs ver” deyən olmadı. Müşahidəçilər də kənardan yaşananları izləyirdilər. Səs verib məntəqədən çıxarkən, hətta “exit-poll”dan da yaxınlaşıb fikirimi örəndilər. Onların da sənədini doldurdum”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar