31 mar 00:18aktual

Mən Raufun yerində olsaydım, utanardım…

Mən Raufun yerində olsaydım, utanardım…
Qriqorçukun postunda qalması onun işinə yaraya bilər
Dekabrdan bu yana futbolsuz qalan Rauf Əliyevin yeni klubunun adına srağagün aydınlıq gəldi. Təcrübəli hücumçu bundan sonra “Qəbələ”nin uğurları üçün tər tökəcək. Bundan sonra deyəndə ki, iyuldan etibarən. Yəni bölgə təmsilçisi avrokuboklara vəsiqə qazanacağı təqdirdə Raufun oynamasında problem olmayacaq. İndiki vəziyyətdə isə o, məşqlərlə kifayətlənməli, yeni komandasına uyğunlaşmalı, Roman Qriqorçukun tələblərini mənimsəməlidi. Maraqlıdı, “Qəbələ” – Rauf Əliyev izdivacından gözləntilər nədi? Uzun illər “Qarabağ”ın formasını geymiş futbolçu bu addımı atmalıydımı?
Futbolsuz qalmaqla...
Ötən mövsüm o vaxtkı adı “İnter” olan, indiki “Keşlə”nin uğurları üçün tər tökən Əliyevin yayda min bir zəhmət bahasına “Kukesi”yə yollanmasını alqışlamışdıq. Yerli futbolçuların legioner həyatı yaşamasının vacibliyini hər imkanda qeyd etdiyimiz halda, Raufun Albaniyaya yollanıb, “Kukesi”yə tramplin gözüylə baxması başadüşülən idi. İlk vaxtlar gözə dəyməsə də, zamanla komandaya uyğunlaşmağı bacardı. Qollar vurdu, penaltilər qazandı, bir sözlə, əsas heyətdə özünə yer etdi. Lakin hadisələrin sonrakı axarı, futbolçunun diliylə desək, klub rəhbərliyinin müqavilə şərtlərində fırıldağa əl atması Raufun “Kukesi”dən ayrılmasına səbəb oldu. Yəni getmək qərarı birbaşa özünə məxsus idi. Yayda “İnter”də, yeni mövsümdə “Kukesi”də oynadığından, hazırda davam edən çempionatlarda üçüncü komandaya keçə bilməzdi. Yeganə çıxış yolu karyerasını yazda başlayacaq çempionatların birində davam etdirmək idi. Məsələn, qonşu Gürcüstanda. Di gəl ki, Əliyev buna razı olmadı. Gürcüstanda 6 ay oynamaqdansa, futbolsuz qalmağı üstün tutdu. Başqa sözlə, Fərid Nəbiyev qədər də olmadı.
...yığma karyerasına zərbə vurdu
Bu qərarı verməklə özünə ikiqat zərbə vurdu. Birincisi, növbəti dəfə pulu və rahatlığı karyeradan üstün tutmaqla, ikincisi, yığmadan kənarda qalmaqla. Məsələn, mən Raufun yerində olsaydım, bu gün millinin hücum yükünün Amil Yunanovun, Mahir Mədətovun, Ruslan Qurbanovun, yaxud Ramil Şeydayevin çiyinlərinə düşdüyünü görəndə utanardım. Öz aramızdı, Raufun forvard bacarığı hara, adı çəkilənlərin keyfiyyətləri hara? Yanvarda Moldova, martda Belarus və Makedoniya millilərinə qarşı forma geymək şansını qaçırmaqla çox şey itirdi. Bu gedişlə iyundakı hazırlıq mərhələsini də kənardan izləyəcək. Bu da istər-istəməz millidəki gələcək mövqeyinə təsir göstərəcək. Konkretləşdirsək, Əliyev karyerasına yarım il ara verməməli, hansısa varianta razılaşıb futbolunu oynamalıydı.
Yerlilər üçün rahat, amma riskli klub
Hə, keçək məsələnin əsas tərəfinə, yəni Raufun “Qəbələ” perspektivinə. Artıq neçə illərdi ölkənin bir nömrəli kurort şəhərini təmsil edən klub yerli futbolçular üçün arzulanan yerdi. Paytaxtda “Qarabağ”la “Neftçi”də möhkəmlənə bilməyən, yaxud sərfəli təklif almayan bir çox üzdə olan futbolçuların növbəti ünvanı “Qəbələ” olub. Karyerasının yaxşı vaxtında rahatlığını bölgədə tapmaq istəyənlərin sayı o qədər olub ki... Mahir Şükürov, Rail Məlikov, Elnur Allahverdiyev, Rəşad Abdullayev, Kamran Ağayev, Nizami Hacıyev, Asif Məmmədov, Cavid Hüseynov, Vaqif Cavadov, Vüqar Nadirov, Rəşad Sadiqov, Ruslan Əmircanov, Elvin Məmmədov, Ruslan Abışov, Araz Abdullayev, Ruslan Qurbanov. Siyahını “milliləşdirilənlər” – Aleksandr Çertoqanov və Vladimir Levinlə də genişləndirmək olar. Bu qədər futbolçunun arasında “Qəbələ”də özünə yer edən, uzun illər komandanın şərəfini qoruyub lider olmağı bacaran neçə nəfər olub? Cavid Hüseynovla Rəşad Sadiqov! Bir çoxu özünü sübut edə bilmədən ayrılıb, bəziləri də sıradan futbolçu təsiri bağışlayı(b)r. Nə sirri-xudadısa, bu klubda daim legionerlər diqqət mərkəzində olur. Dodo, Viktor Mendi, Yannik Kamanan, Dmitri Bezotosnı, Baqali Dabo, Voislav Stankoviç, Filip Ozobiç və s. Odu ki, Rauf kimi hər bir məşqçinin heyətində görməyi arzuladığı forvardın “Qəbələ”yə keçidi əvvəlki günlərini xatırladacağına işarə ola bilməz. Çox böyük riskdi, çox. Vaxtilə Vaqif Cavadovun etdiyi risk qədər ağır.
Xarakteri var, bir az da şans...
Hücum xətti düşər-düşməzli mövqedi. Məsələn, qapıçı, müdafiəçi, lap elə yarımmüdafiəçi də yeni komandaya uyğunlaşmaqda o qədər də çətinlik çəkmir. 3-5 həftəyə, uzağı 1-2 aya nəyə qadir olduqlarını göstərə bilirlər. Lakin forvardın işi elədi ki, 2-3 oyunda qol vura bilmədikdə vəziyyət daha da pisləşir. Və əksər vaxtlarda komandanı vaxtından əvvəl tərk etməli olurlar. Artıq neçə illərdi “Qəbələ”də qol vurmaq yükü Dabonun üzərindədi. Fiziki göstəricilərinə görə fərqlənən hücumçu start götürəndə dayanmaq bilmir. Hazırda bombardirlərin siyahısına başçılıq etməsi də dediyimizin sübutudu. Qısası, bu gün “Qəbələ”nin hücumçusu” deyəndə, ağla Baqali gəlir. Yayda komandanı tərk edəcək, ya yox – bu məqamdan çox şey asılıdı. Üstəgəl Stiven Jozef-Monroz, Famussa Kone, Ruslan Qurbanov kimi hücum potensiallı futbolçular var.
Deyir, yüz dəfə İmam üçün ağlayanda, bir dəfə də Yezid üçün ağla. Rauf indiyə qədər top qovduğu bütün klublarda özünə yer etməyi, özünü sübut etməyi bacarıb. Xarakter nümayiş etdirməsinin, bir az da psixoloji hazırlığının yerində olmasının nəticəsidi ki, heç bir klub onu “küçəyə atmayıb”. Yalnız “Neftçi” karyerasının uğurlu alınmadığını deyə bilərik. “Qarabağ”da 23, “Bakı”da 11, “İnter”də 12, əsas yığmada 7 dəfə rəqib qapılarına yol tapmağı bacarıb. Bu isə o deməkdi ki, Dabonu, yaxud bir başqasını əsas heyətdən sıxışdırması öz əlindədi. Bir qədər istək və şans lazımdı.
Qriqorçukun qalması Əliyevin xeyrinədi
Mövzunu “Rauf “Qəbələ”nin oyun üslubuna uyğun komandadı” sualı ətrafında baş sındırmaqla da davam etdirmək mümkündü. Lakin bu, indiki durumda özünə artıq əziyyət verməkdən başqa bir şey deyil. Çünki Roman Qriqorçukun yaydan sonra karyerasını Azərbaycanda, yoxsa Qazaxıstanda davam etdirəcəyi hələ məlum deyil. Qriqorçuk getsə, yerinə başqası gələcək ki, onun hansı sistemlə çalışacağını bilmirik. Yox, ukraynalı mütəxəssis qalmalı olsa, Əliyevin işləri yağ kimidi. Roman İosifoviçin atletik futbol həvəskarı olduğunu hamımız bilirik. Yəni yetirmələrindən ilk növbədə güclü olmağı tələb edir. Fikir verirsizsə, bu gün “Qəbələ”nin hücumameyilli oyunçuları əsasən qaradərililər, yəni mübarizə aparmağı və qaçmağı sevənlərdi. Rauf Əliyev də belələrindəndi. Qriqorçuk qalsa, hücumçunun baş məşqçinin sisteminə “oturmaqla” bağlı çətinliyi olmayacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:24 Həftənin idman proqramı Bu gün, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də Bu gün, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq Bu gün, 14:12 Yığma şotlandlardan "2 aldı" Bu gün, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! Bu gün, 13:47 "Qarabağ" fərqi minimuma endirdi Bu gün, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi Bu gün, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! Bu gün, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu Bu gün, 13:40 Murad Moldovada baxışdadı Bu gün, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? Bu gün, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi Bu gün, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” Bu gün, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! Bu gün, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi Bu gün, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı Bu gün, 12:54 U-19 minimal hesabla yenildi Bu gün, 12:53 “Neftçi” Zirədə xal itirdi 17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış Bütün xəbərlər
Ən çox oxunanlar