23 fev 23:32aktual

Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq

Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq
Çalışdırıcı daha öncə də İK-dan xəbərdarlıq almışdı
Ötən sayımızda “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun İntizam Komitəsi (İK) tərəfindən cəzalandırıldığını xəbər vermişdik. Gənc mütəxəssis ötən tur “Qəbələ” ilə oyundan sonra stadionun dəhlizində təhqiramiz ifadələr işlətdiyinə görə 2 oyunluq diskvalifikasiya olunub. Əslində İK-nın cəzası 5 oyunluqdu, ancaq bunlardan 3-ü şərtidi. Belə ki, Abbasov qarşıdakı 6 ayda yenidən cəzalansa, həmin 3 oyun da əlavə olunacaq. Bir sözlə, Ayxan bəy qarşıdakı iki oyunda texniki zonada olmayacaq. Onun bu hərəkəti “Zirə”yə 4 min manata başa gəldi.
Srağagün “qartallar”ın çalışdırıcısının yaşananlarla bağlı fikirlərini öyrənmək qərarına gəldik. Abbasov bu haqda rəsmi saytda açıqlamasının olacağını demişdi. Ancaq dünən bu baş vermədi. Klubun mətbuat katibi Elmar Abdullazadədən aldığımız bilgiyə görə, Ayxan bəy “Neftçi” ilə matça kimi danışmamağı qərara alıb. O yalnız “ağ-qaralar”la önəmli və prinsipial qarşılaşmadan sonra jurnalistləri maraqlandıran suallara aydınlıq gətirəcək.
Onu da qeyd edək ki, Abbasov ilk dəfə deyil ki, diqqət mərkəzinə düşür. Ötən mövsümün qışından “Zirə”nin “sükanı arxasına” keçən 36 yaşlı çalışdırıcı bir neçə dəfə aqressiv davranışları ilə gündəmə gəlib. Uzağa getməyək, elə cari “futbol ili”nin əvvəlində Ayxan bəyi kənardan heç də xoş görünməyən ampluada görmüşdük. Söhbət çempionatın 4-cü turu çərçivəsində baş tutan “Qəbələ” – “Zirə” oyunundan (1:1) gedir. Həmin qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə baş hakim Ömər Paşayevin “Zirə”nin qapısına penalti təyin etməsi Abbasovu özündən çıxardı. Gənc mütəxəssisi oyun başa çatandan sonra sakitləşdirmək müşkülə çevrilmişdi. Bir ara polislərlə mübahisə etdi, daha sonra Ömərə kəskin narazılığını bildirdi. Hiss olunurdu ki, baş məşqçi penalti qərarı ilə razılaşmır. Halbuki videotəkrara baxanda görünürdü ki, Paşayev qayda pozuntusu qeydə almaqla heç də səhvə yol verməyib. Maraqlıdı ki, həmin hadisədən sonra İK hakimə qarşı emosional şəkildə etiraz edən Abbasova xəbərdarlıq etmişdi. Komitə bu hal yenidən baş verəcəyi təqdirdə məşqçini cəzalandıracağını da açıqlamışdı. Ayxan bəy isə qəzetimizə açıqlamasında bundan sonra daha təmkinli davranacağını söyləmişdi: “Son dəqiqələrdə penaltidən qol buraxanda, adətən, belə hallar olur. Hər nə isə, bir iş idi, oldu. Özüm üçün təcrübə topladım. Gərək belə epizodlarda soyuqqanlı davranasan. Əsas odu ki, oyundan sonra hakimlərin paltardəyişmə otağına baş çəkib Ömərə və köməkçilərinə təşəkkür etdim. Mən öz hakimlərimizi hər zaman üstün tutmuşam. Üstəlik, Ömər bəyəndiyim hakimlərdəndi. Sadəcə, oyunun gərginliyi belə vəziyyət yaratdı. İnşallah, bir daha təkrarlanmaz”.
Lakin 16-cı turda yenidən oxşar vəziyyət yaşandı. Hər halda, Ayxan bəyin cəzanı sakit qarşılaması günahını etiraf etməsi anlamına gəlir. Əks halda, çalışdırıcı İK-nın qərarından narazı qalsaydı, etiraz edər, apellyasiya şikayəti verər və haqqını tələb edərdi. Doğrudu, futbol emosional oyundu. Epizodlara verdiyi təpkiyə, öz futbolçularına sərt üzünü göstərməyinə görə heç kimi qınamaq olmaz. Məşqçilər də iki cür olur: bəziləri ən xırda detala çılğın şəkildə reaksiya veir, bəziləri isə təmkinini qorumağa çalışır. Abbasov məhz birincilərdəndi. Ancaq onun olayların mərkəzində olması heç də xoş durum deyil. Düzdü, ötən mövsüm işləri qaydasında getməyən “Zirə”yə baş məşqçi təyin olunandan sonra komandaya avrokuboklara vəsiqə qazandırdı. “Qartallar” onun rəhbərliyi altında Avroliqada debüt ilində mərhələ adladı. Bu il də komanda ilk “3-lük”dədi və “bürünc”ü böyük ölçüdə təmin edib. Amma bütün bunlar kimisə təhqir etməyə, işindən daha çox emosional davranışına görə diqqət mərkəzinə düşməyə əsas vermir. Abbasov “ağac bar verdikcə başını aşağı əyər” məsəlini unutmamalıdı. Futboldan kənar hərəkətlərlə diqqət mərkəzinə düşmək heç kimə başucalığı gətirmir.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar