17 mar 01:19aktual

Bədavi aprelin sonunda meydana çıxa bilər

Bədavi aprelin sonunda meydana çıxa bilər
“Məni ən çox sevindirən yüksəlişdə olan komandalarda yerli futbolçuların çoxluq təşkil etməsidi”
“Qarabağ”ın “Atletiko” ilə Bakıdakı oyunu təkcə Azərbaycan çempionunun Avropa nəhənglərindən birindən xal alması ilə yadda qalmadı. Dino Ndlovuya göstərilən haqsız qırmızı vərəqə və rəqib qapısına təyin olunmayan penalti də uzun müddət xatırlanacaq. Ağdamlıların itkisi bunlarla bitsəydi, dərdyarı. Həmin qarşılaşmanın sonlarında əsas heyətin aparıcı üzvlərindən Bədavi Hüseynov xəsarət alsa da, sona qədər meydanda oldu. Lakin sonradan Bədavinin zədəsinin ciddiliyi ortaya çıxdı. Və məlum oldu ki, həm də yığma üzvü olan mərkəz müdafiəçisi təxminən yarım il yaşıl meydanlara həsrət qalacaq.
Hüseynov əməliyyat olunmaq üçün Almaniyaya yollanmışdı. Xeyli müddətdi Azərbaycanda yox idi. “Neftçi” – “Qarabağ” oyununu izləyənlər arasında Bədavinin də olduğunu eşidincə, fasilədə yaxınlaşıb müsahibə götürmək yerinə düşdü.
- Özünü necə hiss edirsən?
- Şükürlər olsun ki, çətin dönəmi arxada qoymuşam. Dörd həftə Almaniyada oldum, bərpa dövrünü orda keçdim. Həkimlər ciddi heç nəyin olmadığını, fərdi məşqlərə başlamağın mümkünlüyünü bildirəndən sonra yenidən Azərbaycana qayıtdım. Artıq fiziki yüklənmə qəbul edə bilirəm. Fərdi məşqlərə başlamışam, hələ ki qaçmaqla kifayətlənirəm. Klaus adlı həkim var, sağ olsun, ayağa qalxmağımda böyük köməyi oldu. Olduqca yaxşı klinika idi. Ora dünyanın hər yerindən idmançılar gəlir.
- Bakıya nə vaxt qayıtmısan?
- Üç gün əvvəl.
- Səni nə vaxt meydanda görə biləcəyik?
- Bir ay ərzində kollektiv məşqlərə başlamalıyam. Çox güman, aprelin 15-dən sonra meydana çıxmağa hazır olacam.
- Çarpaz bağların qırılması olduqca ağır zədədi. Hətta bəzi futbolçular həmin zədədən sonra özünə gələ bilmir. Əfran İsmayılov nümunəsi var, vaxtilə “Neftçi”də oynamış Rodriginyo...
- Siz pis nümunələr göstərirsiz. Amma yaxşı örnəklər də var (gülür). Filipp Lamın adını çəkə bilərəm. Ümid edək ki, elə də ciddi problem olmayacaq. Əsas odu, əməliyyat uğurla həyata keçirildi. Belə vəziyyətdə xarakter göstərməli, əvvəlkindən də yaxşısını etməliyəm.
- “Qarabağ”ın oyunlarını izləyə bilirdin?
- Əlbəttə. İşimin adı nə idi ki?! Komanda yoldaşlarımla danışır, məlumatlar toplayır, oyunlara baxırdım. Qış fasiləsindən sonra “Qarabağ” hələ ki yaxşı davam edir. Bu gedişlə mövsümün sonunda sevinən tərəf olacağımıza inanıram.
- Sənə doğma olan mövqe necə görünür? Bəzən Yakub Jezniçakı, bəzən də Elvin Yunuszadəni müdafiənin mərkəzində görürük.
- Hər ikisi təcrübəli futbolçudu. Məncə, bacardıqlarının ən yaxşısını edirlər, layiqincə oynayırlar.
- Kənardan baxmaq çətindi, yoxsa meydanda mübarizə aparmaq?
- Oynamaqdansa, kənardan baxmaq daha çətindi. Oyunun içində olanda bütün diqqətin meydanda olur. Çətinlik-filan hiss eləmirsən. Üzərinə düşən işin öhdəsindən gəlməyə çalışırsan, bir də baxırsan ki, oyun başa çatdı. Amma kənardan baxanda matç 90 yox, sanki 190 dəqiqə oynanılır. Meydana çıxıb komandama kömək etmək üçün darıxmışam.
- Yığmanın budəfəki toplanışını da buraxacaqsan...
- Martdakı hazırlıq mərhələsində çıxış etməyim mümkünsüzdü. Hələ ki bərpa olunuram. İnşallah, iyundakı toplanışda millinin tərkibində olaram. Təbii ki, baş məşqçi dəvət etsə.
- Almaniyada olanda Qurban Qurbanov səninlə əlaqə saxlayırdı?
- Əlbəttə. Mütəmadi zəng vurur, maraqlanırdı. Tək Qurban müəllim yox, rəhbərlikdən də əlaqə saxlayanlar olurdu. Klubun həkimi ilə iki gündən bir danışırdıq. Göstərdikləri dəstəyə görə hər birinə minnətdaram.
- Çempionat kənardan necə görünür?
- Yaxşıdı deyərdim. Xüsusilə qışdan sonra maraqlı hadisələrə tamaşa etməkdəyik. “Qəbələ” ilə “Zirə” ardıcıl xallar itirir, “Sumqayıt” əla forma yığıb, “Səbail” kifayət qədər xoş təsir bağışlayır. Hə, “Neftçi” də xeyli “artırıb”. Məni ən çox sevindirən yüksəlişdə olan komandalarda yerli futbolçuların çoxluq təşkil etməsidi. Bu məqam istər-istəməz yığmanın hazırlığına da müsbət mənada təsir göstərəcək. Çempionatının səviyyəsinin artması, rəqabətin olması hər bir komandaya xeyirdi. Ona görə də buna ancaq sevinmək olar.
- “Qəbələ” də xallar itirməkdə davam edir. Bu, “Qarabağ” üçün xeyirlidi, yoxsa intriqanın son tura qədər davam etməsini istəyirsən?
- Mən futbolçuyam, işim meydana çıxıb mübarizə aparmaqdı. Biz bütün oyunlardan maksimum nəticə ilə ayrılsaq, rəqiblərin nəticələri heç nəyi dəyişməyəcək. Ona görə də “Qəbələ”nin nəticələrinə xüsusi önəm verməyin tərəfdarı deyiləm.
- Beş aydı yaşıl meydanlardan uzaq düşmüsən. Bu dönəmdə içində “Qarabağ”da və yığmadakı mövqeyini itirmək qorxusu var idi?
- Açığı, bu haqda düşünmürdüm. Fikrim ancaq zədənin yanındaydı. İlk olaraq əvvəlki formamı bərpa etmək haqda düşünürəm. Hər şey özümdən asılıdı. Məşqlərdə xoş təsir bağışlasam, baş məşqçidən şans qazanacağıma inanıram. Əsas heyətdəki yeri zəhmətimlə haqq etmişdim. Bundan sonra da ikiqat əzmlə çalışmalıyam. Əvəzedilməz futbolçu yoxdu. Təbii ki, hazırlıq səviyyəm qaydasında olmasa, ehtiyatda oturub vaxtımı gözləyəcəm.
- Ölkəmizi Avropada layiqincə təmsil etmək bacarığında olan futbolçulardansan. Legioner həyatı yaşamaq haqda planların var?
- Bu dəqiqə bir planım var, o da yaşıl meydanlara qayıtmaq. Əlbəttə, hər bir futbolçunun arzusu adlı-sanlı klublarda oynamaqdı. Hesab edirəm ki, bu gün şərəfini qoruduğum komanda da sıradan biri deyil. Hər il çempion olur, avrokubokların qrup mərhələsinə vəsiqə qazanır. Ona görə də “Qarabağ”da oynamağın özü böyük təcrübədi. Amma gələcəkdə belə şans olsa, mütləq baş məşqçimizlə məsləhətləşərəm. Dediyim kimi, hazırda bütün diqqətimi zədəmin sağalmasına və yenidən yaşıl meydanlara qayıtmağa yönəltmişəm.
- “Neftçi” – “Qarabağ” oyununun fasiləsidi və ilk hissədən sonra hesab açılmayıb. Səncə 90 dəqiqənin tamamında tabloda hansı rəqəmlər yazılacaq?
- Bərabər səviyyəli oyun gedir. Bizim də şanslarımız oldu, onların da. Hələ ki üstün tərəf yoxdu. İkinci hissədə oyunun axarından çox şey asılıdı. Mənim fikrimi bilmək istəyirsizsə, “Qarabağ” udacaq (gülür).
HƏBİB
cannabis users guide best auto flowering cannabis plants
cannabis laws 2016 21 cannabis stocks to watch in 2017

cannabis chef jobs in northern california <a href="http://www.braingamesnyc.com/games/profile/2938259/kinasargent"&
gt;cannabis use disorder mild in remission</a>
cannabis trimming jobs near me <a href="http://boyacaturistica.omicronduitama.com/modules.php?name=Your_Accou
nt&op=userinfo&username=CarmenBrow">cannabis laws in california secured creditors</a>

viagra dosage for women viagra savings coupons 75% off
viagra coupons 75% off pfizer viagra coupons walmart

pfizer viagra coupons from pfizer <a href="http://jud10.org/">viagra coupons pfizer</a>
viagra commercial <a href="http://www.globalscrap.com/ActivityFeed/MyProfile/tabid/62/UserId/236
807/Default.aspx">viagra prices cvs for express scripts</a>

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Bu gün, 01:20 “Qarabağ” Avropada tək deyil Bu gün, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Bu gün, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Bu gün, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Bu gün, 01:14 NTD: ardıcıl ikinci dəfə Bu gün, 01:13 İki boksçumuz yarımfinalda Bu gün, 01:12 Liderdən ağır məğlubiyyət Bu gün, 01:11 Natalya finalda çökdü Bu gün, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Bu gün, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Bu gün, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Bu gün, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Bu gün, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Bu gün, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Bu gün, 00:18 Turun statistikası Bu gün, 00:15 Turun məşqçisi Bu gün, 00:13 Hakimlərin mühakiməsi Bu gün, 00:12 Turun oyunçusu Bu gün, 00:10 Turun sitatı Bu gün, 00:09 Turdan məqamlar Bu gün, 00:06 Debütant zirvəni fəth etdi Bu gün, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Bu gün, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Bu gün, 00:01 “Sülh”lə başladılar Dünən, 23:59 “Qəbələ” ilk titulunu qazandı Dünən, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu Dünən, 13:16 “Kobra”dan növbəti qələbə Dünən, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu Dünən, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi Dünən, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Dünən, 13:05 “Nyonda Sumqayıtda qaçdığım qədər qaçmadım” Dünən, 13:00 Qurban Qurbanov: “Deməzdim ki, rəqabətsiz çempion olmuşuq” Dünən, 12:55 “Qarabağ” çempionluğu Sumqayıtda rəsmiləşdirdi Dünən, 12:51 Ölkə kubokunun püşkü atıldı Dünən, 12:49 “Neftçi” şansını artırdı, “Zirə” azaltdı Dünən, 12:40 Qriqorçuk yenə hakimlikdən gileyləndi Dünən, 12:37 Ruslan Abışov bu dəfə qəhrəman oldu Dünən, 12:33 “Zirə”ni Maksimovun əvəzetmələri yıxdı Dünən, 12:28 “Yasamal” “Neftçi”nin medal şansını çətinə saldı Dünən, 12:26 Şəhriyar qələbəni məğlubiyyətə çevirdi Dünən, 12:24 Təbrizlilər üçün “sülh” həftəsi Dünən, 12:22 “Səbail”ə sərf etməyən heç-heçə Dünən, 12:17 Mərkəzi oyunda 2 dəqiqəyə 6 qol vuruldu Dünən, 12:16 “Keşlə”dən 13-cü heç-heçə 23-04-2018, 21:45 “Şövkət Orduxanov”da yenidənqurmaya start verildi 23-04-2018, 21:43 Klublar Komitəsi apreldə bir araya gəlməyəcək 23-04-2018, 21:42 Tərlan Əhmədovun sələflərindən fərqi 23-04-2018, 21:40 Ukrayna mətbuatı həmyerlilərinin uğurundan yazdı 23-04-2018, 20:06 İlqar Qurbanov Qriqorçukun qərarına hörmətlə yanaşır 23-04-2018, 20:03 “Keşlə”lilər üçün finalın qarşılığı: 3 min manat 23-04-2018, 20:02 Əliyar Ağayev MS-nin futbolçusunu meydandan qovdu 23-04-2018, 20:01 Azər Məmmədovun komandası Türkiyəyə gedir 23-04-2018, 19:59 Debütantlar turu darmadağınla yekunlaşdırdı 23-04-2018, 19:57 Cavid İmamverdiyev hələ qərar verməyib 23-04-2018, 19:54 “Qəbələ” hegemonluğunu davam etdirir 23-04-2018, 19:53 Elxan Məmmədov UEFA-nın tədbirində Bütün xəbərlər
Ən çox oxunanlar