30 mar 23:47aktual

Belarus çempionatında ən yüksək əməkhaqqı 10 min dollardı

Belarus çempionatında ən yüksək əməkhaqqı 10 min dollardı
Dmitri Gerçikov: “Hokkey bu gün bizdə 1 nömrəli idman növüdü”
Yığmanın Belarusla yoldaşlıq oyununu “CBC Sport”dan olan həmkarım Elnur Məmmədli ilə birgə izləyirdim. Oyunun ilk dəqiqələrində biz qonaqların təhlükəli hücumunun qolsuz başa çatdığına sevindiyimiz halda, yanımızda oturan sarışın şəxsin başını tutması və rus dilində narazılıq etməsi nəzərimdən qaçmadı. Monitorda epizodun təkrarını izlədikdən sonra sarışın əlini dizinə vuraraq “Alyoşa, bunu necə qaçırdın” söyləyincə, başa düşdüm ki, bizimlə birgə oyunu izləyən oğlan Belarusdan gəlib. Fürsətdən istifadə edib onunla danışmaq qərarına gəldim. Söhbət əsnasında məlum oldu ki, Dmitri Gerçikov hazırda Belarus Futbol Federasiyasında Marketinq və Kommunikasiya Departamentinin direktor müavinidi. İlyarım öncə bu vəzifəyə təyin olunan həmkarımız federasiyada çalışmamışdan öncə “Belarus 5” idman telekanalında işləyib. Dmitri söhbətə Bakının küləyindən şikayət etməklə başladı.
- Səfərə çıxmamış internetdə Bakıda havanın necə olacağı ilə maraqlandım. +15 dərəcə olacağı yazılmışdı. Bunu oxuyanda çox sevindim. Çünki Minskdə hələ də qar yağır, küçədə gəzmək çətindi. Burdan Sloveniyaya yollanacağımıza görə işimi ehtiyatlı tutub isti paltar götürmüşdüm. Yaxşı ki, bunu etmişəm. Hava limanında artıq Bakı küləyinin nə olduğunu hiss etdim. Düzdü, hava o qədər soyuq deyil, ancaq biz küləyə öyrəşmədiyimizdən çox üşüdüm.
- Bu gün Belarus futbolunda vəziyyət necədi?
- Səmimi danışsam, vəziyyət o qədər də ürəkaçan deyil. Əvvəlki illərlə müqayisədə açıq-aşkar geriləmə hiss olunur. Açıq sizə deyirəm, hokkey bu gün bizdə 1 nömrəli idman növüdü. Minsk “Dinamo”su KHL-də mübarizə aparır və onun üçün hər cür şərait yaradılıb. Klubun ayrıca meydanı var. Hokkey yığması üçün də yüksək səviyyəli infrastruktur yaradılıb. Milli üçün Buz Oyunları Sarayı istifadəyə verilib. Təəssüf ki, eyni sözləri futbol barədə söyləmək mümkün deyil.
- Yəqin ki, ölkə prezidenti Aleksandr Lukaşenko bu idman növünü çox sevdiyindən hokkeyə və hokkeyçilərə belə yüksək şərait yaradılıb?
- Bəlkə də. Bu haqda çox danışmaq istəmirəm. Görürəm ki, sənin də məlumatın var.
- Ancaq Lukaşenko bu yaxınlarda mətbuata açıqlamasında artıq futbolda da nəticə qazanmağın zamanı yetişdiyini bildirdi...
- Uğurlu nəticəni hamı istəyir: idman mediası, azarkeşlər. Hətta hökumətin yüksək eşelonunda təmsil olunanlar belə yığmadan və klublardan beynəlxalq arenada uğurlu nəticə gözləyir. Ancaq bunun üçün ilk növbədə şərait lazımdı. Hələ indi-indi bəzi işlər görülməyə başlayıb.
- Son vaxtlar Belarus futbolunda da eniş hiss olunur. İstər klub, istərsə də yığma səviyyəsində yaddaqalan nəticələr qazana bilmirsiz.
- Bayaq qeyd etdiyim kimi, bunun üçün normal şərait və güclü maliyyə dayaqları lazımdı. Bunlar da hazırda bizdə yoxdu.
- Belə başa düşdüm ki, Belarus futbolunda maliyyə problemi var.
- Maliyyə problemi deməzdim, ancaq maaşlar çox aşağıdı.
- Məsələn, milli çempionatda top qovan futbolçular arasında ən yüksək əməkhaqqı nə qədərdi?
- Hazırda bizim elitada 16 komanda çıxış edir. Onlardan yalnız üçü – BATE, Minsk “Dinamo”su və Brest “Dinamo”su büdcəsinə görə seçilir. Ən yüksək maaş da hazırda Belarusun flaqmanı sayılan BATE-dədi. Məndə olan məlumata görə, Borisov təmsilçisində ən ödənişli futbolçu ayda 10 min dollar maaş alır. Yəqin ki, bu məbləğ sizlər üçün gülməli görünür. Bildiyim qədər sizin aparıcı klublarda bundan 2-3 dəfə artıq əməkhaqqı alan oyunçular var (gülür). Əvvəllər, daha dəqiq desəm, 10-15 il öncə bizdə də vəziyyət yaxşı idi. Futbolda böyük pullar dövr edirdi. Ancaq zaman ötdükcə durum dəyişdi. Son iki-üç ildə bu yöndə bir qədər irəliləyiş hiss olunur. Brest komandasını ərəb şeyxləri himayəyə götürüb. Onlar həmin şəhərdə nəhəng tikinti şirkəti yaradıblar və böyük həcmli işlər görürlər. Buna görə də komandaya sponsorluq edirlər. Belarusun fəxri olan Minsk “Dinamo”su da yeni sponsora qovuşub. Yeni himayədar klubun əvvəlki şan-şöhrətini geri qaytarmağı düşünür.
- Bir neçə il öncə sizin futbolçular arasında Avropada uğurlu legioner həyatı quranlar var idi. “Arsenal” və “Barselona” kimi nəhənglərin şərəfini qoruyan Aleksandr Qlebi, “Milan” və “Sportinq”də top qovmuş Vitali Kutuzovu nümunə göstərmək olar. Ancaq indi nədənsə belələrinin sayı çox azdı. Hətta deyərdim ki, yox səviyyəsindədi. Bunun səbəbini bilmək istərdim.
- Yeni yetişən nəsil arasında Qleb qardaşları, Kutuzov səviyyəsində ulduzlar yoxdu. Bundan başqa, Belarus Avropa İttifaqının üzvü olmadığından bizim futbolçular “köhnə qitə”də legioner sayılır. Bu üzdən əksər futbolçularımız Rusiaya və Ukraynaya üz tutmaq məcburiyyətindədi. Qazaxıstanda da legioner həyatı yaşayanlar var. Təbii ki, Avropa futbolu tam başqa səviyyədi. Futbolçularımız qərbdə top qovan dönəmdə yığmamız da baxımlı oyun sərgiləyir, normal nəticələrə imza atırdı. Onların sayı azaldıqca, yığmanın da səviyyəsi aşağı düşməyə başladı.
- Sözarası infrastrukturdan şikayətləndin. Bildiyimə görə, Minskdə normal arena olmadığından milli oyunlarını Borisovda keçirmək məcburiyyətindədi. Ancaq Belarus 2019-cu ildə 2-ci Avropa Oyunlarına evsahibliyi edəcək. Belə çıxır ki, oyunların açılış və bağlanış mərasimi müasir standartlara cavab verməyən arenada baş tutacaq.
- Xeyr, hazırda Minskdəki stadionda əsaslı təmir işləri aparılır. Çindən olan mütəxəssislərin rəhbərliyi altında adamlar gecə-gündüz işləyir ki, deyilən tarixdə arena istifadəyə verilsin. İyunda artıq orda ilk testlər keçiriləcək. Buna görə narahat olmağa dəyməz. Ölkə başçısı bu yaxınlarda podratçı şirkətə xüsusi tapşırıqlarını verdi. Avropa Oyunları ilə bağlı heç bir problemin yaşanmayacağına əmin ola bilərsiz. Sadəcə, biz istəyirdik ki, Minsk stadionu sırf futbol üçün nəzərdə tutulsun, tribunalar meydana yaxın olsun, qaçış zolağı olmasın. Ancaq sözügedən tədbirə görə bu mümkün olmadı.
- Gördüyün kimi, bu gün Belarusla oyuna Azərbaycanda maraq o qədər də yüksək səviyyədə deyil. Bəs sizdə bu yöndə durum necədi?
- Bu hal tək Azərbaycanda yox, keçmiş SSRİ-nin “şinelindən çıxmış” bütün respublikalarda yaşanır. Rəqibin adına görə stadiona azarkeş gəlir. Fransa ilə matçda tribunalarda boş yer yox idi. Kassalardan bilet ala bilməyənlər “qara bazar”a üz tutaraq, biletə dəyərindən 10-15 dəfə artıq pul ödəyirdilər. Ancaq Lüksemburqla qarşılaşmada biletlər kassalarda qaldı. Çempionat oyunlarında da vəziyyət eynidi. Minskdə keçirilən qarşılaşmalara maraq yox səviyyəsindədi. Maksimum 1000-1500 azarkeş gəlir. Ancaq paytaxtdan kənar şəhər və bölgələrdə tamaşaçıların sayı dəfələrlə çox olur. Yeri gəlmişkən, bizdə klublara sponsorlarla yanaşı, şəhər və vilayət rəhbərliyi tərəfindən maliyyə ayrılır. Bəlkə də paytaxtdan kənarda azarkeşlərin sayının çox olmasında administrativ üsul-idarənin də rolu var (gülür).
- Yığmada mükafatlandırma sistemi necədi? Maksimum nə qədər mükafat verilir?
- Qeyd etdiyim kimi, ilyarımdı federasiyada çalışmağa başlamışam. Bundan öncə “Belarus 5” idman kanalında işləmişəm və müəllifi olduğum verilişim var idi. Yeni işdə çalışmağa başlayandan milliyə mükafat verilməyib. Çünki istənilən nəticə olmayıb. Bir də ki, lap mükafat verilsə belə, onu açıqlamırlar. İstər-istəməz futbolçuya verilən pul ictimaiyyətdə qıcıq yaradır. Orta aylıq əməkhaqqı təxminən 500 dollar olan Belarusda hansısa kişi eşidəndə ki, qələbəyə görə yığma üzvü 3-5 min dollar mükafat aldı, bu narazılıq doğurur. Bizdə iş yeri tapmaq çətin deyil. İstənilən şəxs aiddiyatı idarələrə müraciət edib, özünü işlə təmin edə bilər. Ancaq etiraf edirəm ki, maaşlar aşağıdı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar