31 mar 00:19aktual

Rauf Əliyevə Asiyadan təklif gəlibmiş

Rauf Əliyevə Asiyadan təklif gəlibmiş
“Məsafə və ailə vəziyyətim qərarıma təsir etdi”
Qış fasiləsində diqqət mərkəzində olan futbolçulardan biri Rauf Əliyev idi. “Kukesi” rəhbərliyi ilə ortaq məxrəcə gələ bilməyən, Albaniya təmsilçisindən narazı ayrılan hücumçunun “Keşlə”yə keçəcəyi gündəmə gəlmişdi. Hansı ki, forvard yayda bu paytaxt klubundan qalmaqallı şəkildə ayrılmışdı. Odu ki, “Keşlə” ilə anlaşmanın müzakirəyə səbəb olması təbii idi. Sadəcə, FİFA-nın qaydalarına görə futbolçu bir mövsüm ərzində üç fərqli klubda oynaya bilməz. Odu ki, Raufun qarşısında üç seçim var idi: ya qalmaqllı şəkildə ayrıldığı “Keşlə”yə üz tutmalı, ya yaya kimi futboldan uzaq qalmalı, ya da “yaz-payız” sistemi ilə keçirilən xarici çempionatlardan birinə üz tutmalıydı. “Keşlə”nin müqavilə müddətiylə bağlı şərti ilə razılaşmayan və ölkədən kənara çıxmayan Əliyev yaya kimi gözləmək qərarına gəldi. Nəhayət, srağagün “Qəbələ”nin hücumçu ilə münasibətlərini rəsmiləşdirdiyi açıqlandı. Rauf yaya kimi “qırmızı-qaralar”ın düşərgəsində məşq edəcək, avrokuboklarda isə artıq bölgə təmsilçisinə kömək edə biləcək. Onun “Qəbələ” karyerasının necə alınacağı zamanın işidi. Dünən hücumçu ilə əlaqə saxlayıb, keçidi ilə bağlı qısa söhbətləşdik.
- Əvvəlcə “Qəbələ”yə keçidinlə bağlı təəssüratlarını bilmək maraqlıdı. Səni heyətində görmək istəyən başqa klublar da var idi, yoxsa real təklif təkcə “qırmızı-qaralar”dan gəldi?
- Bir müddət öncə “Qəbələ” tərəfi ilə danışığımız olmuşdu. Təklif irəli sürmüşdülər. Yalnız münasibətlərin rəsmiləşməsi bir qədər vaxt aldı. Araya bayram da düşdü. Dünən (srağagün) rəsmi müqavilə imzaladıq. Onu deyim ki, “Qəbələ”dən başqa da təkliflər var idi. Həm Azərbaycandan, həm də ölkə xaricindən maraqlananlar olmuşdu. Sadəcə, xaricdən gələn təklif elə bir ölkədən idi ki, məsafə çox uzaq idi. Ona görə də isti yanaşmadım. Ad çəkmək istəmirəm. Bir sözlə, müxtəlif təkliflər var idi.
- Klubun adını çəkməsən də, təklifin hansı ölkənin çempionatından olduğunu deyə bilərsən?
- Yalnız onu söyləyə bilərəm ki, Asiya ölkələrinin birindən təklif almışdım.
- Xaricə yollanmaq istəməməyin təkcə məsafə ilə bağlı idi, yoxsa Albaniyada yaşadıqların, “Kukesi”dəki kimi yenidən eyni problemlə qarşılaşmaq təhlükəsinin bunda rolu oldu?
- Deyərdim ki, həmin təklifi dəyərləndirməməyimdə bir-iki səbəb rol oynamadı. Bir çox məqamlar bu varianta isti yanaşmamağımı şərtləndirdi. Həm məsafə, həm də ailə vəziyyətim qərarıma təsir etdi. Bütün bunları götür-qoy etdim, həmin təklifin mənə sərfəli olmadığı qənaətinə gəldim və müraciəti geri çevirdim.
- Qeyd etdin ki, ölkə klublarından da təklif var idi. Paytaxt klublarından birini seçmək imkanın vardısa, bölgə təmsilçisini seçməyinin səbəbi maraqlıdı. Bunda maliyyə şərtləri də rol oynadı?
- Belə baxanda, “Qəbələ” də paytaxtda məskunlaşıb, komanda məşqlərini burda keçir. Yalnız oyundan-oyuna Qəbələyə yollanır. Bununla yanaşı, daha öncə də bölgə klubunda çıxış etmişəm. Bildiyiniz kimi, “Xəzər Lənkəran”ın şərəfini qorumuşam. Ölkə daxilində paytaxt və ya bölgədə çıxış etmək mənim üçün fərq etmir. Yəni məsafə o qədər də böyük deyil və bunu problem kimi görmürəm.
- Bir müddət öncə “Qəbələ”də istirahətdəydin. Bu komandanın “Neftçi”yə qarşı keçirdiyi oyunu tribunadan izlədin. Həmin vaxt “qırmızı-qaralar”ın sənin xidmətində maraqlı olub-olmadığını soruşmuşduq. Lakin belə bir şeyin olmadığını demişdin. Doğrudan da o ərəfədə “Qəbələ” səninlə maraqlanmamışdı, yoxsa tərəflərin bu haqda açıqlama verilməməsi ilə bağlı razılığı vardı?
- Xeyr, həmin vaxt doğrudan da orda istirahətdəydik. Təsadüfən oyunu izləməyə gəldik və media nümayəndələriylə də qarşılaşdıq. Ancaq təklif sonradan gəldi.
- Yaya kimi komanda ilə birgə məşq etsən də, çempionat oyunlarında iştirak etməyəcəksən. Bu formanı qorumaq baxımından kifayət edəcəkmi? Necə düşünürsən, avrokuboklara kimi hazır olacaqsan? Bu haqda baş məşqçi Roman Qriqorçukla söhbətin olub? Oyun təcrübəsinin azlığının problem yaradacağını düşünürsən?
- Artıq dünəndən komanda ilə məşqlərə başlamışam. Mənim rəsmi oyunlarda çıxış etməyimə hələ çox var. İnşallah, ona kimi hazır olaram. Mövsüm bitəndən sonra klubun avrokuboklar və yeni mövsüm üçün təlim-məşq toplanışı da olacaq. Bu da mənim üçün müsbət məqamdı. Hər halda, birdən-birə rəsmi oyuna çıxmayacm. Düşünürəm ki, hansısa çətinliklə üzləşməyəcəm.
- “Qəbələ” ilə birillik müqavilə imzalamısan. Anlaşmanın müddətinin daha çox olmasını klub istəmədi, yoxsa sən buna razılıq vermədin?
- Qarşılıqlı şəkildə belə razılaşdıq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar