17 mar 01:23aktual

Kamran Quliyev Klublar Komitəsinin sədri seçildi

Kamran Quliyev Klublar Komitəsinin sədri seçildi
“Azərbaycan reallığı budu ki, biz "Qarabağ”a tam rəqib olduq”
Dünən “Bulvar Hotel”də Klublar Komitəsinin 2018-ci ildə ilk iclası keçirildi. Toplantıda klubları Rəmiş Malıyev (Keşlə), Riad Rəfiyev (Sumqayıt), Elnur Camalxanov (Kəpəz), Zaur Əzizov (Qəbələ), Ramin Həsənov (Səbail), Kamran Quliyev (Neftçi), Əmrah Çəlikəllə Asif Əsgərov (hər ikisi “Qarabağ”) və Natiq İsmayılov (Zirə) təmsil edirdi. İclasın gündəliyinə aşağdakı məsələlər salınmışdı:
1. Klublar Komitəsinə yeni fəaliyyət müddəti üçün yeni sədr seçkisi
2. UEFA konvensiyasının məşqçi kurslarına aid yeniliklərin tədbiq olunmasının müzakirəsi ( Aslan Kərimov və Osman Rəhimovun təqdimatı)
3. UEFA-nın Lisenziyalaşdırma prosesi çərçivəsində klubların fanklublarla yeni iş starategiyası haqda (Yusif Vəliyevin təqdimatı)
4. Əvəzedici komandaların birinci divizionda iştirak etmələrinin mümkünlüyünün müzakirəsi
5. Premyer-liqada gələcəkdə tətbiqi üçün videotəkrarların test edilməsi (VAR sistemi, təqdimat)
6. “Milliləşdirilmiş” futbolçuların müvəqqəti yaşama haqda icazəsinin Miqrasiya Xidməti tərəfindən verilməməsini müzakirə etmək və bununla bağlı AFFA-ya müraciət etmək
7. Klubların TMS menecerlərinin FİFA TMS kurslarında iştirak etməsi üçün AFFA-ya müraciət etmək
8. Birinci divizionda çıxış edən klubların nümayəndələrinin Klublar Komitəsində mümkün iştirakını müzakirə etmək
9. Müxtəlif yaş qrupları üzrə oyunçuların təhsilləri ilə bağlı problemlərin mövcudluğu və çıxış yollarının müzakirəsi
10. U-17 millisinin Gənclər Liqasında iştirakı
11. Digər məsələlər
Təxminən saatyarım çəkən iclasdan sonra Klublar Komitəsinin yeni sədri Kamran Quliyev jurnalistlərin suallarını cavabladı.
- İclasda hansı məsələlər müzakirə olundu?
- Xeyli vaxt idi yığışmırdıq. Müzakirə olunan məsələlər çox idi. Bəzi “milliləşdirilmiş” futbolçuların miqrasiya məsələsinə toxunduq. Əvəzedicilərdən ibarət komandaların birinci divizionda çıxış etməsinin mümkünlüyünü müzakirə etdik. Müəyyən hesabatlar dinlədik. Yusif Vəliyevlə Aslan Kərimovun təklifləri var idi. Bir sözlə, müəyyən maraqlı məsələlərlə bağlı fikir mübadiləsi apardıq.
- Əvəzedicilərin çempionatının birinci diviziona birləşdirilməsi məsələsində klubların mövqeyi necədi?
- Hər kəs bunu müsbət qarşılayır, amma suallar çoxdu. Bu məsələ fərdi qaydada baş məşqçilərlə müzakirə olunmalıdı. Çünki əvəzedicilər daim əsas komandaya cəlb olunan futbolçulardı. Baş məşqçilərin fikirləri, dərindən təhlilləri, detallı müzakirələr çox vacibdi. Bu, bir-iki görüşlə həll olunan məsələ deyil. Amma dünya təcrübəsində - Rusiya, Portuqaliya, İspaniyada bu hal mövcuddu.
- Gündəlikdəki digər məsələyə - VAR sisteminə klublar nə dərəcədə hazırdı və yenilik Azərbaycanda nə vaxt tətbiq oluna bilər?
- Bizə bu barədə qısa, ümumi məlumat verilib. Lakin bu sistemin məsrəfləri, infrastruktur şərtləri var. Məsələn, hansısa klubun vəsaiti VAR sistemini əldə etməyə imkan verir. Amma stadionu bu tələblərə cavab verə bilirmi? Bildiyim qədər stadiona 10-dan çox kamera quraşdırılmalıdı. Lakin hazırda stadionlarımızda hətta 5-6 kamera quraşdırmaq imkanı yoxdu. Yəni bu məsələ bizim üçün hələ tezdi. Müzakirə olundu, müsbət, bir çox suallara cavab tapacaq sistem kimi qiymətləndirildi. Lakin infrastruktur və maliyyə məsələləri baxımından daha çox məlumat toplamalı, sonra isə qərar verməliyik. Hazırda isə bu çətin görünür.
- Əvvəlki sədr seçkisi açıq keçirilmişdi. Səsvermədən sonra səslər hesablananda jurnalistlər də orda olurdular. Lakin bu dəfə qapalı oldu. Bu, nə ilə bağlı idi?
- Bizdə seçki həmişə qapalı olur. Zərfə adlar yazıb, açırıq və yeni prezidenti seçirik. Medianın iştirak etməməsi isə ola bilsin, texniki nasazlıqla bağlıdı (gülür ). Mənə gəlincə, özüm namizədliyimi irəli sürmək istəmirdim. Çünki əvvəllər də "Sumqayıt"ın prezidenti kimi KK-nın sədri olmuşdum. Amma həmkarlarım gizli səsvermə nəticəsində yenə mənim namizədliyimi təklif ediblər. Hazırda "Neftçi"də çalışmağım da buna bir səbəb ola bilər. Çünki əvvəlki sədr də bizim klubdan idi.
- Siz kimə səs vermisiz?
- Deyə bilmərəm. Amma başqa klubun təmsilçisi idi. Hərçənd öz adımı da yaza bilərdim. Özüm bunu istəmədim. Səslərin nə qədər olduğunu bilmirəm, amma mənimlə başqaları arasında fərq var idi.
- "Neftçi” dünən (srağagün) "Qarabağ”la qarşılaşdı. Oyun heç-heçə başa çatdı. Nəticədən razı qaldız?
- Narazı qaldığımı deyə bilmərəm. Çünki demək olar ki, 90 dəqiqə bərabər səviyyədə keçdi. Çoxlu qol imkanımız oldu. "Qarabağ”ın qapısı qarşısında 3-4 təhlükəli vəziyyət yaradan komanda varsa, bu o deməkdi ki, komandanıın oyunu yaxşı alınır. Azərbaycan reallığı budu ki, biz "Qarabağ”a tam rəqib olduq. Hətta o komandanı məğlub edə bilərdik. Bizim şanslarımız rəqibə nisbətən daha çox idi. Komanda oyundan-oyuna daha da yaxşı çıxış edir. Bu isə sevindirici haldı.
- “Neftçi” yüksəlişdədi. Yığmanın təlim-məşq toplanışı komandaya necə təsir edəcək? Yüksələn qrafikdən sonra 15 günlük fasilə…
- Komandamızdan 6 futbolçu əsas milliyə dəvət alıb. Bu, bizim üçün bir stimuldu. Bəzi futbolçular var ki, onlar əvvəllər dəvət almırdı. Müvəqqəti olaraq millidən kənarda qalanlar da var idi. 6 futbolçunun dəvəti çox yaxşı göstəricidi. Biz futbolçularımızla milli komandaya fayda verə bilərik. Səhv etmirəmsə, say baxımından "Neftçi” birincidi. Bu isə yaxşı haldı. Bu futbolçular üçün əlavə motivasiyadı. Özlərini yaxşı tərəfdən göstərməlidilər. Hamıya məlumdu ki, millidə yeni baş məşqçi var. Qarşıda Millətlər Liqası və Avropa çempionatının seçmə mərhələsi var. Hamı özünü yeni məşqçiyə göstərməyə çalışacaq. Onlar yığmadan qayıdandan sonra "Neftçi”yə fayda verəcəklər.
- "Neftçi”nin oyunundan sonra "Sumqayıt” – "Kəpəz” matçı var idi. Sabiq komandanızın görüşünü izlədiz?
- Təbii ki, baxdım. O oyunu izləmək üçün vaxtım var idi. Matçı əvvəlcə mobil telefonla, daha sonra isə televiziya vasitəsi ilə izlədim. "Sumqayıt”ı üçüncü pilləyə yüksəlməsi münasibətilə təbrik edirəm. Bu böyük uğurdu.
- Sizin əvəzinizə "Sumqayıt”ın prezidenti Riad Rəfiyev oldu…
- Ona da uğurlar arzulayıram. Bu mürəkkəb bir işdi. Sumqayıt gözəl şəhərdi. Orda yaxşı futbol ab-havası var. Düzdü, əvvəllər də var idi, ancaq komandanın cari mövsümdə uğurlu çıxışı azarkeşləri daha da ümidləndirib. Sumqayıt sakinləri öz komandasını çox istəyir. Ona görə də Riad Rəfiyev sıfırdan başlamır. “Sumqayıt” hazırda "xod gedən arabadı”. Komandanı düzgün istiqamətdə yönəldə bilər. Ona uğurlar arzulayram. Komandaya uğurlar arzulamağım bəlkə də təəccüblü səslənə bilər. Hazırda mən "Neftçi” üçün çalışıram. "Neftçi”nin də Avropa Liqasına şansı var. Bunun üçün əlimizdən gələni edəcəyik. Qismətdə nə varsa, o da olacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Bu gün, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Bu gün, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Bu gün, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Bu gün, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Bu gün, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Bu gün, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Bu gün, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Bu gün, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Bu gün, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Bu gün, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Bu gün, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Bu gün, 14:16 Lider dəyişdi Bu gün, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Bu gün, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Bu gün, 14:06 Ümummilli sorğu start götürür! Bu gün, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar