Yazarlar
Nurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”

Fariz Yusifov hakim-inspektor kimi qayıdır
07 apr 00:15aktual
Rəşad Sadıqov: qayıtsın, yoxsa qayıtmasın?

Diniyev: “Millinin Rəşadsız keçirdiyi oyunlarda liderin olmadığı aşkar görünürdü”
Mircavadov: “Bu məsələdə dərin çək-çevirə ehtiyac yoxdu”
Yığmanın baş məşqçisi Qurban Qurbanovun Belarusla oyundan (0:1) sonra verdiyi açıqlama müzakirələrə səbəb oldu. Belə ki, çalışdırıcı lazım gəlsə, ötən il milli karyerasını bitirən Rəşad Sadıqovu da yığmaya qaytara biləcəyini söyləmişdi. Bundan sonra bütün diqqətlər müdafiəçiyə yönəldi. “Qarabağ”ın kapitanı isə birmənalı şəkildə bunu inkar etmədi. O lazım gələrsə və ehtiyac yaranarsa, yığma karyerasını bərpa edə biləcəyinə işarə vurdu. Təbii, Sadıqovun mümkün qayıdışını doğru sayanlar da var, əksini düşünənlər də. Ötən saylarımızdan birində hər iki baxışın hansı əsaslara söykəndiyini saf-çürük etmişdik. Bu dəfə isə mütəxəssislərin məsələ ilə bağlı fikirlərini öyrəndik. Görəsən, futbol biliciləri bu qayıdışa necə baxır?
Şahin Diniyev: “Bu iki nəfər – baş məşqçi və futbolçu arasında olan söhbətdi. Çox oyunçular olub ki, millidən gedib, sonra qayıdıb. Buffondan tutmuş Messiyə qədər. Lazım olanda, milliyə dönüblər. Qayıtmaqda ayıb bir şey görmürəm. Məncə, normaldı. Əsas odu, komandanın baş məşqçisinin istəyi, həmin futbolçuya ehtiyacı olsun. Rəşad da meydanda bir liderdi. Millini toparlaya, arxasınca apara bilən biridi. Onun yenidən yığmada olmasına pis baxmıram. Ancaq yenə də qərarı baş məşqçi ilə futbolçu özü verəcək. Ümumiyyətlə, yığmada kiməsə ehtiyac varsa, onun geri dönməsinin ayıb olduğunu düşünmək yersizdi. Çünki futbolçunu istəyib yığmaya qaytarırlar. Federasiya yola salmışdısa da, bu gün özləri dönüşünü istəyir. Odu ki, heç bir problem yoxdu. Assosiasiyanın yola saldığı halda futbolçu özü qayıtmaq istəsəydi, bu tam başqa bir şey idi. O anlaşılmaz qəbul edilərdi. Özü də Rəşad futbol oynayır. Yəni karyerasını bitirməyib. Ona görə də mümkün qayıdışına pis baxmıram. Yığmada buna ehtiyac varsa və federasiya, baş məşqçi onun qayıtmasını istəyirsə, heç bir problem yoxdu. Düzü, yığmanın Rəşadsız keçirdiyi oyunlarda liderin olmadığı aşkar görünürdü. Komandanı meydanda bir yerə yığan futbolçu nəzərə çarpmadı. Bəlkə də gələcəkdə hansısa lider ortaya çıxa bilər. Ancaq hazırda beləsi yoxdu. Özü də builki 3 oyuna görə yığmanın çıxışına qiymət vermək düzgün deyil. Bu qarşılaşmalar yığmanın formalaşması yönündə atılan addımdı. Bütün namizədlər yoxlanıldı. Artıq növbəti oyunlarda millinin tam təkmilləşdirilməsi yolunda işlər görüləcək. Əslində bir məşqçinin və ya futbolçunun nəyisə 180 dərəcə dəyişmək imkanının olması çətin məsələdi. Hər bir komandanın müəyyən yeri var. Həmin səviyyə ilə də ayaqlaşmaq lazımdı. Düzdü, onu 10 faiz yüksəltmək və ya aşağı salmaq olar. Tutaq ki, “Real”, “Barselon”a kimi komandalar ən yaxşı halda 1-ci, ən pis halda 3-cü olurlar. Yəni müəyyən çərçivədən kənara çıxmırlar. Eləcə də bizim milli. Reallığı nəzərə almalıyıq. Təbii, Rəşadın gəlməsi müəyyən kömək olar. Ancaq söhbət təkcə Sadıqovdan getmir. Lap Messini yığmamıza gətirsək, argentinalı komandanı finala daşıya bilməyəcək. Yalnız müəyyən mənada millinin gücünə güc qata bilər”.
Ağasəlim Mircavadov: “Rəşadın yığmaya qayıtması özündən və baş məşqçidən asılıdı. Burda problemli bir şey görmürəm. Bir məsələyə diqqət yetirək. Məşqçilər Komitəsi fəaliyyətə başlayanda da klublara deyirdik ki, Sadıqovun əvəzinə mərkəz müdafiəçisi hazırlamaq lazımdı. Düzünü desək, belə biri yoxdu. Heç kim hazırlamır. Klublara diqqət yetirsək, stopperlərin əksəriyyəti əcnəbilərdi. Söhbət əsas heyət üzvlərindən gedir. Yoxdu və belə çıxır ki, hazırlamırlar. Rəşadın qayıtması isə dediyim kimi özündən, hazırlığından, istəyindən asılıdı. Bundan başqa, baş məşqçinin də fikri önəmlidi. Sağollaşıb getsə də, yaranan situasiya da nəzərə alınmalıdı. Rəşad futbolçu kareyrasını bitirməyib, klubunda oynayır. Təbii, lider kimi keyfiyyətlərinin də yığmaya xeyir verə biləcəyini unutmamalıyıq. Onun meydanda olması, komanda yoldaşları ilə danışması milli üçün müsbət hal olar. Odu ki, bu məsələdə dərin çək-çevirə də ehtiyac yoxdu. Söhbət ondan getmir ki, Rəşad gəlsə, bütün problemlər həll olunacaq. Hazırda yığmada mərkəz müdafiəçisi problemi böyükdü. Oyunlar zamanı da bunu gördük. Mənim aləmimdə mərkəz müdafiəçilərdən biri mübarizə aparırsa, başla xilasedici kimi çıxış edirsə, ikinci stopper ayaqla yaxşı oynamalı, hücum başlamalıdı. Mərkəz müdafiəçiləri bu mənada bir-birini tamamlamalıdı. Xarici komandalarda da məhz belə olduğunu görürük. Futbol gündən-günə inkişafdadı. Biz uğurlarımızın olmasını istəyiriksə, hərtəfəli mərkəz müdafiəçilərimiz olmalıdı”.
FARİZ
Şərh yaz