03 fev 18:39aktual, manset

Veteranlar Apellyasiya Məhkəməsini gözləyir

Veteranlar Apellyasiya Məhkəməsini gözləyir
Oqtay Abdullayev: “Maşallah stress içində olmaqdan, hər həftə məhkəməyə yollanmaqdan təngə gəlmişdi”
Paytaxt sakini Yusif Əzizovun 128 min manatını mənimsəməkdə ittiham olunnan, 1986-cı ildə SSRİ-nin ən güclü 33 futbolçusundan biri sayılan Maşallah Əhmədovun 8 il müddətinə azadlıqdan məhrum edildiyini ötən sayımızda xəbər vermişdik.
“Neftçi”nin sabiq “10 nömrə”sinin dəmir barmaqlılar arasına düşməsi ictimaiyyət tərəfindən heç də xoş qarşılanmadı. Cəmiyyət arasında tanınmış bir çox şəxslər sosial şəbəkələrdə veteran futbolçunun müdafiəsinə qalxıb, onu həbs etmək əvəzinə təklif etdiyi əmlakın, pulun iş üzrə zərərçəkənə ödənilməsinin təmin olunmasının daha doğru olduğu haqda fikirlər səsləndiriblər.
Hüquq müdafiəçisi Səadət Bənənyarlı musavat.com saytına açıqlamasında Əhmədova görə ölkə başçısına müraciət ünvanlanmasının vacibliyini vurğulayıb: “Maşallah Əhmədov xüsusən 80-ci illərdə ”Neftçi"nin tanınmış futbolçularından idi. Məhkəmənin çıxardığı hökm haqda “düzdü” və ya “səhvdi” deyə bilmərəm. Məsələ burasındadı ki, Əhmədov zərərçəkənə dəymiş ziyanı ödəmək istəyirsə, onun həbsinə nə ehtiyac var? Onun hüquqlarını müdafiə etmək mümkündü. Düşünürəm ki, onun hüquqlarının bərpa olunması üçün ictimaiyyət nümayəndələrinin müraciətləri vacibdi. Müraciətlər olmalıdı ki, heç olmasa, Maşallah bəy prezident tərəfindən əfv olunsun".
Göründüyü kimi, Əhmədovun həbsinə hüquq müdafiəçiləri, ziyalılar da biganə qalmayıb. Bəs görəsən, futbol veteranları necə? Onlar Maşallah bəyin azadlığa qovuşması üçün hansısa addım atmağı düşünürlər? Bununla bağlı Veteranlar İttifaqının rəhbəri Oqtay Abdullayevin fikrini öyrəndik: “Sosial şəbəkələrdə Maşallahı müdafiə edənlərin paylaşdığı statuslarla mən də tanışam. Onların sözlərində həqiqət var. Bu adamlar bir yerdə biznes qurublar və işləri alınmayıb. Yalan-doğru, qarşı tərəf deyir ki, Əhmədov mənə 128 min manat verməlidi. Bu yazıq demir ki, vermirəm. İmkanı çatdığı qədər pulun bir hissəsini düzəltmişdi, hələ üstəlik, Əzizova ev də təklif etmişdi. Ancaq o bu şərtlərlə razılaşmadı. Maşallah dəfələrlə ona bildirdi ki, borcun qalan hissəsini də ödəyəcək. Lakin Yusifin inadından əl çəkmədiyini görüb axırda dedi ki, ümumiyyətlə, heç nə vermirəm. Bilirsiz, insan bəzən hər şeydən bezir. Maşallah daim stress içində olmaqdan, hər həftə məhkəməyə yollanmaqdan təngə gəlmişdi. Məndə olan məlumata görə, veteran futbolçu qərardan apellyasiya şikayəti verəcək. Biz də Apellyasiya Məhkəməsinin hansı qərar verəcəyini gözləyirik. Bu mərhələ başa çatdıqdan sonra hansı addım atacağımızı düşünəcəyik”.
Oqtay bəy veteranların Maşallah Əhmədovdan şikayətçi olan şəxslə görüşmək istədiklərini də bildirdi: “Bu gün bəzi veteranlarla görüşmüşəm. Onlar təklif etdilər ki, Yusif Əzizovla görüşək. Ancaq mən bildirdim ki, onunla görüşmək bizə heç bir fayda verməyəcək. Bu adam Əhmədovun təkliflərini qəbul etməyibsə, bizim sözümüzü də eşitməyəcək. Onun fikri nə yolla olur-olsun, Maşallahdan pul almaqdı. Prezidentə müraciətə gəlincə, bu ən son həddi. Apellyasiya Məhkəməsi də Ağır Cinayətlər Məhkəməsinin qərarını qüvvədə saxlasa, yəqin ki, ölkə başçısına veteranlar adından müraciət ünvanlayacağıq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar