13 apr 23:12aktual

“Sumqayıt”ın bölüşdürülməsindən söhbət gedə bilməz”

“Sumqayıt”ın bölüşdürülməsindən söhbət gedə bilməz”
Zamiq Hüseynov səs vermək üçün “Asan xidmət”ə müraciət edib
PFL-in Texniki Departamentinin rəhbrəi Zamiq Hüseynovun fəaliyyətini “Sumqayıt”da davam etdirəcəyini ötən saylarımızın birində xəbər vermişdik. Hüseynovun Ceyhun Sultanovun boşaltdığı baş menecer postuna təyinat aldığı bildirilsə də, əslində o “kimyaçılar”ın idman direktoru vəzifəsini icra edəcək. Zamiq bəylə yeni posta təyinat aldığı gün görüşüb söhbətləşmək istəyirdik. Ancaq o hələ yeni işində “bismillah” etmədiyini söyləyib, görüşün bir qədər ertələnməsini istəmişdi. Nəhayət, srağagün “gənclik şəhəri” təmsilçisinin yeni idman direktoru ilə iş otağında görüşə bildik. Hüseynov vaxtının az olduğunu, iclasa tələsdiyini bildirsə də, bəzi suallarımızı cabavladı.
- Bu gün ölkədə prezident seçkisi günü, yəni qeyri-iş günü olsa da, siz iş başındasız. Seçki məntəqəsinə getmişdiz?
- Sumqayıta gəlməmiş məntəqəyə gedib səs vermişəm. Onu da bildirim ki, seçkidən iki gün əvvəl bilmişəm ki, yaşla bağlı şəxsiyyət vəsiqəmin müddəti bitib. Məhz seçkidə iştirak etmək üçün “Asan xidmət”ə müraciət edib, bir günə yeni şəxsiyyət vəsiqəsi aldım. Bir vətəndaş kimi borcumu yerinə yetirmişəm.
- Belə həssas məqamda “Sumqayıt”ın idman direktoru təyin olunduz. Yəqin ki, hansı məsuliyyətin altına girdiyinizi başa düşürsüz. Mövsümün sonunda komanda qarşıya qoyulan məqsədə çatmasa, günahkarlardan biri də siz ola bilərsiz.
- Təbii ki, qərar vermək bir qədər çətin oldu. Mənim kollektivə necə bağlı bir insan olduğumu çox yaxşı bilirsən. Xarakter olaraq da həyatımda kardinal dəyişikliklər etməyi sevməyən biriyəm. Sadəcə, təklif gələndən sonra Muxtar Babayevlə danışıb, Ramin Musayevlə halallaşdıqdan sonra qərarımı verdim. Hamı mənə uğurlar arzulayıb, lazımi köməyi edəcəyini bildirdi. Özünə yaxın insanlardan belə dəstək görmək çox xoşdu. Təyinatımdan sonra klub prezidenti Riad Rəfiyevlə də görüşüb gələcək planlar ətrafında fikir mübadiləsi aparmışıq.
- Müasir futbolda idman direktoru klubun döyünən ürəyi sayılır. Əsas komanda ilə yanaşı, əvəzedici heyətin və akademiyanın da məsuliyyəti sizin boynunuzda olacaq. Belə gərgin iş qrafikində çalışmaq çətin olmayacaq?
- Futbolda ilk addımı AFFA-da atmışam. İki il orda, 10 il PFL-də işləmişəm. Orda çalışarkən belə, həmişə ürəyimdə klubda işləmək istəyi olub. Sabiq iş yoldaşım Aslan Şahgəldiyev həmişə klubda çalışmağın maraqlı olduğunu söyləyirdi. Bildiyiniz kimi, Aslanın “Karvan”da iş təcrübəsi var. Onun danışdıqlarını həmişə maraqla dinləmişəm və şüuraltı mənə də bu sahə maraqlı olub. Bununla yanaşı, onu da deyim ki, mən işdən, məsuliyyətdən qorxan adam deyiləm. İş olan yerdə səhv də olur, heç kim bundan “sığortalanmayıb”. Ancaq çalımaq lazımdı ki, bu səhvin miqyası böyük olmasın. Xırda-para çatışmazlıqları aradan qaldırmaq mümkündü. Əlbəttə, indiki vaxtda hansı məsuliyyətin altına girdiyimi yaxşı başa düşürəm. İnşallah, hər şey yaxşı olar.
- Bu gün sumqayıtlı azarkeşlər komandadan Avropa Liqasına vəsiqə gözləyir. Klubda yeni olmağınıza baxmayaraq, sizin fikrinizi bilmək istəyirik. Necə düşünürsüz, Samir Abasovun komandası bu işin öhdəsindən gələcək?
- “Sumqayıt”da yeni olsam da, klubun yaranması gözümün qarşısında olub. Hətta bəzi sənədləşmə işlərində o vaxt yardımçı da olmuşam. İndi bu suala cavab vermək çətindi. Hər şeyi zaman göstərəcək.
- İctimaiyyət arasında belə fikir formalaşıb ki, komandanın uğurlu çıxışı böyük qüvvələrin “Sumqayıt”a marağını artırıb və “kimyaçılar”ın bölüşdürülməsi kampaniyasına start verilib. Klub prezidenti Riad Rəfiyev AFFA-nın, siz isə PFL-in kadrı sayılırsız. Bu məsələyə də münasibət bildirərdiz...
- Bu heç də belə deyil. Mən Riad müəllimlə bəlkə də 5 ildən artıqdı tanışam. Həftədə bir-iki dəfə onunla görüşmüşük. O “Yuventus”, mən “Barselona” azarkeşi olduğumdan tez-tez bu iki komandanın çıxışı barədə danışırdıq. Yeri gəlmişkən, “Barselona”nın “Roma”ya məğlubiyyətindən sonra gecə yata bilməmişəm. Məni tanıyanlar bilir ki, necə azarkeşəm. Haşiyə çıxaraq onu da bildirim ki, “Barselona” hər dəfə uduzanda assosiasiyada rəhbərlikdən tutmuş, sıravi işçiyə qədər hamı mənə zəng vurub başsağlığı verir. O da gəncdi, yaşım 35 olsa da, məni də qoca saymaq olmaz. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, müəyyən planlarımız var, çalışacağıq onları həyata keçirək. Biz də istəyirik ki, rəhbərliyində təmsil olunduğumuz “Sumqayıt” daha yüksək pillələrə yüksəlsin. “Bölüşdürmə” ilə bağlı qəzetinizdə gedən yazını oxuyanda, görəndə ki onun altında sənin imzan var, açığı, bir qədər şok oldum. Bir-birimizi az-çox tanıyırıq, səmimiliymə də yəqin ki, inanırsan. “Sumqayıt”ın bölüşdürülməsindən söhbət gedə bilməz. Hamımız futbolun inkişafına çalışırıq.
- Klubun uşaq futboluna nəzarət də sizin kurasiyanızdadı. “Sumqayıt”ın Futbol Akademiyasının nəticələri ilə tanış olub, kollektivlə görüşmüsüz?
- Hələ ki akademiyada çalışan məşqçilərlə görüşməmişəm. Nəticələrlə isə kağız üzərində tanışam. Açığı, bu gün bütün diqqətimiz əsas komandaya ayrılıb. Heç şübhəsiz, akademiyaya da xüsusi diqqət ayrılacaq. Bununla bağlı da geniş planlarımız var. İndi bu haqda danışmaq istəmirəm. Hər şeyi əməldə görəcəksiz.
- İdman direktoru həm də klubun transfer siyasətinə cavabdehlik daşıyır. Mövsümlərarası fasilədə “Sumqayıt”da hansı dəyişikliklər gözlənilir?
- Bu sualınıza çempionat başa çatandan sonra cavab verəcəm. İndiki məqamda bu haqda danışmaq tezdi. Hələ bilinmir ki, mövsümü necə başa vuracağıq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar