30 mar 00:24aktual

Qurban Qurbanov 10 il əvvəli xatırlatdı

Qurban Qurbanov 10 il əvvəli xatırlatdı
Özkahya gec başlayıb, tez bitirdi
Oyunu izləyənlər 90 dəqiqə ərzində yaşananları gördü. Lakin bəzi diqqətçəkən məqamlar var idi ki, bəlkə də çoxunuzun gözündən yayınıb.
Yanvarın 30-da elə həmin “Mardan” stadionunda baş tutan Azərbaycan – Moldova qarşılaşmasını izləyənlər əsasən Antalyada hazırlıq keçən premyer-liqa təmsilçilərinin üzvləri, U-19 yığması və tək-tük azarkeşlər olmuşdu. Bu dəfə maraq əsasən Antalyada yaşayan həmyerlilərimizdən və futbolla yaxından maraqlanan türklərdən idi. Eləcə də bir neçə agent və yerli klublarda çalışan mütəxəssislər. Bilet satışı olmadığından, oyunu izləyənlərin dəqiq sayını söyləmək çətindi. Srağagün stadionda olan mənbəmizdən aldığımız məlumata görə, tribunalarda 150-yə yaxın tərəfdar əyləşmişdi. Onların arasında bir qrup qadının olması diqqətdən yayınmadı. Azərbaycan və Türkiyə bayraqları ilə “silahlanmış” zərif cinsin nümayəndələri yığmamızı dəstəkləyirdi. Qatı futbol azarkeşi olmaqdıqları mimikalarından və tez-tez gülməklərindən görünürdü. Sadəcə, dəstək verməyə gəlmişdilər.
Futbol başbilənlərindən iki şəxs – daim millinin yanında olan AFFA-nın baş katibi Elxan Məmmədov və PFL prezidenti Ramin Musayev gözə dəydi. Bu iki şəxsin isti münasibətdə olmadığı deyildiyindən, matçı yanaşı izləmələri maraq doğurmaya bilməzdi.
Halis Özkahya və köməkçiləri Bakı vaxtı ilə saat 20.00-da oyuna başlamağa hazır idi. Lakin projektorların işə düşməməsi, üstəgəl videotəkrar sisteminin (VAR) kiçik detallarının müzakirəsi müəyyən zaman aldı ki, oyun 6 dəqiqə gec başladı. Həmin müddət ərzində hər iki komandanın futbolçuları meydanın özünə aid hissəsində topla ötürmələr edərək, canlarının soyumamasına çalışırdılar. Daha bir maraqlı məqam Özkahyanın ilk hissənin final fitini 44:52-də səsləndirməsiydi. Halbuki ilk hissəyə azı 2 dəqiqə əlavə olunmalıydı. Qapılara iki penalti təyin edilmişdi ki, xüsusilə qapımıza verilən 11 metrlik cərimə zərbəsi zamanı VAR-ın köməyinə ehtiyac duymaq təxminən 1 dəqiqə zaman aldı. Bundan başqa, baş hakim rəqib futbolçulara iki dəfə sarı vərəqə də göstərmişdi.
Qurban Qurbanov illərdi göz qarşısındadı. Yəni onun xarakterindən tutmuş texniki zonadakı davranışlarına qədər hamısını əzbər bilirik. “Qarabağ”da çalışdığı ilk dönəmlər heç, lakin son bir neçə ildə Qurbanovun səbirli, bir o qədər də soyuqqanlı olduğuna bələdik. Oyunun gedişində hər nə qədər əsəbləşsə də, bunu biruzə vermir, tapşırıqlarını da hər kəsin eşidə bilməyəcəyi formada çatdırır. Yığmanın Moldova və Belarusla oyunlarında da sakit görkəmi ilə yadda qalmışdı. Daha doğrusu, göstərişlərini uca səslə vermirdi. Makedoniyaya qarşı matçda, xüsusilə ikinci hissənin gedişində Qurbanov, demək olar, susmadı. “Ürfan, arxandadı”, “Maksim, çıx”, “Cavid, ortaya” kimi ifadələrlə diqqətləri özünə çəkən baş məşqçinin kifayət qədər istəkli olduğu görünürdü. Bir anlıq 10 il əvvəlki Qurban Qurbanov yada düşdü.
Oyun başa çatandan sonra hər iki komandanın üzvləri nəticədən razı idi. Düzdü, hakimlər briqadasına yaxınlaşıb irad və fikirlərini bildirənləri gördük. Amma ümumi mənzərə razılıq əlamətinin göstəricisiydi. İndiyə qədər bizimkilərin dünya ulduzlarıyla futbolka dəyişmələrinə az şahidlik etməmişik. Ancaq Makedoniya kimi sıradan sayılan yığmanın üzvləri ilə futbolka dəyişmək... Maraqlıdı ki, matç bitən kimi bir neçə futbolçumuz əynindəki “ağ”ı verib, “qırmızı”nı aldı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:24 Həftənin idman proqramı Bu gün, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də Bu gün, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq Bu gün, 14:12 Yığma şotlandlardan "2 aldı" Bu gün, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! Bu gün, 13:47 "Qarabağ" fərqi minimuma endirdi Bu gün, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi Bu gün, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! Bu gün, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu Bu gün, 13:40 Murad Moldovada baxışdadı Bu gün, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? Bu gün, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi Bu gün, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” Bu gün, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! Bu gün, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi Bu gün, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı Bu gün, 12:54 U-19 minimal hesabla yenildi Bu gün, 12:53 “Neftçi” Zirədə xal itirdi 17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış Bütün xəbərlər
Ən çox oxunanlar