18 mar 18:02aktual

Arzuman Rizvanov Çexiya çempionatına tramplin gözü ilə baxır

Arzuman Rizvanov Çexiya çempionatına tramplin gözü ilə baxır
“Özümə əminəm və bilirəm ki, gec-tez yığmanın şərəfini qoruyacam”
2017/18 “futbol ili” gənc futbolçularımız üçün legioner həyatı yaşamaq baxımından uğurlu oldu desək, yanılmarıq. Təkcə Çexiyada hazırda üç futbolçumuz – Arzuman Rizvanov, Rövlan Muradov və Fərid Nəbiyev top qovur. Düzdü, sonuncu bu yaxınlarda sənəd problemi ilə üzləşdiyindən fasilədən sonra hələ ki “Slaviya”nın heyətində meydana çıxa bilməyib. Nəbiyevlə eyni komandada çıxış edən Rövlan Praqa təmsilçisinə qış fasiləsində qoşulsa da, artıq iki qarşılamada iş başında olub. Arzuman isə “Banik”in U-21 komandasının əsas üvlərindən biridi. Ötən yay Çexiyanın köklü klublarından birinə keçən Rizvanovla bugünlərdə əlaqə saxladıq. Arzuman qarşısına ciddi məqsədlər qoyduğunu, “Banik”dən trampilin kimi istifadə edib daha böyük klublara transfer olunmaq istədiyini bildirdi.
- Öncə komandadakı durumunla bağlı məlumat verərdin. “Banik”də sənə münasibət necədi?
- Komandada vəziyyət yaxşıdı. Bura gəldiyim ilk gündən kollektiv məni yaxşı qəbul elədi. Məşqçilərin, komanda yoldaşlarımın münasibəti yüksək səviyyədədi. Bundan yaxşısını arzulamaq olmaz, əsas da kollektivi nəzərdə tururam. Bəzən deyərlər ki, yerli oyunçular legionerlərə qarşı bir qədər qeyri-səmimi olurlar. Ancaq “Banik”də belə deyil. Komanda yoldaşlarım futboldan kənarda etdikləri dostluğu və birliyi meydanda da göstərməyə çalışırlar. Buna baxmayaraq, heyətə düşmək uğrunda amansız rəqabət yaşanır. Hər mövqe üzrə ən azı 2 oyunçu var. Onların hər biri kimi mən də hər məşqdə və hər oyunda özümü sübut etməliyəm. Kim özünü daha yaxşı tərəfdən göstərsə, məşqçilər korpusu ona əsas heyətdə meydana çıxmaq şansı yaradır.
- Rəqabətdən söz düşmüşkən, məndə olan məlumata görə, bu gün Ostrava təmsilçisinin düşərgəsində öz ölkəsinin U-21-nin şərəfini qoruyan 6-7 oyunçu var. Onlarla rəqabət aparmaq çətin deyil?
- Düz qeyd etdiz, həqiqətən bu gün “Banik”in U-21 komandasında 7 ölkənin nümayəndəsi top qovur. Hamısı da ölkələrinin 21 yaşadək millilərinin üzvləridi. Ümumiyyətlə, klubun seleksiyaçıları Avropada və başqa qitələrdə istedadlı, perspektiv vəd edən gəncləri komandaya cəlb etmək, gələcəkdə onları daha baha qiymətə aparıcı klublara satmaq siyasəti yürüdürlər. Bu yaşda evdən, ölkədən kənarda yaşamaq, təbii ki, bir qədər çətindi. Amma bunu asanlaşdırmaq hər bir oyunçunun öz əlindədi. Həftəboyu hazırlıq prosesində məşqçilərin tapşırıqlarını daha yaxşı yerinə yetirənlər çempionat oyunlarında meydana çıxırlar. Burda bizdən yalnız bir şey tələb olunur: işimizə peşəkar yanaşmaq. Məşqçilərin meydandan kənarda da xüsusi tələbləri var. Məsələn, qida, yuxu rejimi gözlənilməlidi. Əvəzedici heyətə əsas komandadan da oyunçular göndərirlər, buna baxmayaraq, start heyətində yer almaq mənim üçün sevindiricidi. Çalışıram hər qarşılaşmada şansımı dəyərləndirim və əsas heyətdə yerimi bərkidim.
- Çexiyanın ən köklü klublarından biri olan, sənin də şərəfini qoruduğun “Banik”in əvəzediciləri hazırda üçüncü pillədə qərarlaşıb. “6-lığ”a düşmək üçün sizə 1 xal kifayət edir. Qarşıda iki oyunun qaldığını nəzərə alsaq, necə düşünürsən, bu missiyanın öhdəsindən gələ biləcəksiz?
- İndiki hədəfimiz “6-lığ”a düşməkdi. Bildiyiniz kimi, son oyunda, “Brno”ya qarşı görüşdə vacib 3 xal qazandıq. Qələbədə pay sahibi olduğum üçün sevincliyəm. Hazırda bütün heyətlə növbəti oyuna köklənmişik. Hədəfimiz isə 1 yox, 3 xal qazanmaqdı. Ostrava təmsilçisinin Çexiyanın köklü klubu olduğunu bütün Avropa bilir. Hər qarşılaşmadan öncə məşqçilərimiz bizə bunu xatırladır. “Banik”in arxivinə baxdıqda da klubun bir çox uğurlar qazandığını, yüksək səviyyədə çıxış etdiyini görmək olar. Bir çoxlarının tanıdığı, vaxtilə “Liverpul”, “Qalatasaray” kimi klublarda oynayan Milan Baroş da bu klubun yetirməsidi. Hazırda “Banik”in uğurları üçün çalışır.
- Ostrava necə şəhərdi? Boş vaxtlarında başını nə ilə qatırsan?
- Ostrava Çexiyanın ən böyük şəhərlərindən biridi və gözəldi. Şəhərdə çoxlu tarixi abidə və muzey var. Əlbəttə, Bakının yerini mənə heç bir şəhər verə bilməz. Lakin qarşıma konkret məqsəd qoyduğumdan, darıxmaq, evimiz, Bakı kimi xırda nüanslar yadımdan çıxır. Mən Çexiyaya futbol oynamağa və burdan da irəli getməyə köklənmişəm.
- Bu gün Çexiyada səndən başqa Fərid Nəbiyev və Rovlan Muradov çıxış edir. Onlarla görüşmək imkanın olub?
- Fərid Nəbiyevlə millidə bir yerdə oynamışıq. Rövlan Muradovla isə “Neftçi”nin U-14 komandasında Araz Qulamovun başçılığı altında məşq etmişik. Hər ikisi yaxın dostlarımdı. Səbirsizliklə Çexiyada onlarla üz-üzə gəlməyi gözləyirəm. Rövlanla görüşmək hələ qismət olmayıb. Fəridlə 2017-ci ildə Praqada qarşılaşmışıq.
- Böyük ehtimalla, Fəridlə bu dəfə meydanda üz-üzə gəlməyiniz alınmayacaq. Yəqin ki, Nəbiyevin sənəd problemi səbəbindən Çexiyaya qayıda bilmədiyindən xəbərin var. Səncə, bu məsələdə günahkar kimdi?
- Fəridin sənədlə bağlı problemi olduğundan məlumatlıyam. Ümid edirəm ki, Allahın izni ilə hər şey qaydasına düşəcək. Günahkar deyə bilmərəm kimdi, çünki mənim belə problemlərim olmadı və hər bir işlə klub rəhbərliyi məşğul oldu. Mənim öhdəmə düşən yalnız məşq etmək və futbol oynamaqdı. Hər ikisinə gələcəkdə uğurlar arzulayıram.
- Sözlərindən belə başa düşdüm ki, Çexiya çempionatına tramplin gözü ilə baxırsan. Başqa ölkələrdən səninlə maraqlananlar olub?
- Hədəfim daha üstün komandalarda çıxış etməkdi. Gələcəkdə hara üz tutacağım isə agentimdən asılıdı. 2015-ci ildə Almaniyada olmuşdum. “Nürnberq”də baxışdan keçdim. Məşqçilər müsbət fikir bildirdilər və komandada qalmağımı istədilər. Lakin yaşımın az olması səbəbindən orda yaşamaq hüququ almağım mümkün deyildi. Gələcəklə bağlı nəsə deməyim hələ tezdi. Bu günlə yaşayıb, üzərimdə çalışıb, irəliyə addım atmağı düşünürəm. Hər şeyi zaman göstərəcək. Çexiyadan getməyim isə mənim üçün daha yaxşıdı. Burda oynamaqla başqa klublarin diqqətini cəlb edə bilərəm. Agentimin dediyinə görə, bir neçə klubun maraq dairəsindəyəm, lakin ad çəkmir. Fikirimin dağılmasını istəmirəm.
- Bu yaşda legioner həyatı yaşasan da, nədənsə Rəşad Sadıqov səni bu dəfə U-21-ə dəvət etmədi...
- Əlbəttə, burda hər şey məndən asılıdı. Millidə çıxış etmək böyük məsuliyyətdi. Fikrimcə, millinin məşqçilər korpusu hər bir oyunçuya diqqət yetirir. Doğma ölkəmin yığmasının şərəfini qorumaq isə mənim üçün başucalığıdı. Yığmanın heyətinə düşməyə hər birimizin şansı var. Milliyə ən yaxşı formada olan oyunçular dəvət alırlar. Mən də əlimdə olan şansdan maksimum istifadə edib, seçilmişlərin arasında yer almaq istəyirəm. Bu dəfə dəvət almasam da, həvəsdən düşmürəm. Özümə əminəm və bilirəm ki, gec-tez yığmanın şərəfini qoruyacam. Azərbaycanda istər futbolda, istərsə də başqa idman növlərində, təhsildə çox sayda istedadlı uşaqlar var. Xarici ölkədə nə qədər çox olsaq, bir o qədər ölkəmizi tanıdıb, sevdirərik. Ölkə xaricində olmaq, legioner kimi Azərbaycanı təmsil etmək nəyə desən, dəyər.
RƏŞAD
cbd gummies for sale online cbd gummies online
cbd gummies amazon healthiest cbd gummies reviews

cbd gummies online using paypal <a href="http://gummiescbd.us/">cbd infused gummies wholesale</a>
cbd gummies for sale <a href="http://hempgummies.us/">cbd oil gummies reviews</a>

cbd oil for sale walmart cbd gummies
cbd oil for sale at walmart cbd oil reviews

cbd oil for dogs with cancer <a href="http://www.telefanat.ru/">cbd oil reviews</a>
cbd oil for sale amazon <a href="http://24pi.ru/">cbd oil reviews</a>

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Bu gün, 01:20 “Qarabağ” Avropada tək deyil Bu gün, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Bu gün, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Bu gün, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Bu gün, 01:14 NTD: ardıcıl ikinci dəfə Bu gün, 01:13 İki boksçumuz yarımfinalda Bu gün, 01:12 Liderdən ağır məğlubiyyət Bu gün, 01:11 Natalya finalda çökdü Bu gün, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Bu gün, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Bu gün, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Bu gün, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Bu gün, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Bu gün, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Bu gün, 00:18 Turun statistikası Bu gün, 00:15 Turun məşqçisi Bu gün, 00:13 Hakimlərin mühakiməsi Bu gün, 00:12 Turun oyunçusu Bu gün, 00:10 Turun sitatı Bu gün, 00:09 Turdan məqamlar Bu gün, 00:06 Debütant zirvəni fəth etdi Bu gün, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Bu gün, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Bu gün, 00:01 “Sülh”lə başladılar Dünən, 23:59 “Qəbələ” ilk titulunu qazandı Dünən, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu Dünən, 13:16 “Kobra”dan növbəti qələbə Dünən, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu Dünən, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi Dünən, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Dünən, 13:05 “Nyonda Sumqayıtda qaçdığım qədər qaçmadım” Dünən, 13:00 Qurban Qurbanov: “Deməzdim ki, rəqabətsiz çempion olmuşuq” Dünən, 12:55 “Qarabağ” çempionluğu Sumqayıtda rəsmiləşdirdi Dünən, 12:51 Ölkə kubokunun püşkü atıldı Dünən, 12:49 “Neftçi” şansını artırdı, “Zirə” azaltdı Dünən, 12:40 Qriqorçuk yenə hakimlikdən gileyləndi Dünən, 12:37 Ruslan Abışov bu dəfə qəhrəman oldu Dünən, 12:33 “Zirə”ni Maksimovun əvəzetmələri yıxdı Dünən, 12:28 “Yasamal” “Neftçi”nin medal şansını çətinə saldı Dünən, 12:26 Şəhriyar qələbəni məğlubiyyətə çevirdi Dünən, 12:24 Təbrizlilər üçün “sülh” həftəsi Dünən, 12:22 “Səbail”ə sərf etməyən heç-heçə Dünən, 12:17 Mərkəzi oyunda 2 dəqiqəyə 6 qol vuruldu Dünən, 12:16 “Keşlə”dən 13-cü heç-heçə 23-04-2018, 21:45 “Şövkət Orduxanov”da yenidənqurmaya start verildi 23-04-2018, 21:43 Klublar Komitəsi apreldə bir araya gəlməyəcək 23-04-2018, 21:42 Tərlan Əhmədovun sələflərindən fərqi 23-04-2018, 21:40 Ukrayna mətbuatı həmyerlilərinin uğurundan yazdı 23-04-2018, 20:06 İlqar Qurbanov Qriqorçukun qərarına hörmətlə yanaşır 23-04-2018, 20:03 “Keşlə”lilər üçün finalın qarşılığı: 3 min manat 23-04-2018, 20:02 Əliyar Ağayev MS-nin futbolçusunu meydandan qovdu 23-04-2018, 20:01 Azər Məmmədovun komandası Türkiyəyə gedir 23-04-2018, 19:59 Debütantlar turu darmadağınla yekunlaşdırdı 23-04-2018, 19:57 Cavid İmamverdiyev hələ qərar verməyib 23-04-2018, 19:54 “Qəbələ” hegemonluğunu davam etdirir 23-04-2018, 19:53 Elxan Məmmədov UEFA-nın tədbirində Bütün xəbərlər
Ən çox oxunanlar