07 apr 00:13aktual

Qazaxlarla qırğızlar maliyyə probleminə görə gəlməyib

Qazaxlarla qırğızlar maliyyə probleminə görə gəlməyib
Alesio “12-liy”i açıqladı, yığma “Araz”la bacarmadı
Bu gün Azərbaycanda 1-ci Türk Şurası Universitet İdman Oyunları (Türk Universiadası) start götürür. Qeyd edək ki, Universiadanın proqramına altı idman növü salınıb. Bunlar futzal, voleybol, şahmat, stolüstü tennis, cüdo və güləşdi. Açılış mərasimi saat 17.00-da Bakı İdman Sarayında keçiriləcək. Qarşılaşmalar saat 10.00 – 18.00 aralığında baş tutacaq. Bağlanış mərasimi aprelin 9-da gerçəkləşəcək. Ancaq universiadanın proqramına daxil edilən idman növlərindən elələri var ki, cəmi iki ölkə təmsil olunur. Bunlar futzal və kişi voleyboludu. Konkret futzaldan danışırıqsa, əvvəl turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstan yığmalarının mübarizə aparacağı deyilirdi. Ancaq qəzetimizin ötən sayında xəbər verdiyimiz kimi, Qazaxıstan və Qırğızıstan turnirdən imtina edib.
Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorundan verilən açıqlamada imtinanın səbəbi maliyyə çatışmazlığı ilə izah olunur: “Qazaxıstan və Qırğızıstan milliləri maliyyə səbəbindən futzal turnirinə qatılmayacaqlarını bildirib. Bu turnirdə yalnız Azərbaycanla Türkiyə iştirak edəcək. Aprelin 7-də bu iki komanda bir görüş keçirib qalibi müəyyənləşdirəcək. Qazaxıstanla Qırğızıstan Universiadanın proqramına daxil olan başqa növlərdə təmsil olunacaqlar. Özbəkistanla Türkmənistan isə, ümumiyyətlə, futzalda iştirak edəcəklərinə dair məktub göndərməmişdilər”.
Bu arada yığmamız Türkiyə ilə oyuna hazırlığı davam etdirir. Məşqlərini Texniki Universitetinin idman zalında keçən millinin yekun heyəti açıqlanıb. Bir neçə məşqdə seleksiya işləri aparan və 20-dən artıq futzalçını sınayan baş məşqçi Joze Alesio da Silva onlardan 18-ni toplanışa dəvət etmişdi. Yekun heyətdə isə 12 nəfər yer alıb. Beləliklə, sabah saat 14.00-da baş tutacaq oyunda Rövşən Hüseynli, Ramiz Çovdarov, Adil İsmayılov, Oktay Rüstəmli (hamısı “Araz”), Kamran Hacıyev, Elşən İbrahimxəlilov, İbrahim Zeynalov (hamısı “Marafon”), Kənan Manafov, Emin Abbasov (hər ikisi “Avanqard”), Fərid Atakişiyev (Ekol), Nihad İsmayılov (FK.İD) və Oruc Baxşəlizadə (Neftçi) iştirak edəcək.
Yeri gəlmişkən, yığma dünən Texniki Universitetin idman zalında yoxlama görüşü keçirib. Baş məşqçisi olduğu “Araz”la millini sınağa çəkən Alesionun klub-komandası “tələbələr”i üstələyib. Qarşılaşma son illərin dəyişməz çempionunun inamlı qələbəsiylə yekunlaşıb – 9:4. Yığmanın qollarını Ramiz Çovdarov (3) və Kənan Manafov vurub.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar