25 fev 13:10aktual

Gəncə stadionunun problemləri PFL-in gözünü qorxudub

Gəncə stadionunun problemləri PFL-in gözünü qorxudub
Aslan Şahgəldiyev: “Görünən odu ki, nöqsanlar maya qədər aradan qaldırılmayacaq”
Kubokun final qarşılaşmasının növbəti dəfə Qəbələdə keçiriləcəyinin açıqlanması birmənalı qarşılanmadı. Bəlkə də üstündən səthi keçmək olardı. Lakin son günlərə qədər oyunun Gəncədə baş tutması ehtimalı vardı deyə, diqqətlər qərbin paytaxtına yönəlmişdi. Ordakı insanların Qəbələ camaatından fərqli futbola necə maraq göstərməsi göz qabağındadı. Digər tərəfdən, stadionun azarkeş tutumu var. 24 min hara, 4500 hara? İstənilən halda, açıqlama verilib, geniş bəhs etməyin mənası yoxdu.
Sadəcə, ortaya sual çıxır: niyə Gəncə variantı ləğv olundu? Klub, ya da şəhər rəhbərliyi belə bir tədbirin keçirilməsinə razı olmadı, yoxsa PFL rəhbərliyi son anda fikrindən daşındı? Məsələ ilə bağlı “Kəpəz”in mətbuat katibi Azad Mustafayevlə danışmışdıq və sabiq “Futbol+”çi əminliklə PFL-dən onlara rəsmi müraciətin olmadığını demişdi. Halbuki qurumun belə niyyəti var idisə, klub rəsmilərindən stadionun mayın 28-nə qədər hazır olub-olmayacağını soruşa bilərdi. Kim bilir, bəlkə icra başçısı Elmar Vəliyev qısa müddətdə problemlərin aradan qaldırılacağına göstəriş verəcəkdi. Uzağı bir aya həlli mümkün nöqsanlardı.
PFL “Kəpəz”ə müraciət etməyibsə, deməli, bildikləri nəsə var. Maraqlıdı, əsl səbəb nədi? Oyunun Gəncədə baş tutmasını kim, yaxud nə əngəlləyib? Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə söhbətdə suala cavab tapmağa çalışdıq: “Əvvəla onu qeyd edim ki, final matçı ilə bağlı PFL kluba rəsmi müraciət etməli deyil. Antalyada təşkil olunan mətbuat konfransında Ramin Musayev bildirmişdi ki, belə bir niyyətimiz var. Lakin bu, qarşılaşmanın 100 faiz Gəncədə baş tutacağı anlamına gəlmirdi. Müəyyən nöqsanlar var ki, onlar həllini tapsaydı, həlledici oyun Gəncəyə salına bilərdi. Biz “Kəpəz”ə “sizin stadionda oyun keçirmək istəyirik, təcili stadiondakı problemləri aradan qaldırın” deyə bilmərik. Hər klubun özünün büdcəsi var və ona uyğun da addım atır. Müraciət etsəydik, tapşırıq versəydik, bu sanki PFL-in hansısa klubu fakt qarşısında qoyması sayılardı. Əlbəttə, biz də finalın Gəncədə keçirilməsini istəyirdik. Həm stadion böyükdü, həm ordakı azarkeşlərin futbola olan marağı və s. Üstəlik, Qəbələ stadionu buna qədər bu cür oyuna şahidlik etmişdi. O vaxta kimi nöqsanları aradan qaldıra bilərdilər? Belə bir planları olsaydı, indiyə qədər həll olunardı. Gəncə stadionunda nöqsan bir-iki deyil axı. İşıqlandırma sistemi yoxdu, jurnalistlər üçün şərait yaxşı deyil, azarkeşlərin rahatlığı məsələsi var. Bu və başqa bir neçə problem aradan qaldırılmalıydı. Məndə olan məlumata görə, klub rəhbərliyinin stadionun təmiri ilə bağlı müəyyən planları var. Sadəcə, işlər büdcəyə uyğun olaraq mərhələli şəkildə görüləcək. Görünən odu ki, nöqsanlar maya qədər aradan qaldırılmayacaq. Bizə şifahi şəkildə problemlərin həll olunacağı deyilmişdi. Amma nə vaxt – bu suala konkret cavab verən yoxdu. Yenə deyirəm, PFL rəhbərliyi finalın Gəncədə baş tutmasını ikiəlli dəstəkləyirdi. Regionlardakı stadionları gözdən keçirdik, bu gün üçün ən münasib arena Qəbələdə olandı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar