07 apr 00:09aktual

“Neftçi” mütləq qələbə qazanmalıdı

“Neftçi” mütləq qələbə qazanmalıdı
Samir Abasovun yoxluğu özünü göstərəcək?
Premyer-liqa təmsilçiləri çempionatınəsas mərhələsinə qədəm qoymaqdadı. Buna qədər əsas məqsəd turnir cədvəlində bacardıqca irəliləmək idisə, həftəsonundan başlayaraq hədəf avrokuboklara vəsiqə verən yerləri təmin etmək olacaq. Bura elitada qalmaq vəzifəsinin öhdəsindən gəlməyi də əlavə edə bilərik.
Xüsusilə aprelin 8-də baş tutacaq iki oyun gərgin mübarizə vəd edir. Azarkeşlərin marağına səbəb olacaq oyunların birində 4-cü pillədəki “Zirə” özündən 6 xal öndə olan və qeyri-sabit nəticələri ilə seçilən “Qəbələ”ni qəbul edəcək. Turun ən prinsipial qarşılaşması isə “Bakcell Arena”da baş tutacaq. Son vaxtların formada olan iki komandası – “Neftçi”ylə “Sumqayıt” münasibətlərinə aydınlıq gətirməlidi. Qalib kim olacaq: əvvəlki əzəmətini qaytarmağa çalışan bakılılar, yoxsa mövsümün sürpriz komandası “Sumqayıt”? Matçla bağlı xüsusi məqamlara toxunacağıq.
Formada olanların mübarizəsi
Son 4 oyunda hesabına 10 xal yazan “ağ-qaralar” yüksəlişdədi. “Qəbələ”ni, “Keşlə”ni və sonuncu turda “Səbail”i məğlub edən Tərlan Əhmədovun yetirmələri yalnız son 4 ilin çempionu “Qarabağ”la heç-heçəyə razılaşıb. Bu 4 oyunda rəqib qapılarından keçirilən 7 qol paytaxt təmsilçisinin hansı durumda olmasından xəbər verir. Xüsusilə “Qəbələ”ylə səfər qarşılaşmasında əldə olunan qələbə komanda üzvlərinin “ikinci nəfəsinin” açılmasına səbəb oldu. “Səbail”lə oyunda rəqibinə olduqca yüksək temp təklif edən “Neftçi” iki aparıcı futbolçusunun – Namiq Ələsgərovla Emin Mahmudovun yoxluğunda lazım olan 3 xalı qazandı. Bu dəfə hər ikisinin meydana çıxmaq imkanı var.
Eyni sözləri “Sumqayıt”a da aid edə bilərik. Samir Abasovun yetirmələri də son 4 matçda çempionluğa iddialılar “Qarabağ” və “Qəbələ”ylə üz-üzə gəlib. Və heç bir matçda rəqiblərinə boyun əymədilər. Hətta “Qarabağ”ın qapısına yol tapmağı da bacardılar. “Qəbələ”ylə səfər oyununda isə Amil Yunanovun son dəqiqələrdə qeyri-dəqiqliyinə görə qələbədən məhrum oldular. Oyunu və qazandığı nəticələrlə futbol ictimaiyyətinin alqışını qazanan “kimyaçılar” da “Neftçi”ylə matça tam qüvvə ilə çıxa biləcək. Zədəli və cəzalı futbolçuların olmaması Abasovun üzünü güldürməlidi. Qısası, bazar günü ideal formada olan iki komandanın ifasında olduqca gərgin futbol tamaşasına şahidlik edəcəyik.
Turnir cədvəlindəki intriqa
Qələbə hər iki tərəfə hava-su kimi vacibdi. Düzdü, “ağ-qaralar”dan 5 xal öndə olan sumqayıtlılar üçün heç-heçə də pis nəticə sayıla bilməz. Amma onların da öz hədəfi var: “Zirə”ni özündən irəli buraxmamaq, bacardıqca “Qəbələ”ylə 5 xallıq fərqi “əritmək”. Lakin bu, maksimum hədəfdi. Yəni alınsa, yaxşı olar, alınmasa da, bu günə şükür. Onsuz da “Sumqayıt”a lazım olan avrokuboklara vəsiqədi ki, buna çox yaxındılar. Bazar günü əldə olunacaq mümkün heç-heçə “kimyaçılar”ın bu rəqibi ilə aradakı 5 xallıq fərqin qorunmasına kifayət edəcək.
Amma eyni sözləri ölkənin ən köklü klubu haqda demək mümkün deyil. “Neftçi” nəyin bahasına olur-olsun, qələbə qazanmalıdı. Qarşıdan kubok matçları gəlir. Bu isə bakılıların sıx qrafik altında oynaması deməkdi. Belə deyək, xal itkiləri qaçılmaz deyil. Ona görə də indiki vəziyyətdə çempionatdakı əsas rəqiblərdən biri məğlub edilməlidi. Deyək ki, “Neftçi”nin Avroliqaya kubok yolu ilə vəsiqə qazanmaq şansı da var. Lakin “Qəbələ” səddi keçilməsə, gözlər premyer-liqaya dikiləcək. Belədə azı 4-cü yer təmin olunmalıdı. Bunun üçün isə “Sumqayıt”ı məğlub edib, həm bu rəqibə, həm də “Zirə”yə yaxınlaşmaq vacibdi. Qısası, Tərlan Əhmədov və yetirmələri avrokuboklara vəsiqə arzusundadısa, bu oyundan mütləq və mütləq qələbə ilə ayrılmalıdılar. Olduqca həssas məqamdı. Əks halda, sonda başlarına döyəcəklər.
Samir Abasov üçün özünüsübut anı
Hə, keçək məsələnin başqa bir intriqa nöqtəsinə. Bu oyunun yekun nəticəsi həm də klub rəhbərləri üçün vacibdi. Uzun illər “Sumqayıt”da prezident postunda çalışmış Kamran Quliyev bu gün “Neftçi”nin başındadı. Təbii, bacarıqlı futbol funksioneri kimi tanınan Ceyhun Sultanov da Quliyevin yanında çalışır. Yəni bu gün bu iki şəxsi maraqlandıran “Neftçi”nin uğur qazanmasıdı.
Çoxlarının fikrincə, “kimyaçılar”ın bu səviyyəyə çatmasında Quliyevlə Sultanovun xüsusi rolu olub. Bu cür fikirlərin tez-tez ortaya atılması hazırda “Sumqayıt”ın başında olan məşqçilər heyətinə xoş gələ bilməz. Samir Abasov üzdə deməsə də, çox güman, içində “səbəbkar mənəm” şəklində düşünür. Baş məşqçinin əziyyətinin rəhbərliyinin adına yazılmasının doğru olmadığını sübut etmək üçün “Sumqayıt”ın əlinə yaxşı fürsət düşüb. “Neftçi”ni məğlub etməklə “siz getsəz də, “Sumqayıt” həmin “Sumqayıt”dı” mesajını vermək üçün əla şansdı.
Riad Rəfiyevin Tərlan Əhmədova gözdağı hədəfi
Bir də Riad Rəfiyev amili var. Uzun illər AFFA-da çalışmış, bakılıların sabiq çalışdırıcısı Elxan Abdullayevə yaxınlığı ilə seçilən Rəfiyev “Neftçi”nin uğur qazanmasına razı ola bilməz. “Ağ-qaralar”ın ardıcıl qələbələrlə avrokuboklara vəsiqə qazanması Tərlan Əhmədovun Elxan Abdullayevdən bacarıqlı məşqçi olduğunu sübut edəcək. Bu da heç bir halda vaxtilə Abdullayevlə məşqçi-menecer müstəvisində əməkdaşlıq etmiş Rəfiyevə sərf edə bilməz. Ona görə də əla formada olan “Neftçi”liləri kubok qarşılaşmalarından əvvəl “sındırmaq” istəyi “Sumqayıt”ın yeni prezidenti üçün əsas hədəfdi. Bu baş versə, bir güllə ilə iki dövşan vurulacaq. Həm Elxan bəyə “gördüz, nə etdim” mesajı ünvanlanacaq, həm də “Sumqayıt”lı azarkeşlərdə “Kamran Quliyev yoxdu, Riad Rəfiyev var” fikri formalaşacaq.
“Sumqayıt”lılar Tərlan Əhmədovun “gözünə girməlidi”
“Sumqayıt”ın futbolçuları üçün əla fürsətdi. Bildiyiniz kimi, Kamran Quliyevlə Ceyhun Sultanovun “Neftçi”yə keçməsindən sonra “kimyaçılar”ın bir neçə futbolçusunun adı “ağ-qaralar”la yanaşı çəkilir. Ən real namizədlər isə Tural Axundov, Cavid İmamverdiyev və Amil Yunanovdu. Rəhbərlikdə təmsil olunanlar istəkli ola bilər. Lakin yayda həmin transferlərin baş tutması üçün Tərlan Əhmədovun “hə”si mütləqdi. Bunun üçün isə adları çəkilən futbolçular məhz bu qarşılaşmada özlərini ən yaxşı tərəfdən göstərməlidi ki, Quliyevlə Sultanovun baş məşqçiyə deməyə sözü olsun.
Baş məşqçinin yoxluğu
“Neftçi”liləri sevindərəcək xəbər Samir Abasovun komandasından ayrı düşməsidi. “Qəbələ”ylə səfər matçından dərhal sonra hava limanına tələsən Abasov hazırda İsveçrədədi, PRO kateqoriyası kurslarında iştirak edir. Bu isə o deməkdi ki, həftəiçi keçirilən məşq proseslərində komandasının yanında olmayıb. Düzdü, o olmasa da, köməkçiləri Seymur Rəhimov, Vəfadar Quliyev və Etibar Tarıverdiyev yerindədi. Amma razılaşaq ki, Samir Abasovun yeri tam başqadı. Baş məşqçi hazırlıqda şəxsən iştirak edəndə, futbolçuların məsuliyyəti tam başqa olur. Elə məşqin “dadı-duzu” da. Abasov vətənə bu gün axşam dönəcək ki, yalnız oyundan bir gün əvvəlki çalışmada iştirak etməsi mümkündü. Ciddi mənada bir şey sayılmasa da, hər halda, baş məşqçinin yoxluğu “Suymqayıt”ın çıxışına müəyyən təsirini göstərməlidi.
8:1, 4:0...
Komandaların öz aralarındakı əvvəlki oyunların nəticələrinin nəyəsə işarə olması ilə razılaşmaq olmaz. Vaxtilə “Neftçi”nin qarşısında duran tapılmırdı, bu gün həmin komanda avrokuboklara vəsiqə üçün mübarizə aparır. “Sumqayıt” 3-5 il əvvəl premyer-liqada qalmaq üçün çalışırdı, bu gün qazandığı nəticələrlə futbolsevərlərin sevgisini qazanıb. Amma söhbət “Neftçi”ylə “Sumqayıt” arasında “Bakcell Arena”da oynanılacaq görüşdən gedirsə, müəyyən detalları yada salmaq olar.
“Neftçi”nin meydanında 11 oyun baş tutub ki, meydan sahibləri 7 dəfə qələbəyə sevinib. Bunların arasında 8:1 və 4:0-lıq zəfərlər indiyə qədər yaddaşlardan silinməyib. İki dəfə heç-heçə qeyd alınıb, iki dəfə qonaqlar 3 xal əldə edib. Son iki ev oyununda “ağ-qaralar” rəqibini Sumqayıta başıaşağı yola salıb. Daha bir maraqlı məqam “Sumqayıt”ın “Neftçi”ylə son 4 oyunda meydanı qolsuz tərk etməməsidi. Ümumiyyətlə, bu komadalar arasındakı matçlarda daim qol vurulub. 7 ildə baş tutan 23 qarşılaşmanın yalnız birindən qol səsi çıxmayıb.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar