04 apr 18:17aktual

Referilər təcrübə mübadiləsinin tərəfdarıdı

Referilər təcrübə mübadiləsinin tərəfdarıdı
Orxan Məmmədov: “Mənə xoş olmaz ki, biz qala-qala çempionat oyunlarını türk hakimlər idarə etsinlər”
Tahir Süleymanov: “Cüneyt Çakırın kubokun finalına dəvət edilməsi heç də zəiflik əlaməti deyil”

PFL prezidenti Ramin Musayevin ötən saylarımızdan birində müsahibəsi dərc olunmuşdu. Həmin sual-cavabda qurum rəsmisi maraqlı ideya səsləndirmişdi. Məlum olduğu kimi, Ramin bəy Antalyada keçirilən Azərbaycan – Makedoniya oyununu (1:1) canlı izləyib. Həmin qarşılaşmada videoassistent sistemi də reallaşdırıldı. Özü də bu funksiyanı Türkiyənin məşhur FİFA referisi Cüneyt Çakır yerinə yetirirdi. Musayev isə səfər çərçivəsində Çakırla görüşüb, müəyyən məsələlərlə bağlı fikir mübadiləsi aparıb.
Qeyd etdiyimiz ideyanın nədən ibarət olduğunu Ramin bəy qəzetimizə müsahibəsində söyləmişdi: “Çakırla söhbətdə ona dedim ki, ikitərəfli geniş görüş keçirək və razılıq əldə olunarsa, ildə bir neçə dəfə türk hakimlər bizim premyer-liqada, bizim referilər də superliqada matç idarə etsinlər. Bir növ təcrübə mübadiləsi olsun. Burda söhbət öz hakimlərimizə inamsızlıqdan, məsul oyunlarda onlara güvənməməyimizdən getmir. Heç qonorar söhbəti də aktual deyil. Sadəcə, istəyirik ki, ədalət təmsilçilərimiz də inkişaf etsin, aralarında sağlam rəqabət yaşansın. Bu həm də hakimlərimizin ölkədən kənarda tanınmasına xidmət edə bilər. Cüneyt bəy bu işdə böyük məmnuniyyətlə yardımçı olacağını bildirdi. Ondan başqa Türkiyə Hakimlər Komitəsinin sədri Yusuf Namoğlu ilə görüşdüm. Onunla da bu mövzuda söhbət etdik. Yusuf bəy hakimlərin təcrübə mübadiləsi ilə bağlı məsələni gələcəkdə görüşüb müzakirə etməli olduğumuzu bildirdi. Yəqin ki, gələcəkdə bu görüş baş tutacaq. Mən onları bizim kubokun final oyununa dəvət etdim. Çakır böyük məmnuniyyətlə gəlmək istədiyini bildirdi. Ancaq bildiyiniz kimi, Cüneyt bəy bu yay Rusiyada təşkil olunacaq mundiala yollancaq hakimlər arasındadı. Onlar üçün isə mayda təlim-məşq toplanışı təşkil olunub. Bu üzdən tanınmış referi Azərbaycana gələ bilməyəcək”.
Əslində maraqlı ideyadı. Təbii, Türkiyə superliqasında oyun idarə etməyin hakimlərimizə böyük xeyri dəyə bilər. Çünki qardaş ölkənin birinciliyində hansı ab-havanın yaşandığı hər kəsə bəllidi. Bundan başqa, ideya gerçəkləşərsə, FİFA və UEFA-nın diqqətini də çəkmək olar. Ancaq bu birtərəfli qaydada olmamalıdı. Yəni təkcə “türk hakimlər gəlib oyun idarə etsinlər, biz onların təcrübəsindən yararlanaq” fikri doğru olmaz. Bu bir növ öz referilərimizi zəif göstərmək anlamına gəlir. Lakin qarşılıqlı təcrübə mübadiləsi faydalı ola bilər. Təbii, gerçəkləşərsə. Görəsən, bizim hakimlər bu haqda nə düşünür? Məsələylə bağlı hazırda fəaliyyətdə olan ədalət təmsilçilərindən Orxan Məmmədovun, sabiqlərdən isə Tahir Süleymanovun fikirlərini öyrəndik. Onların Çakırın kubokun finalına dəvət olunması ilə bağlı düşüncələrini də aldıq.
Referilər təcrübə mübadiləsinin tərəfdarıdı
Orxan Məmmədov: “Yaxşı ideyadı. Bu təcrübədən yararlanan ölkələr var. Elə hakimlər olur ki, öz çempionatı çox aşağı səviyyədədi, xarici birinclikdə oyun idarə edir. Bunun hesabına FİFA-da reytinqi yüksəlir. Türkiyədə oyun idarə etmək hakimlərimizin daha yüksək səviyyəyə qalxmasına şərait yaradacaq. Bu baxımdan çox ağıllı ideyadı. O ki qaldı birtərəfli qaydada yalnız onların burda oyun idarə etməsinə, məsləhət belə olsa, yenə heç nə deyə bilmərik. Ancaq bir azərbaycanlı hakim kimi mənə xoş olmaz ki, biz qala-qala çempionat oyunlarını türk hakimlər idarə etsinlər. Təbii, Türkiyədə də yaxşı hakimlər var. Yalnız bir istisna ola bilər. Cüneyt Çakırın gəlməsində problem görmürəm. Gəlsin, idarə etsin, bizimkilər lap 4-cü kimi ona yardım etsin. Bizim üçün də xoş olar, nəsə öyrənmək baxımından fayda verər. Amma ordan sıradan bir hakimin, tutaq ki, mənimlə birgə FİFA referisi dərəcəsi alan ədalət təmsilçisinin gəlib burda oyun idarə etməsinə ehtiyac görmürəm. Çünki onunla mənim aramda fərq yoxdu və məndən yaxşı idarəçilik etməyəcək. Ancaq Çakır kimi hakimin gəlməsi başqa məsələdi. Hətta özüm də gedib onun oyununa baxaram. Qardaş ölkədən olan digər FİFA referilərinin isə gəlməsinin tərəfdarı deyiləm. Hansısa bir oyunu idarə etməsinə bəlkə də normal baxmaq olar. Lakin müntəzəm burdakı matçlara təyinat almaları bir azərbaycanalı kimi mənə xoş olmaz. Türk hakimlərə ehtiyac varmı? Mən ehtiyac görmürəm. Çempionat başlayandan yaxşı idarə edirik. Qarşılıqlı təyinat isə müsbət haldı. Ancaq bir məsələ də var ki, sırf elita oyunları ilə bağlı mübadilə olmalıdı. Superliqa oyununa təyinat bizim FİFA referiləri üçün reytinq baxımından çox-çox əla bir şeydi. UEFA-da da görərlər ki, Türkiyə çempionatını azərbaycanlı hakimlər idarə edir. Onu da deyim ki, qardaş ölkə hakimlərindən bir neçəsi doğrudan da yaxşıdı. Ancaq qalanlarının oyunlarında səhvlər olur. Bu da anlaşılandı”.
Referilər təcrübə mübadiləsinin tərəfdarıdı
Tahir Süleymanov: “Azərbaycan futbolunda təzadlı məqamlar çoxdu. Artıq çempionatımız da 5-6 il əvvəlki deyil. İddialı klublar dağılıb, dağıdılıb, rəqabət zəifləyib. Bunu çempionatda çıxış edən əcnəbi, yerli futbolçular, məşqçilər də etiraf edir. Çoxları qəbul etməsə də, PFL yaranandan sonra "Neftçi", "Qarabağ", "Qəbələ" futbol ictimaiyyəti üçün xəyal kimi görünən tarixi qrup uğurunu gerçəkləşdirdi. Qurum öz təbliğatını daha üst səviyyədə qurmalıdı. Avropanın aparıcı futbol ölkələrində peşəkar liqalar mövcuddu, illərdi uğurla fəaliyyət göstərirlər. PFL İngiltərə, İspaniya, İtaliya və digər futbol ölkələrinin müvafiq qurumları ilə əlaqələr yaratmalı, səfərlər etməli, liqa rəhbərlərini Azərbaycana dəvət etməli, inkişaf üçün fikir mübadilələri aparılmalı, beynəlxalq səviyyədə inkişaf üçün əməli işlər görülməlidi. Bunun tərkib hissəsi kimi hakimlərin mübadiləsi ola bilər. Türk hakimlər hər həftə 20-30 və ya 40-50 min azarkeş qarşısında oyunlar idarə edirlər. İndiki rəqabətsiz, azarkeşsiz çempionatımız onlar üçün 2-3-cü liqalar səviyyəsindədi. Bizim hakimlərin Türkiyədə idarəçiliyi müsbət məqam olar. Klublarımızın indiki durumu elədi ki, heç kim əcnəbi hakim haqda düşünmür. Bir-iki müstəqil klub qalıb. Başqalarının durumunu, idarəçiliyini hər kəs bilir. Onların müstəqil fikir bildirmək səlahiyyəti yoxdu. Belə durumda hakimlik mövzusu aktual ola bilməz. Klublar 200-300 azarkeş qarşısında başlarını aşağı salıb oyunlarını keçirirlər. Türkiyə ilə əməkdaşlıq, əlaqələrin qurulması müsbət effekt verə, hakimlərimizə xeyri dəyə bilər. Bir daha xüsusi vurğulayıram, Avropada onlarla peşəkar liqalarla əməkdaşlıq PFL-ə, ümumilikdə Azərbaycan futboluna, klublara, qurumun özünə daha çox fayda verə bilər. Təbii, əsasən FİFA referilərinə üstünlük verilməlidi. Təyinat alan hakim ilk növbədə ölkəsini təmsil edir. Türkiyə çempionatında rəqabət yüksəkdi və hər xal uğrunda amansız mübarizə gedir. Turnir cədvəli öz yerində, hər qazanılan xal kluba vəsait gətirir. Çempionat hakimlərin eksperiment məkanı deyil. Bilirsiz ki, Türkiyədə hər turdan sonra televiziyada, mətbuatda hakimlik mövzusu, idarəçilik saatlarla müzakirə olunur, incələnir. Oyunların çəkiliş səviyyəsi, hər xırda epizod belə ciddi müzakirə olunur. Azərbaycandakı kimi deyil, hakimlər böyük diqqət mərkəzində olurlar. Əməkdaşlıq olarsa, hakimlərimiz çox məsuliyyətli olmalıdılar. O ki qaldı Cüneyt Çakırın kubokun finalına dəvət edilməsinə, bu heç də zəiflik əlaməti deyil. Qeyd etdiyim kimi, çempionatda rəqabət, klubların vəziyyəti elə durumdadı ki, istənilən hakimimiz final görüşünü idarə edə bilər. Əksinə, Çakırın gəlməsi finala marağı daha da artıra bilər və əks-sədası Türkiyəyə də gedib çıxar. Bir daha vurğulayıram, əməkdaşlıq olarsa, bu amil daha çox bizim hakimlərə xeyir verə bilər. Türkiyə çempionatının oyunlarının idarə olunması əlavə təcrübə deməkdi”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Bu gün, 01:20 “Qarabağ” Avropada tək deyil Bu gün, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Bu gün, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Bu gün, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Bu gün, 01:14 NTD: ardıcıl ikinci dəfə Bu gün, 01:13 İki boksçumuz yarımfinalda Bu gün, 01:12 Liderdən ağır məğlubiyyət Bu gün, 01:11 Natalya finalda çökdü Bu gün, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Bu gün, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Bu gün, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Bu gün, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Bu gün, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Bu gün, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Bu gün, 00:18 Turun statistikası Bu gün, 00:15 Turun məşqçisi Bu gün, 00:13 Hakimlərin mühakiməsi Bu gün, 00:12 Turun oyunçusu Bu gün, 00:10 Turun sitatı Bu gün, 00:09 Turdan məqamlar Bu gün, 00:06 Debütant zirvəni fəth etdi Bu gün, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Bu gün, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Bu gün, 00:01 “Sülh”lə başladılar Dünən, 23:59 “Qəbələ” ilk titulunu qazandı Dünən, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu Dünən, 13:16 “Kobra”dan növbəti qələbə Dünən, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu Dünən, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi Dünən, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Dünən, 13:05 “Nyonda Sumqayıtda qaçdığım qədər qaçmadım” Dünən, 13:00 Qurban Qurbanov: “Deməzdim ki, rəqabətsiz çempion olmuşuq” Dünən, 12:55 “Qarabağ” çempionluğu Sumqayıtda rəsmiləşdirdi Dünən, 12:51 Ölkə kubokunun püşkü atıldı Dünən, 12:49 “Neftçi” şansını artırdı, “Zirə” azaltdı Dünən, 12:40 Qriqorçuk yenə hakimlikdən gileyləndi Dünən, 12:37 Ruslan Abışov bu dəfə qəhrəman oldu Dünən, 12:33 “Zirə”ni Maksimovun əvəzetmələri yıxdı Dünən, 12:28 “Yasamal” “Neftçi”nin medal şansını çətinə saldı Dünən, 12:26 Şəhriyar qələbəni məğlubiyyətə çevirdi Dünən, 12:24 Təbrizlilər üçün “sülh” həftəsi Dünən, 12:22 “Səbail”ə sərf etməyən heç-heçə Dünən, 12:17 Mərkəzi oyunda 2 dəqiqəyə 6 qol vuruldu Dünən, 12:16 “Keşlə”dən 13-cü heç-heçə 23-04-2018, 21:45 “Şövkət Orduxanov”da yenidənqurmaya start verildi 23-04-2018, 21:43 Klublar Komitəsi apreldə bir araya gəlməyəcək 23-04-2018, 21:42 Tərlan Əhmədovun sələflərindən fərqi 23-04-2018, 21:40 Ukrayna mətbuatı həmyerlilərinin uğurundan yazdı 23-04-2018, 20:06 İlqar Qurbanov Qriqorçukun qərarına hörmətlə yanaşır 23-04-2018, 20:03 “Keşlə”lilər üçün finalın qarşılığı: 3 min manat 23-04-2018, 20:02 Əliyar Ağayev MS-nin futbolçusunu meydandan qovdu 23-04-2018, 20:01 Azər Məmmədovun komandası Türkiyəyə gedir 23-04-2018, 19:59 Debütantlar turu darmadağınla yekunlaşdırdı 23-04-2018, 19:57 Cavid İmamverdiyev hələ qərar verməyib 23-04-2018, 19:54 “Qəbələ” hegemonluğunu davam etdirir 23-04-2018, 19:53 Elxan Məmmədov UEFA-nın tədbirində Bütün xəbərlər
Ən çox oxunanlar