01 mar 23:36aktual

UEFA yeni avrokubok mövsümünün formatını açıqladı

UEFA yeni avrokubok mövsümünün formatını açıqladı
Bütün təmsilçilərimiz birinci təsnifatdan başlayacaq
UEFA-nın Slovakiyanın paytaxtı Bratislavada keçirilən son iclasında yeni avrokubok mövsümünün tam formatı açıqlanıb. Qurumun rəsmi saytında Çempionlar Liqası (ÇL) və Avropa Liqasının (AL) 2018/19 mövsümündən qüvvəyə minəcək bütün yeniliklər qeyd olunub. Ali futbol qurumunun dəyişiklikləri bunlardan ibarətdi:
* ÇL-ə qrup mərhələsindən mübarizəyə başlayan klubların sayı 26-ya çatdırılıb. Bunlardan biri ÇL, biri AL-in son qalibidi. 6 yerin sahibi isə təsnifat mərhələlərində bəlli olacaq.
* ÇL-in təsnifat mərhələlərində uduzan bütün komandalar ikinci şans qazanıb, AL-də mübarizə aparacaq.
* AL-ə qrup mərhələsindən mübarizəyə başlayan klubların sayı 17-yə çatdırılıb. 31 yerin sahibinin adına isə təsnifat mərhələlərindən sonra aydınlıq gələcək. Bunlardan 10-u ÇL-in 3-cü təsnifat mərhələsi və pley-offunda uduzan komandalardı. 21-i isə AL-də iki istiqamət üzrə təsnifatdan – Çempionlar yolu və Liqa yolundan gələcək.
* İlk dəfə hər iki turnirdə ilkin mərhələ olacaq. ÇL-də 4 komandalı mini-turnirdə, AL-də iki görüşdən ibarət pley-offda ən güclü müəyyənləşəcək.
* Qrup mərhələsinin formatı dəyişməsə də, oyunların başlama saatı dəyişikliyə uğrayacaq. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21.55 və 23.00-da başlayacaq. Yay vaxtında bu 20.55 və 22.00-a dəyişəcək.
ÇL, qrup mərhələsi
ÇL-in qalibi
AL-in qalibi
UEFA reytinqində 1-4-cü yerlər - İspaniya, İngiltərə, Almaniya, İtaliya (hərəsi 4 komanda)
UEFA reytinqində 5-6-cı yerlər - Fransa, Rusiya (hərəsi 2 komanda)
UEFA reytinqində 7-10-cu yerlər - Portuqaliya, Ukrayna, Belçika, Türkiyə (1 komanda)
* Çempionlar Liqasının qalibi öz ölkəsində tutduğu yerə görə 24 vəsiqədən birinə yiyələnsə, UEFA reytinqində 11-ci olan Çexiya da birbaşa qrupda təmsil olunacaq. Əks halda isə sonuncular ÇL-in Çempionlar yolunda oynamalıdı.
* AL-in qalibi öz ölkəsindən ÇL-in qrupuna düşübsə, UEFA reytinqinin beşincisi Fransaya 3-cü yer veriləcək.
* Qrupda bir ölkənin 5-dən artıq komandası ola bilməz.
ÇL, təsnifat mərhələləri
Təsnifat mərhələləri iki istiqamətdə aparılacaq. Öz ölkəsinin çempionu olanlar Çempionlar yolunda, aşağı pillələrlə turnirə düşənlər Liqa yolunda mübarizə aparacaq.
ÇL, təsnifat mərhələləri, Çempionlar yolu
(qrupa 4 vəsiqə)
UEFA reytinqində 11-ci və daha aşağı pillələrdə qərarlaşan ölkələrin çempionları mübarizə aparacaq. Bu yol ilkin, üç təsnifat və pley-offdan ibarətdi.
İlkin mərhələ: 4 ən aşağı reytinqli ölkənin çempionu mini-turnirdə olimpiya sistemi ilə mübarizə aparacaq. Qalib birinci təsnifat mərhələsinə yüksələcək.
Birinci təsnifat mərhələsi: mübarizəyə 33 komanda qoşulacaq. İlkin mərhələnin qalibi də onlara qoşulacaq və 17 cüt təşkil edəcək. Azərbaycan çempionu da “33-lük”dən biri kimi yarışa start verəcək.
İkinci təsnifat mərhələsi: mübarizəyə 3 komanda qoşulacaq. Birinci təsnifat mərhələsinin 17 qalibi ilə birlikdə 10 cüt təşkil edəcək.
Üçüncü təsnifat mərhələsi: 2 komanda mübarizəyə qoşulacaq və ikinci təsnifat mərhələsinin 10 qalibinə qoşulacaq. 6 cütlük təşkil olunacaq
Pley-off: Mübarizəyə 2 komanda qoşulacaq və 3-cü təsnifat mərhələsinin 6 qalibi ilə 4 cüt təşkil edəcək. Bu cütlərin qalibləri qrupa yüksələcək
* İlkin, 1, 2 və 3-cü təsnifat mərhələlərində uduzan komandalar AL-ə yollanacaq. Onlar AL-də yeni yaradılan Çempionlar yolunda çıxış edəcək. Pley-offda uduzanlar isə AL-in qrupunda oynamaq hüququ qazanacaq.
ÇL, təsnifat mərhələləri, Liqa yolu
(qrupa 2 vəsiqə)
Üç mərhələdən ibarət yolda UEFA reytinqinin 5-6-cı ölkəsinin 3-cü, 7-15-ci olanların 2-ci komandası mübarizə aparacaq.
İkinci təsnifat mərhələsi: 6 komanda 3 cütdə mübarizə aparacaq.
Üçüncü təsnifat mərhələsi: 5 komanda mübarizəyə qoşulacaq və ikinci təsnifat mərhələsinin 3 qalibi ilə 4 cütlük təşkil edəcək.
Pley-off: üçüncü təsnifat mərhələsinin 4 qalibi 2 cütlük təşkil edəcək.
AL, qrup mərhələsi
UEFA reytinqində 1-5-ci olanlar – İspaniya, Almaniya, İngiltərə, İtaliya, Fransa (2 komanda)
UEFA reytinqində 6-12-ci olanlar - Rusiya, Portuqaliya, Ukrayna, Belçika, Türkiyə, Çexiya, İsveçrə (1 komanda)
ÇL-in Çempionlar yolunda pley-offda uduzan 4 komanda
ÇL-in Liqa yolunda pley-offda uduzan 2 komanda
ÇL-in Liqa yolunda üçüncü təsnifat mərhələsində uduzan 4 komanda
AL, təsnifat mərhələləri
AL təsnifat mərhələləri ilk dəfə iki istiqamətdə keçiriləcək. Bunlar Çempionlar yolu və Liqa yoludu.
AL, təsnifat mərhələləri, Çempionlar yolu
(qrupa 8 vəsiqə)
ÇL-in Çempionlar yolunda uduzan komandalar mübarizə aparacaq.
İkinci təsnifat mərhələsi: ÇL Çempionlar yolunun ilkin və birinci təsnifat mərhələsində uduzan 20 komanda 10 cütlük təşkil edəcək.
Üçüncü təsnifat mərhələsi: ÇL-in Çempionlar yolunun ikinci təsnifat mərhələsində uduzan 10 komanda və AL-in Çempionlar yolunun ikinci təsnifat mərhələsinin 10 qalibi 10 cütlük təşkil edəcək.
Pley-off: ÇL-in Çempionlar yolunun 3-cü təsnifat mərhələsində uduzan 6 komanda və AL-in Çempionlar yolunun üçüncü təsnifat mərhələsinin 10 qalibi 8 cütlük təşkil edəcək. 8 qalib qrupa yüksələcək.
AL, təsnifat mərhələləri, Liqa yolu
(qrupa 13 vəsiqə)
UEFA-ya üzv olan 55 ölkəni təmsil edən komandalar 4 mərhələdə mübarizə aparacaq. ÇL-in Liqa yolunun ikinci təsnifat mərhələsində uduzanlar da bura qoşulacaq.
İlkin mərhələ: 16 komanda 8 cütdə üz-üzə gələcək.
Birinci təsnifat mərhələsi: 86 komanda mübarizəyə qoşulacaq və ilkin mərhələnin 8 qalibi ilə birlikdə 47 cüt təşkil edəcək. Azərbaycanın üç komandası da 86 klub arasında mübarizəyə başlayacaq.
İkinci təsnifat mərhələsi: 27 komanda mübarizəyə qoşulacaq və birinci təsnifat mərhələsinin 47 qalibi ilə 37 cüt təşkil edəcək.
Üçüncü təsnifat mərhələsi: 12 komanda mübarizəyə qoşulacaq. ÇL-in Liqa yolunun ikinci təsnifat mərhələsində uduzan 3 komanda, həmçinin AL-in ikinci təsnifat mərhələsinin 37 qalibi çıxış edir. Bu 52 komanda 26 cütdə üz-üzə gələcək.
Pley-off: 26 komanda 13 cütdə oynayacaq. Qaliblər qrupa yüksələcək.
Göründüyü kimi, növbəti ölkə çempionu yayda ÇL-in qrupuna düşmək üçün birinci təsnifat mərhələsindən başlayacaq və 4 mərhələ adlamaq məcburiyyətindədi. Halbuki ötən mövsüm “Qarabağ” 3 mərhələ keçməklə bu işin öhdəsindən gəlmişdi. Avroliqaya qatılacaq təmsilçilərimiz də mübarizəyə birinci təsnifat mərhələsindən qoşulacaq.
Avrokubokların 2018/19 mövsümünün tam təqvimi
18 iyun
İlkin mərhələlərinin püşkatması
26 iyun
ÇL-də 1-ci ilkin mərhələ
28 iyun
AL-də ilkin mərhələ, ilk oyunlar
29 iyun
ÇL-də 2-ci ilkin mərhələ
2 iyul
1 və 2-ci təsnifat mərhələlərinin püşkatması
5 iyul
AL-də ilkin mərhələ, caavab oyunları
10/11 iyul
ÇL-də 1-ci təsnifat mərhələsi, ilk oyunlar
12 iyul
AL-də 1-ci təsnifat mərhələsi, ilk oyunlar
17/18 iyul
ÇL-də 1-ci təsnifat mərhələsi, cavab oyunları
19 iyul
AL-də 1-ci təsnifat mərhələsi, cavab oyunları
24/25 iyul
ÇL-də 2-ci təsnifat mərhələsi, ilk oyunlar
26 iyul
AL-də 2-ci təsnifat mərhələsi, ilk oyunlar
27 iyul
3-cü təsnifat mərhələsinin püşkatması
31 iyul/1 avqust
ÇL-də 2-ci təsnifat mərhələsi, cavab oyunları
2 avqust
AL-də 2-ci təsnifat mərhələsi, cavab oyunları
7/8 avqust
ÇL-də 3-cü təsnifat mərhələsi, ilk oyunlar
9 avqust
AL-də 3-cü təsnifat mərhələsi, ilk oyunlar
10 avqust
Pley-off mərhələsinin püşkatması
14/15 avqust
ÇL-də 3-cü təsnifat mərhələsi, cavab oyunları
16 avqust
AL-də 3-cü təsnifat mərhələsi, cavab oyunları
21/22 avqust
ÇL-də pley-off mərhələsi, ilk oyunlar
23 avqust
AL-də pley-off mərhələsi, ilk oyunlar
28/29 avqust
ÇL-də pley-off mərhələsi, cavab oyunları
30 avqust
AL-də pley-off mərhələsi, cavab oyunları
30 avqust
ÇL-də qrup mərhələsinin püşkatması
31 avqust
AL-də qrup mərhələsinin püşkatması
18/19 sentyabr
ÇL-də qrup mərhələsi, 1-ci tur
20 sentyabr
AL-də qrup mərhələsi, 1-ci tur
2/3 oktyabr
ÇL-də qrup mərhələsi, 2-ci tur
4 oktyabr
AL-də qrup mərhələsi, 2-ci tur
23/24 oktyabr
ÇL-də qrup mərhələsi, 3-cü tur
25 oktyabr
AL-də qrup mərhələsi, 3-cü tur
6/7 noyabr
ÇL-də qrup mərhələsi, 4-cü tur
8 noyabr
AL-də qrup mərhələsi, 4-cü tur
27/28 noyabr
ÇL-də qrup mərhələsi, 5-ci tur
29 noyabr
AL-də qrup mərhələsi, 5-ci tur
11/12 dekabr
ÇL-də qrup mərhələsi, 6-cı tur
13 dekabr
AL-də qrup mərhələsi, 6-cı tur
17 dekabr
ÇL-də 1/8, AL-də 1/16 finalın püşkatması
2019
12/13, 19/20 fevral
ÇL-də 1/8 final, ilk oyunlar
14 fevral
AL-də 1/16 final, ilk oyunlar
21 fevral
AL-də 1/16 final, cavab oyunları
22 fevral
AL-də 1/8 finalın püşkatması
5/6, 12/13 mart
ÇL-də 1/8 final, cavab oyunları
7 mart
AL-də 1/8 final, ilk oyunlar
14 mart
AL-də 1/8 final, cavab oyunları
15 mart
1/4 finalın püşkatması
9-10 aprel
ÇL-də 1/4 final, ilk oyunlar
11 aprel
AL-də 1/4 final, ilk oyunlar
16/17 aprel
ÇL-də 1/4 final, cavab oyunları
18 aprel
AL-də 1/4 final, cavab oyunları
19 aprel
yarımfinal və finalın püşkatması
30 aprel/1 may
ÇL-də 1/2 final, ilk oyunlar
2 may
AL-də 1/2 final, ilk oyunlar
7 may/8 may
ÇL-də 1/2 final, cavab oyunları
9 may
AL-də 1/2 final, cavab oyunları
29 may
AL-də final (Bakı)
1 iyun
ÇL-də final (Madrid)
15 avqust
Superkubok (Tallin)
Xatırladaq ki, Avropa Liqasının finalı Bakı Olimpiya, Çempionlar Liqasının həlledici matçı Madriddəki “Metropolitano”, Superkubok isə Tallininin “A.Le Kok Arena” stadionunda keçiriləcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar