Yazarlar
Nurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”

Fariz Yusifov hakim-inspektor kimi qayıdır
07 apr 00:01aktual
“Kəpəz”dən gülməli səhv: “Keşlə”ni “Bakı” etdilər

Klubun mətbuat katibi isə susur...
“Zirə”ylə oyundan sonra “Keşlə” ilə matça hazırlıq üçün Bakıya qayıdan “Kəpəz”lilərin paytaxtdakı günləri uzun sürməyib. Belə ki, aprelin 3-də Bakıda məşq edən gəncəlilər ertəsi yenidən Nizami yurduna qayıdıb. Aprelin 4-dəki məşq Gəncə şəhər stadionunda baş tutub. Dünən isə komanda üzvləri qonşu Şəmkirə yollanaraq, ordakı Olimpiya Kompleksinin meydanından yararlanıb. Oyunöncəsi məşq, yəni bu günə təyin olunan çalışmalar yenidən doğma meydanda baş tutacaq.
Klub saytının yaydığı məlumata görə, bugünkü məşq azarkeşlər və jurnalistlər üçün açıq olacaq. Bunaqədərki hazırlıq prosesində isə azarkeşlərə tribunadakı yerini tutmağa icazə verilməyib. “Feysbuk”da Taleh Hüseynov adlı istifadəçi narazılığını bu şəkildə bildirib: “Kəpəz”in məşqinə baxmağa gedirsən, içəri buraxmırlar. “Məşq qapalıdı” deyirlər, guya Yunisin (komandanın baş məşqçisi Yunis Hüseynov – H.) əmridi. Elə bil “Kəpəz”in xainiyik”.
Əlbəttə, azarkeşin narazılığını başa düşmək olar. İllərdi Bakıda məskunlaşan komandanı məşqdə izləmək hər bir fanatın arzusudu. Lakin bu məqamda baş məşqçini də anlamaq lazımdı. Stadionun qapıları açıq olsa, “Keşlə”nin “casuslarından” kimsə məşqi izləyə, Yuri Maksimova məlumatlar ötürə bilər. Və ya bir dəstə azarkeş “Kəpəz”in sonuncu pillədə olduğunu nəzərə alıb, “istefa” şüarları səsləndirər, hansısa xoşagəlməz ifadələr işlədər. Bu isə məşq prosesində yolverilməzdi.
Iş bununla bitsəydi, dərd yarı. “Kəpəz”in sadiq azarkeşlərindən sayılan “Xəmsə”nin üzvləri “feysbuk”dakı səhifələrində oyun üçün satışa çıxarılan biletin şəklini paylaşıblar. Biletin üzərində “Keşlə”nin adı “Bakı” kimi göstərilib və təmsil etdiyi yer kimi Keşlə qəsəbəsinin adı qeyd olunub. Olduqca biabırçı mənzərədi. Halbuki bilet çapa sifariş edildikdən sonra klub rəsmilərinin əlinə keçməli, daha sonra satışa çıxarılmalıdı.
Yaranmış duruma aydınlıq gətirmək üçün klubun mətbuat katibi Azad Mustafayevlə danışmaq istəsək də, “Kəpəz” rəsmisi zənglərimizi cavabsız qoydu. Görünür, Azad bəy jurnalistlərin zənglərinə cavab vermək kimi vəzifə səlahiyyətlərindən birini unudaraq, vaxtını başqa işlərə həsr edir. Elə ona görə də “Kəpəz” bu gündədi. Gələn də udur, gedən də...
HƏBİB
Şərh yaz