13 mar 01:02aktual

“İdman Azərbaycan”dan AFFA-ya qarşı növbəti demarş

“İdman Azərbaycan”dan AFFA-ya qarşı növbəti demarş
Ömürlük cəzalandırılan Ağakişi ekspert çağırıldı, veriliş yarımçıq dayandırıldı
Ağakişi Mehdizadə. Bu şəxs 2017-ci il dekabrın 6-na qədər “İnter”in (hazırkı “Keşlə”nin) sabiq, son olaraq, “Neftçi”nin əməkdaşı, metodisti kimi tanınırdı. İlin sonunda ölkə futbolunda təlatüm yaradan oyun alğı-satqı olayında onun da adı hallandırıldı və qeyd etdiyimiz tarixdə AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırıldı. Həm də elə-belə yox, ömürlük: “Neftçi”nin rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və özünün təqdim etdiyi izahata əsasən oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə Ağakişi Mehdizadəyə futbola aid istənilən məşğuliyyət ömürlük qadağan olunsun”. Ona 15 gün möhlət verilmişdi ki, özünü “təmizə çıxarmaq” üçün AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı şikayəti etsin. Düzdü, bir müddət sonra qəzetimizə verdiyi açıqlamada qərardan apellyasiya şikayəti verdiyini demişdi. Ancaq məlum olduğu kimi, onunla bağlı qərar bu günə kimi dəyişdirilməyib. Buna baxmayaraq, “Bobo” yenə futbolun içindədi (!).
Ağakişi Mehdizadə martın 9-da “İdman Azərbaycan” telekanalında yayınlanan “Skudetto” verilişinə ekspert kimi dəvət olunmuşdu. Düzdü, texniki səbəblərdən veriliş yarımçıq dayandırıldı... Təbii ki, kanalın bu addımı nə hüquqi, nə də mənəvi çərçivəyə sığır. Deyək ki, “İdman Azərbaycan” AFFA-dan asılı deyil və buna görə assosiasiyanın “qara siyahısı”nda olan kiminləsə əməkdaşlıq etməmək kimi öhdəliyi yoxdu. Bəs etik dəyərlər? Axı, söhbət adı oyun alğı-satqısında, İntizam Komitəsinin diliylə desək, idman nəticəsinin manipulyasiyasında ittiham olunan birindən gedir. Görünən odu ki, kanal növbəti dəfə AFFA-nın acığına zidd addım atır...
“İdman Azərbaycan”ın məsələyə münasibətini öyrənməyə çalışarkən maraqlı situasiya ilə qarşılaşdıq. Departament rəhbəri Siyavuş Əliyev and-aman elədi ki, məsələdən xəbərsizdi: “Ağakişi kimdi? Hə, xatırladım. İnanın, xəbərim yoxdu. “Skudetto”nun sonuncu buraxılışına da baxmamışam və kimlərin dəvət olunduğundan xəbərsizəm. Qonaqları kim dəvət edir? Verilişin aparıcısı”.
Kanalın əməkdaşının nişan verdiyi Ramiz Mirzəzadə ilə də əlaqə saxladıq. Verilişin aparıcısı da susmağa üstünlük verdi: “Bu barədə heç nə deməsəm, olarmı? Xahiş edirəm, üzürlü sayın. Bəlkə sonra izahat verərəm, amma indi yox”.
“Qəhrəman”ın özünün də fikirlərini öyrəndik. Ağakişi maraqlı məqamların üstünü açdı: “Əslində məni 3 həftə əvvəl də dəvət etmişdilər. Yəqin təhlilimi bəyəndilər ki, yenidən dəvət etdilər. Amma nədənsə veriliş yarımçıq dayandırıldı. Səhv etmirəmsə, 20-ci dəqiqədən sonra texniki problemlərin olduğunu deyib yayını dayandırdılar. Bəlkə də elə mənə görə oldu... Başa düşmürəm, mən kimin yerini dar eləyirəm? Danışmağı, özü də Avropa futbolu haqda fikir bildirməyi də qadağan edirlər? Mən futbolla nəfəs alıram, gəlib nəfəsimi də kəssinlər. MFL-də də iştirakıma imkan vermədilər. Axı, mən futboldan nəsə qazanmıram, hansı məntiqlə təmənnasız qonaq olduğum verilişdə iştirakıma əngəl olurlar? Düzü, məntiqli izah tapa bilmirəm”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar