22 mar 13:16aktual

AFFA da narazı fanklubları ittiham etdi

AFFA da narazı fanklubları ittiham etdi
Yusif Vəliyev: “Bəziləri verdiyimiz biletləri satıb”
Millinin Belarusla oyununu nə qədər azarkeşin tribunadan izləyəcəyi maraq doğurur. Əslində bu qarşılaşmaya görə stadiona getmək üçün yetərincə səbəb var. Belə ki, yığma Qurban Qurbanovun rəhbərliyi altında ilk ev oyununa çıxacaq. Payızda Millətlər Liqasında mübarizə aparacaq komandaya indidən lazımi dəstək verilsə, sözügedən yarışda da bunun faydasını görərik. Onsuz da Novruz bayramına görə ölkədə istərahət günləridi. Bu istirahətin bir neçə saatını Olimpiya stadionunda keçirmək olmazmı?! Azarkeşlərin həm milliyə dəstək vermək, həm də Qurbanovun komandasını yaxından izləmək imkanı var. Yoxlama matçı olsa belə, martın 23-də ölkənin ən nəhəng arenasında 3-5 min yox, daha çox futbolsevərin olacağına ümid edək.
Təbii, hər kəs sıravi azarkeşlə fanklubların eyni səviyyədə dəstək vermədiyini yaxşı bilir. Ötən sayımızda azarkeş qruplarının Belarusla oyunda yığmanın yanında olub-olmayacağını soruşmuşduq. Ancaq fanklub rəhbərlərindən heç də isti yanaşma görməmişdik. Əslində klubların azarkeş qruplarını bu mənada qınamaq bir qədər yersizdi. Düzdü, milli ölkənin simasıdı və istənilən adam komandaya biganə olmamalıdı. Xüsusən futbol fanatları üçün bu keçərlidi. Elə qeyd etdiyimiz fanklublar da fərdi şəkildə yığmanın oyununa gedib baxacaqlarını qeyd ediblər. Sadəcə, toplum halında dəstək nümayiş etdirməyəcəklər və oyuna xüsusi hazırlaşmayıblar. Maraqlıdı ki, illərboyu milliyə dəstək olan “Sektor 11”də də vəziyyət fərqli deyil. Adı çəkilən fanklubun rəhbəri Atanur Cəfərli qəzetimizə açıqlamasında bu cür yanaşmanın səbəbini belə izah etmişdi: “Federasiyada azarkeşlərlə görüş keçirilmişdi. Orda hamımız bir fikri vurğuladıq ki, Qurban Qurbanovun baş məşqçi təyin olunması ürəyimizcədi. Eyni zamanda təklif etmişdik ki, Qurban müəllimlə görüş olsun, təkliflərimizi çatdıraq. Onun da fikirləri, azarkeşlərdən istəyi ola bilərdi. Söz vermişdilər, həm Qurban Qurbanovla, həm də AFFA-nın baş katibi Elxan Məmmədovla belə bir görüş təşkil olunacaq. Ancaq bu günə qədər də həmin görüşü təşkil etmədilər. Səbəbini açıqlamadılar. Biz isə bunu biganəlik sayırıq. Niyə görüşmək istəmədilər, başa düşmürük. Mən təkcə “Sektor 11”in adından danışmıram. Azarkeş tribunası yalnız “Sektor 11”dən ibarət deyil. Üzdə olan 4-5 fanklub var, onlar da eyni fikirdədilər. Çünki onlar da həmin görüşdə iştirak edirdilər, onlara da söz verilmişdi. Azarkeş qrupları ilə məsləhətləşdik, qərara gəldik ki, laqeyd münasibətin qarşılığında biz də xüsusi hazırlaşmayaq”.
Əslində “Qurbanov azarkeşlərlə görüşməyə borcludu” kimi ehkam yoxdu və çalışdırıcını buna məcbur etmək olmaz. Onun başlıca işi komandanı hazırlamaq və ortaya nəticə qoymaqdı. Eləcə də fanklubun baş məşqçi ilə bir araya gələ bilmədiyinə görə yığmanı boykot etməsini də anlamaq çətindi. Ancaq hər halda, söz verilibsə, yerinə yetirilməlidi. AFFA tərəfi ya bunu boynuna götürməzdi, ya da demişdisə, edərdi. Digər tərəfdən, bu görüşün mənfi bir tərəfi də yoxdu. Əksinə, baş tutsaydı, Belarusla oyuna daha çox azarkeş gələrdi, ümumiyyətlə, milli ev oyunlarında fanat qıtlığından əziyyət çəkməzdi.
Bütün bunlarla bağlı AFFA-dan münasibət öyrənməyi qərara aldıq. Qurumda azarkeşlərlə bağlı məsələlərə cavabdeh olan Yusif Vəliyevin fikirlərini öyrəndik: “Ümumiyyətlə, fanklublarla bağlı yeni strategiya hazırlamışıq. Özüm də azarkeş qruplarının rəhbərləri ilə görüşmüşəm. Eyni zamanda, Klublar Komitəsinin son iclasında da bunu müzakirə etdik və istəyimiz odu ki, klub rəhbərləri də həmin işdə fəal iştirak etsinlər. Yeni yaranan fanklubları da bu prosesə cəlb edirik. Artıq il ərzində tədbirlər planı həyata keçirəcəyik. Azarkeş qrupları arasında turnir təşkil olunmasından tutmuş, fanklubların təhlükəsizliyinə qədər məsələlərlə bağlı proqram düşünmüşük. Etiraf edək ki, ölkəmizdə bu gün fanklublar peşəkar səviyyədə deyil. Onların inkişafı üçün müxtəlif addımlar atacağıq. Doğrudu, azarkeşlərlə son görüşümüzdə Qurban Qurbanov və Elxan Məmmədovla görüşmək istədiklərini demişdilər. Bizdə həmin görüşün protokolu da var və onlarla razılaşmışdıq. Sadəcə, hazırda yoldaşlıq oyunlarıdı. Biz planlaşdırmışıq ki, Millətlər Liqasından öncə görüş təşkil olunsun. Rəsmi qarşılaşmadan əvvəl bunun gerçəkləşməsi azarkeşlərin cəlb olunması baxımından da əhəmiyyətlidi. Hətta tədbirlər planında sözügedən görüşün vaxtını da müəyyənləşdirmək niyyətindəyik”.
Belə bir görüş üçün Millətlər Liqasını gözləməyin mənası nədi? Elə indidən yığmanı azarkeşlərə sevdirmək lazımdı ki, sözügedən yarışda stadionun tribunaları boş qalmasın. Vəliyevi dinləyək: “Təbii, Millətlər Liqasının startından 1-2 həftə öncə bir araya gəlməyəcəyik. Görüşü həmin liqadakı mübarizədən 3-4 ay əvvəl keçirməyi planlaşdırırıq. Bütün bunlar tədbirlər planına salınacaq. Fanklublarla daha sıx əməkdaşlıq etməkdə maraqlıyıq. Doğrudu, bir neçə fanklub var ki, onları dəvət etməmişik. Bunun səbəbi son oyunlarla bağlı əlimizdə olan məlumatdı. Bizə çatan informasiyaya görə, həmin azarkeş qrupları AFFA tərəfindən verilən biletləri satıblar. Fanklubların adını açıqlamaq düzgün olmaz. Həmin fanat qruplarına bildirmişik ki, tərəfimizdən sizə bilet verilməyəcək. İstəyirik ki, ölkədə peşəkar fanklublar yaradılsın, peşəkar təşkilatçılıq olsun. Düzdü, müstəqil azarkeş qruplarıdı, ancaq onların peşəkarlaşması üçün maksimum addımlar atacağıq. Bunun üçün UEFA-dan nümayəndə dəvət edilməsi, forum təşkil olunması kimi məqamlar bizim birillik təqvim planımızda yer alıb. Sözügedən görüş də həmin proqrama daxildi. Yuxarıda qeyd etdiyim kimi, fanklubları dəvət etmişdik. Bəziləri maraqlı idi, bəziləri yox. Fanklublar arasında turnir keçirilməsi, treninqlərin təşkili və bir çox məsələlərlə yanaşı, görüşlər də nəzərdə tutulub. Baş məşqçi ilə danışıb uyğun bir vaxt təyin edəcəyik. İyunda da millinin oyunları var. Çalışacağıq ki, həmin qarşılaşmalardan öncə Qurban müəllimlə danışıb görüşü reallaşdıraq. Ancaq bir görüşlə məsələ bitmir. Əsas odu ki, fanklub nümayəndələri bütün tədbirlərdə iştirak etsin. Onlara demişik ki, hansı təklifləriniz varsa, təqdim edin, layihə halına salaq və təşkil edək. AFFA tərəfindən bu cür də dəstək göstərilib. İstəyirik ki, stadionda sırf peşəkarlaşmış fanklublar olsun. Hələ ki qarşı tərəfdən yalnız baş məşqçi ilə bağlı görüş istənilib. Başqa heç bir təklif gəlməyib. Təbii, özümüz də layihələr hazırlayacağıq. Ancaq fanklublar da təkliflər verməkdə, milli komanda ətrafında birləşməkdə fəal olsunlar. Biz onların təklifinə hər zaman açığıq və gözləyirik. Belə bir ideyalar təqdim olunsa, müzakirə edib, layihə halına sala bilərik”.
Məsələ ilə bağlı stajlı futbol azarkeşlərindən Kənan Hənifəyevin fikirlərini öyrəndik: "İlk növbədə ümid edirəm ki, azarkeşlərimiz yığmanı dəstəksiz qoymayacaqlar. Ola bilər, fanklub və toplum şəklində iştirak etməsələr də, tamaşacı qismində tribunada öz yerlərini tutacaqlar. Şəxsən mən tam olaraq yığmanı dəstəkləməmək üçün hansı səbəblər olduğunu bilmirəm. Yığma hər birimizindi, millidən inciyə də, küsə də bilərik, amma sahiblənməmək fikri ilə razı deyiləm. Bizim yığmaya görə “Polşa faciəsi"nə hönkür–hönkür ağlayan dönəmimiz olub. Lakin yenə də sahiblənib yanında olmuşuq. Azarkeş sözünü tribunada deməlidi, tərifi də, tənqidi də. Hazırda yığma vacib bir hazırlıq mərhələsindədi, Millətlər Liqası üçün önəmli şansdan biridi ki, xalqımızı, azarkeşlərimizi sevindirsin, bu ərəfədə bütün inciklikləri dondurub, Qurban müəllimə inanıb yığmanı qələbəyə səsləməliyik. Azarkeşlərin Qurban müəllimlə görüş təşkil edilməsi tələbi varsa və administrativ qaydada alınmırsa, məncə, veriləcək sualları və ya dəstəyi azarkeşlər video-bloq və ya məktub şəklində bir növ məşqşiyə mesajlaya bilərlər. Novruz bayramı ərəfəsində küsülülük, inciklik olmalı deyil, ən gözəl hədiyyə və barışıq mesajının yığmamızın qələbəsi olacağına inanıram".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar