28 fev 15:21aktual

“İstefa” şüarı yenə Qriqorçukun başının üstünü alıb

“İstefa” şüarı yenə Qriqorçukun başının üstünü alıb
Ukraynalı üçün son şans kubokdu
Premyer-liqanın 17-ci turu intriqaya böyük zərbə vurdu. Düzdü, sona hələ 11 tur qalıb. Ancaq “Qarabağ”ın ən yaxın izləyicisi ilə xal fərqini 9-a çatdırması çox şeydən xəbər verir. Praktiki olaraq “köhlən atlar”ı çempion adlandıra bilərik. Qeyri-adi bir şey baş verməsə, ağdamlılar ardıcıl 5-ci titulunu qazanacaq. Çünki Qurban Qurbanovun çempionluğa alışmış komandası belə üstünlüyü hələm-hələm əldən verən deyil. Lap deyək ki, “Qarabağ” irəlidəki 11 oyundan beşində qələbə qazana bilmədi. Məsələ burasındadı ki, “Qəbələ” sabit çıxış etmir. Yəni komandanın geridə qalan oyunlarındakı nəticələrinə nəzər salsaq, son 11 turda 9-10 qələbə qazanacaq potensialı görünmür.
Təsadüfi deyil ki, hər mövsüm olduğu kimi, yenə Roman Qriqorçukun istefası gündəmə gəlib. Ukraynalı mütəxəssis gəldiyi gündən “istefa” şüarı eşidib. İndi də Qriqorçuk üçün tanış mənzərə yaranıb. Sanki Roman İosifoviç “Qəbələ”dən, klub və azarkeşlər də baş məşqçidən doyub. Baxmayaraq ki, “qırmızı-qaralar”ın ən şanlı tarixi məhz bu mütəxəssislə yazılıb. Hərçənd futbolda sadiqliyi hər klub və hər azarkeş bacarmır. “Qəbələ” nə “Mançester Yunayted”di, nə də “Arsenal”. Yəqin ki, həm rəhbərlik, həm də azarkeşlər komandanın illərdi iddialı heyəti olsa da, çempionluq sevinci yaşamamasından təngə gəlib. Deməli, nəyisə dəyişməyin vaxtı çatıb. Məhz nəyi? Bu suala cavab tapmağa çalışaq.
Nəticələr ümid vermir
Ancaq gəlin, öncə geridə qalan turlardakı çıxışa əsasən “Qəbələ”nin premyer-liqa qazancını proqnozlaşdıraq. “Qırmızı-qaralar” 17 oyundan 11-də qələbə qazanıb. Əslində qələbə sayı az deyil. Məsələ burasındadı ki, məğlubiyyət sayı 17 tur üçün həddən artıqdı. Çempionluğa oynayan komanda 17 matçın 4-də uduzmamalıdı. Müqayisə üçün “Qarabağ”ın cəmi 1 qarşılaşmadan boynubükük ayrıldığını söyləməliyik. Bölgə təmsilçisi 31 qolla çempionatın ən məhsuldar komandasıdı. Əvəzində buraxılan 17 qol bu məhsuldarlığın effektliliyini azaldır. Göründüyü kimi, qeyri-sabit çıxış Qriqorçukun komandasına titul qazanmağa ümid vermir.
Müdafiə xətti etibarsızdı
Qriqorçukun istəyi ilə transfer olunan Vitali Vernidub tələblərə cavab vermir. Bunu təkcə “Səbail”lə oyunda öz qapısına top vurduğuna görə demirik. Ümumiyyətlə, ukraynalı futbolçu həlledici oyunların adamı deyil. Ona “canlı bomba” da deyə bilərik. Bir görüşdə normal çıxış edib, digərində elə kobud səhvə yol verə bilər ki... Qısası, Voislav Stankoviçlə onu tərəzinin eyni gözünə qoymaq olmaz. Digər tərəfdən “Qəbələ”nin mərkəz müdafiəçilərinin texniki imkanları da məhduddu. Yəni top saxlayıb, hücuma başlamaq bacarığı sarıdan əsas rəqibinin stopperlərindən geri qalırlar. Qriqorçukun təcrübəli İlqar Qurbanova şans verməməsi də anlaşılmazdı. Halbuki bu futbolçu hücumlara yaxşı qoşulur və təcrübəsi hesabına komandaya böyük fayda verə bilər.
Ənənəvi problem
Qriqorçukun yerli oyunçuları gözümçıxdıya salması ilə bağlı çox yazılıb. Roman İosifoviçin futbolçulara meydanda sərbəstlik verməklə arası yoxdu. 90 dəqiqə yetirmələrinə tapşırıqlar verir, irad və tövsiyələrini çatdırır. Əlbəttə, bunu bir çox məşqçilər edir. Ancaq hər şeyin də bir həddi var. Futbolçunu oyunboyu məngənədə və təzyiq altında saxlamaq, əl-qol açmağa imkan verməmək heç də yaxşı xüsusiyyət deyil. Belədə texniki imkanları yüksək olan, “azad rəssam” kimi çıxış etməyi sevənlər bacarığını nümayiş etdirməkdə çətinlik çəkirlər. Bu baxımdan legionerlərin yox, daha çox yerlilərin sıxıntı yaşadığını söyləyə bilərik. “Zirə”də yenidən yüksəlişə keçən Elvin Məmmədov sıradan futbolçuya çevrilib. İndi nadir hallarda meydana çıxır. Ötən mövsümün qışında transfer edilən Araz Abdullayev heç nə edə bilmədi. Halbuki yarımmüdafiəçi indi Cənubi Kiprdə adından söz etdirir. Hazırda bu problemi Təmkin Xəlilzadə yaşayır. “Zirə”də hamının ağzını açıq qoyan “Qarabağ”ın yetirməsi hələ ki Qriqorçukun rəhbərliyi altında parlaq təsir bağışlamır.
Azarkeş dəstəyi yoxdu
Bu mövsüm Qəbələdə keçirilən oyunlarda tribunaların böyük hissəsi boş qalır. Artıq yerli azarkeşlər komandaya əvvəlki marağı göstərmir. Bəlkə də ardıcıl iki dəfə Avroliqanın qrupunda oynayan “Qəbələ”nin ötən yay heç pley-off mərhələsinə çıxa bilməməsinin yaratdığı inciklik də sözünü deyir. Ancaq hiss olunur ki, bu dəfə azarkeşlər titulsuzluqla barışmayacaq. Çünki bu mövsüm bütün diqqətlər çempionata yönəlmişdi və avrokubok oyunlarının yorğunluğundan söhbət gedə bilməzdi. Deməli, bəhanə üçün əlyeri yoxdu. Üstəlik, qışda “Qarabağ” əsas hücumçusunu itirsə də, “Qəbələ”də itki baş verməyib. Belədə fanatların narazılığını anlayışla qarşılamaq olar.
Son şans
Artıq Qriqorçuk üçün həqiqət anı yetişib. Ukraynalı mütəxəssis üçün son şans ölkə kubokudu. Öncə yarımfinalda “Neftçi” səddi aşılmalı, ardınca finalda ya “Sumqayıt”, ya da “Keşlə” məğlub edilməlidi. Bu “cəbhə”də də titul əldə edilməsə, böyük ehtimalla klub rəhbərliyi ona “dünəninə görə sağ ol, bu günündən danış” deyib, yeni baş məşqçinin axtarışına başlayacaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar