Yazarlar
Amal
Təşəkkürlər, RaufHəbib
46 yaşınız mübarək!
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya

Mahir Mədətov yenə intizamsızlığın qurbanı olub

“Kəpəz”in media sektoru: başçının fanklubunun, yoxsa jurnalistlərin yeri?

“Qəbələ” radikal islahatlara hazırlaşır

Samir Abasovu “Sumqayıt”dan qoparmaq istəyirlər

Bürokratiya qurbanı olan AFFA və yığma üzvləri

“...Həmişə Şəhriyara kömək etmişəm, edirəm və edəcəm də”

Mehman Allahverdiyev ilyarımlıq susqunluğu pozdu

Butragenyo Romada Asif Əsgərovla zarafat edib

PFL divizionla bağlı inqilabi dəyişikliklərə hazırlaşır

Elvin Yunuszadənin dayısı Qurban Qurbanova haqq qazandırdı

Amil Yunanov bombardir olmaq istəyir

Rauf Əliyev “Qəbələ”də!

İrəli, Şah, Azərbaycan uğrunda...
13 apr 22:59aktual
Araz Abdullayev kubokdan əlini üzdü

Rüfət Dadaşov zədələnib
Cənubi Kipr kubokunda 1/4 finalın cavab oyunları keçirilib. “Apollon”la evdəki görüşdə 1:1-lik heç-heçəyə razılaşan “Anortosis” səfərdə uduzaraq mübarizəni dayandırıb – 1:2. Uzun fasilədən sonra start heyətində yer alan Araz Abdullayev 85-ci dəqiqədə əvəzlənib. Yığma üzvünün 58-ci dəqiqədə sarı vərəqə aldığını da nəzərinizə çatdıraq.
Aprelin 11-də Almaniya Regional Liqasının Şimal-Şərq zonasında 22-ci turdan təxirə salınan “Dinamo” – “Oberlausitz” oyunu keçirilib. Berlindəki görüşdə qalib müəyyənləşməyib – 1:1. Bundan öncə baş tutan “Germania” ilə matçda (4:2) dublunu rəsmiləşdirdikdən sonra zədələnərək meydanı tərk edən Rüfət Dadaşov komandasının son qarşılaşmasının iştirakçısı olmayıb. 53 xalla 2-ci yerdə gedən “ayılar” bazar günü 29-cu tur çərçivəsində Leyptsiqdə “Kemi”ni sınağa çəkəcək.
Portuqaliyanın 1-ci divizionunda isə 33-cü turun oyunları baş tutub. “Sportinq”in əvəzediciləri evdə “Famalikan”ın müqavimətini qıra bilməyib – 1:1. Budaq Nəsirovun adı görüşün iştirak ərizəsinə salınmayıb. 33 xalda qalan və 18-ci pilləyə geriləyən “zolaqlılar” növbəti turda səfərdə “Portu”nun ikinci komandası ilə münasibətləri aydınlaşdıracaq.
Şərh yaz